"Vladimir Vladimiroviç, bəs biz Sizinlə gələcək şərtləri nə zaman müzakirə edəcəyik?.."
Rusiyada 2008-ci ilin prezident seçkilərindən öncə Putin Medvedevlə İvanov arasında özünə varis seçməli olub.
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində siyasi icmalçı, teleaparıcı Yevgeni Kiselyov məlumat verib.
2008-ci ildə Rusiyanın prezidenti Dmitri Medvevdev deyil, o zaman baş nazirinin müavini vəzifəsini tutan Sergey İvanov ola bilərdi.
"Medvedev və İvanov bir müddət Putinin varisi olmaq uğrunda öz aralarında rəqabət aparıb. Sonradan bəlli olub ki, İvanov hansısa məqamda sanki bu yarışı udub, lakin sonra Medvedev qalib gəlib. Deyilənə görə, İvanov dəhşətli səhvə yol verib", - Kiselyov deyib.
Jurnalist dəqiqləşdirib ki, bu məlumat Putinin ətrafından ötürülüb, çünki "o zaman Kreml bu qədər qapalı olmayıb, oradan çoxsaylı tarixçələr və şayiələr sızıb, sonradan təsdiqini tapıb".
İvanova prezident kreslosuna yiyələnməyə mane olan "dəhşətli səhv" Putinin təklifinə cavabda olub.
"Putin ona 2008-ci ildə prezidentliyə namizəd elan etməsi niyyətinin olduğu barədə məlumat verib və Sergey Borisoviçdən belə rolu öz üzərinə götürməyə hazır olduğu barədə maraqlanıb.
O, təbii ki, müsbət cavab verib və sonra soruşub: "Bəs, Vladimir Vladimiroviç, biz Sizinlə və ya səninlə, - mən bilmirəm onlar bir-birinə necə müraciət edib, - gələcək şərtləri nə zaman müzakirə edəcəyik?"
Medvedev isə belə bir vəziyyətdə bunu soruşmayıb. Medvedevin də Putinlə söhbəti olub, amma o, gələcək şərtlər barədə heç nə soruşmayıb və özünü daha uzaqgörən və çevik adam kimi nümayiş etdirib", - jurnalist deyib.
Bu vəziyyət onu göstərib ki, belə sualları Putinə verməyə dəyməz", - Kiselyov hesab edir.
"Gərək ona dərhal bunu təklif edərdi: "Mən bir şərtlə razıyam, Siz mənim baş nazirim olacaqsınız", - Kiselyov güman edib.