Qorxurlar, yoxsa hörmət edirlər? - Rusiyalıların Putinə etimad səviyyəsi 80,1 faizədək artıb...
3788
22 Apr 2023 | 13:05

Qorxurlar, yoxsa hörmət edirlər? - Rusiyalıların Putinə etimad səviyyəsi 80,1 faizədək artıb...

Heç nəyə baxmayaraq, Rusiyada Putinə etimad getdikcə artmaqdadır...
 
Prezidentin fəaliyyətini rusiyalıların 77, 5 faizi bəyənir...
 
Rusiyalılar arasında prezident Vladimir Putinə etimad səviyyəsi 80,1 faizədək artıb.
 
Moderator.az xəbər verir ki, bunu Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi yeni sorğunun nəticələri sübut edir.
 
Qeyd edilir ki, bir həftə öncə bu göstərici 0, 4 faiz aşağı olub.
 
Bu zaman prezidentin fəaliyyətini rusiyalıların 77, 5 faizi bəyənir. Bu rəqəm də ötən həftəyə  nisbətən 0, 4 faiz artıb.
 
Tədqiqat Rusiya Federasiyası vətəndaşları arasında aprelin 10-dan 16-dək aparılıb.
 
Putindən başqa, Rusiya Liberal-Demokrat Partiyası (RLDP) fraksiyasının lideri Leonid Slutskiyə etimad dərəcəsi 16, 3 faizdən 17, 7 faizədək artıb.
 
Həmçinin RLDP-nin özünün əhali arasında dəstəyi 8, 9 faizdən 9, 3 faizədək artıb.
 
Rəyi soruşulanların 54, 8 faizi Rusiyanın baş naziri Mixail Mişustinin fəaliyyiətini müsbət qiymətləndirib, bu, ötən həftənin göstəriciləri ilə müqayisədə 0, 1 faiz aşağıdır.
 
Şəxsən Mişustinə etimad 0, 2 faiz azalaraq 63, 3 faiz təşkil edib. Rusiya hökumətinin fəaliyyətinə dəstək 2, 3 faiz azalaraq 51, 8 faiz olub.
 
İki həftə öncə, aprelin 7-də Rusiyanın "İctimai Rəy Fondu"nun (İRF) apardığı sorğunun nəticələrinə görə, Putinin fəaliyyətini rusiyalıların 81 faizi müsbət qiymətləndirib. 
 
Respondentlərin 8 faizi bəyan edib ki, Rusiya liderinin işini pis qiymətləndirir, daha 11 faizi cavab verməkdə çətinlik çəkib.
Link kopyalandı!
Son xəbərlər