Bizi sosial şəbəkələrdən izləyin:
“İcma lideri David Qulunts və onun bandası Tex kəndinin sakinləri üçün… heç də az təhlükəyə çevrilməyib. Onun kənddə “bespredel”(özbaşınalıq-S.L.) yaratdığını söyləmək olar. Əldə etdiyimiz məlumata görə, 2 gün əvvəl Qulunts ilə kənd sakini 23 yaşlı Aşot Qalstyan arasında mübahisə dava ilə yekunlaşıb. Hər iki tərəf yoldaşlarını çağırıb və qrup davası baş verib. Bizə dedilər ki, Qulunts başından yüngül xəsarət alıb, 23 yaşlı gənc isə üz nahiyəsində çoxsaylı sınıqlarla xəstəxanaya yerləşdirilib”.
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” qəzeti yazıb.
Söhbət aprelin 11-də Azərbaycanla şərti sərhəd ərazisində 3 hərbçimizin şəhid olmasıyla nəticələnmiş qanlı təxribatın baş verdiyi Ermənistanın Sünik mərzinin Dığ(Tex) kəndindən gedir.
Məlumatda əlavə olaraq bildirilir ki, Dığ kəndinin icma rəhbəri D.Qulunts və bandası tərəfindən döyülmüş erməni gəncin vəziyəti ağırdır, bir neçə əməliyyat keçirməli olub. Qulunts isə dava ilə bağlı suala cavab olaraq "tipik aqressiv davranışı ilə yalan danışdıqlarını” bəyan edib və jurnalistlərə “öz işinizlə məşğul olun, kim döyülübsə, polisə müraciət etsin” cavabını verib.
“Qeyd edək ki, Quluntsun arxasında Sünikin keçmiş qubernatoru, hazırda müdafiə nazirinin müşaviri, oğlu vilayətin prokuroru olan Melikset Poqosyan dayanır. Onu da əlavə edək ki, dünən yerli ağsaqqallar şurasının müxalifətçi üzvü Masis Zeynalyan da Qulunts mafiyasının onu döydüyünü açıqlayıb”- deyə erməni nəşri sonda yazır.
Sultan Laçın