Ekskluziv
3943
23 Apr 2023 | 13:10

"Uzunömürlülük immun sistemin işi ilə birbaşa bağlıdır..."

"Əgər son onillik internetin "qızıl əsri" olubsa, 2030-cu il nanotexnologiyaların "qızıl əsri" olacaq..."
 
 
Futuroloq bəyan edib ki, 2030-ci ildə insanlar ölümsüzlüyə nail olacaq...
 
 
Dünyada getdikcə daha çox insan 100 və daha çox yaşa çatdıqca, Boston Universiteti və Tafts Tibb Mərkəzinini tədqiqatçıları "əbədi gəncliyin sirlərini" öyrənmək üçün uzunömürlülərin DNT və həyat tərzini təhlil edib.
 
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşi yazıb.
 
BMT-nin 2021-ci ildə topladığı məlumatlara görə, amerikalıların yalnız 0, 27 faizi 100 və daha çox yaşa çatıb, lakin bu rəqəm həm də son 20 ildə baş vermiş iki dəfə artımı nümayiş etdirir.
 
İnsanın uyğunlaşmaq qabiliyyəti və yeni infeksiyalara reaksiyası yaşa dolduqca aşağı düşür, çünki immun sistemi zəifləyir. Lakin yeni tədqiqat göstərib ki, uzunömürlülər xüsusi immun hüceyrələr tərkibinə malikdir.
 
"Biz uzunömürlülərin hər birindən bir hüceyrənin bizə bəlli olan ən böyük məlumatlar toplusunu təhlil etmişik, bu da bu populyasiyanın uzunömürlülüyün molekulyar və həyat tərzi amillərini aşkar etməyə kömək edən unikal xüsusiyyətlərini müəyyən etməyə imkan verir", - bunu Boston Universitetinin təbabət professoru, tədqiqatın baş müəllifi Stefano Monti izah edib.
 
"eBioMedicine" jurnalında dərc edilən tədqiqatın gedişində periferik qanın birhüceyrəli mononuklear  hüceyrələrinin strukturu öyrənilib, bu hüceyrələr yaşı 100-ü keçmiş yeddi nəfərdən götürülən sümük iliyindən yaranıb. 
 
Nəticədə bütün hallarda bir çox xəstəliklərlə mübarizə aparmaq və onlardan sağalmaq qabiliyyətinə malik olan yüksək funksionallı immun sistemi aşkar edilib.
 
"Uzunömürlülərin müşahidə etdiyimiz immun profilləri onların infeksiyaların təsirinə məruz qalması və sonradan bərpa edilməsinin uzun tarixçəsi belə bir hipotezi təsdiq edir ki, uzunömürlülər müdafiə amilləri ilə zəngindir, bu da onların infeksiyalardan sonra bərpa olunmaq qabiliyyətini yüksəldir", - bunu tədqiqatın baş müəllifi Paola Sebastiani deyib.
 
"Uzunömürlülər və onların qeyri-adi uzunömürlülüyü bizim daha səmərəli və sağlam həyat yaşaya biləcəyimizin "planıdır". 
 
Biz bundan sonra da xəstəliklərə davamlılığı və insan sağlamlığının müddətinin uzadılması barədə hər şeyi öyrənməkdə davam edəcəyimizə ümid edirik", - bunu baş müəllif, Boston Universitetinin professoru Corc Merfi deyib.
 
Nə zamansa əbədi yaşaya biləcəyikmi?
 
Bir qrup alimlər təbii uzunömürlülüyü tədqiq etdiyi zaman, digər alimlər müasir texnologiyalara müraciət edərək, onların köməyilə ömrün uzadılması üsullarını müəyyən edir. Belə ki, futuroloq Reymond Kurtsveyl bu yaxınlarda bəyan edib ki, 2030-cu ildə insanlar ölümsüzlüyə nail olacaq.
 
75 yaşlı kompüterçi alim və "Google"-un keçmiş mühəndisi son illər başqalarının da etdiyi inanılmaz proqnoz verib. Həm də onun öncəki 147 proqnozunun 86 faizi özünü doğruldub.
 
Texnologiyalar və innovasiyalar sahəsində ABŞ Milli medalı mükafatçısı və İxtiraçıların Milli şöhrət salonunun üzvü Kurtsveyl hesab edir ki, yaxın gələcəkdə mikroskopik robotlar qocalmanın və xəstəliklərin qarşısını almaq üçün zədələnmiş hüceyrə və toxumaları bərpa edəcək.
 
Onun fikrincə, artıq yaxın gələcəkdə hər bir kəs istədiyi qədər yaşaya biləcək, bu, qocalığı dayandıran və hətta onu geri döndərən, praktiki olaraq bütün xəstəlikləri müalicə edən və hətta orqanizmin bioloji imkanlarını yaxşılaşdıran nanotexnologiyalar sayəsində mümkün olacaq.
 
"Əgər son onillik internetin "qızıl əsri" olubsa, 2030-cu il nanotexnologiyaların "qızıl əsri" olacaq, - o, deyib. - Bu, bizə biologiyanı yenidən proqramlaşdırmağa imkan verəcək.
 
Qan hüceyrəsi boyda qurğu bizim bioloji hüceyrələrimizi, nə yeməyimizdən və necə həyat tərzi keçirməyimizdən asılı olmayaraq, ideal vəziyyətdə saxlayacaq. Bu bioloji hüceyrələr cavan qalacaq və ömrümüzü onun əsl potensialınadək uzadacaq".
 
Healthy Walla
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər