“Ölkə başçısına dedim ki, Yuxarı Qarabağın Şuşa şəhərindən başqa əraziləri düşməndədir”
4375
23 Apr 2023 | 15:06

“Ölkə başçısına dedim ki, Yuxarı Qarabağın Şuşa şəhərindən başqa əraziləri düşməndədir”

“Onu inandırmağa çalışdım ki, hazırkı vəziyyətdə oraya səlahiyyətli nümayəndə göndərmək əvəzinə, öz tarixi və hüquqi ərazimiz olan keçmiş vilayətə qoşun yeridib oranın birdəfəlik cinayətkar erməni silahlı dəstələrindən təmizlənməsi məsələnin düzgün və ədalətli həlli olar...”
 
“1992-ci il aprelin əvvəllərində o vaxt Ali Sovetin sədri səlahiyyətlərini icra edən və dolayısıyla yenicə formalaşan müstəqil Azərbaycan dövlətinin faktiki rəhbəri olan Yaqub Məmmədov məni keçmiş Dağlıq Qarabağ ərazisi üzrə səlahiyyətli nümayəndə təyin etmək fikrini bildirdikdə ona ərazidəki mövcud vəziyyət ilə bağlı geniş məlumat verdim.  İzah etdim ki, Şuşa şəhərindən başqa keçmiş vilayətin bütün ərazisi düşmənin işğalı altındadır. Digər tərəfdən ermənilərin Moskva tərəfindən Polyaniçko və Volskiyə verilmiş böyük səlahiyyətlər hesabına keçmiş Dağlıq Qarabağ ərazisinə yiyələndiyini xatırlatdım... Yaqub Məmmədovu inandırmağa çalışdım ki, hazırkı vəziyyətdə oraya səlahiyyətli nümayəndə göndərmək əvəzinə, öz tarixi və hüquqi ərazimiz olan keçmiş vilayətə qoşun yeridib oranın birdəfəlik cinayətkar erməni silahlı dəstələrindən təmizlənməsi məsələnin düzgün və ədalətli həlli olar... İrəli sürdüyüm bu təkliflə razılaşmayan Yaqub Məmmədov bildirdi ki, onun həyata keçirilməsi qeyri-mümkündür...”
 
Sabiq ədliyyə naziri Əlisaab Orucov 1988-ci ildən, yəni Qarabağda Kremlin, İrəvanın və bir sıra xarici güclərin təhriki ilə ermənilərin başlatdığı separatçı-terrorçu hərəkat başlanandan respublikanın o dövrdəki müxtəlif rəhbərlərinin göstərişi ilə həmin hərəkata qarşı bacardığı qədər mübarizə aparmış, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı əhalinin öz doğma yurdlarını  tərk etməsinin qarşısını almaq və s. üçün əlindən gələni etmişdir. Erməni-azərbaycanlı münaqişəsinin artıq hərbi əməliyyatlarla və ərazilərimizin işğallarıyla müşayiət olunduğu bir dövrdə - 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuş  keçmiş nazir  Moderator.az əməkdaşı ilə söhbətində əlində olan sənədlər, həmçinin özünün “Mübarizəmiz Qarabağdadır” kitabındakı şahid ifadələri əsasında həmin müddətdə, o cümlədən Şuşa və Laçın rayonlarının işğalı zamanı şahidi və iştirakçısı olduğu, bəziləri hələ mediada işıqlandırılmamış və geniş ictimaiyyətə bəlli olmayan bir sıra fakt və olaylar haqda xronoloji ardıcıllıqla danışır...
 
 
Moderator.az-ı izləyin...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər