Bizi sosial şəbəkələrdən izləyin:
“Birləşmiş Ştatlarda çox gözəl anlayırlar ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində maraqlı olmayan kimdir...”
“Düşünürəm ki, ABŞ rəsmilərinin İrəvana və Bakıya son səfərləri Vaşinqtondan gələn görüş və sülh təşəbbüsləri ilə bağlıdır. Birləşmiş Ştatlarda çox gözəl anlayırlar ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində maraqlı olmayan kimdir. Həmin maraqlı olmayan tərəfin əlində nə qədər təxribatçı, pozucu resurslar var”.
Bunu Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Bu günlərdə ABŞ-ın müxtəlif ranqlı rəsmilərinin İrəvana və Bakıya ardıcıl səfərlərinin əsas məqsəd və mahiyyəti nədən ibarət idi?” sualını cavablandırarkən söyləyib.
“Odur ki, Amerikada deyilənləri yaxşı anladıqlarından çalışırlar ki, Bakı-Vaşinqton-İrəvan üçbucağı daim aktiv olsun, danışıqlar mümkün qədər davam etsin və tərəflər bütün mümkün təxribatların qarşısını alsınlar. Təxribatlarsa, təəssüf ki, belə getsə, hələ davam edəcək və istər Brüsseldə, istər Vaşinqtonda, istərsə də üçüncü başqa bir yerdə olsun, heç bir danışıq alınmayacaq. Ona görə də belə anlayıram ki, bu səfərlərin mahiyyəti, sadəcə, sülh prosesinin şərtlərini müzakirə etməkdir. Eyni zamanda, prosesin özünün texniki detalları, yəni görüş, onun formatı, onun gündəliyi və s. bu kimi məsələlərin müzakirəsi ilə bağlıdır”- deyə açıqlmasının davamında analitik vurğulayıb.
Sultan Laçın