"Ukrayna müharibəsi veteranlarının sayı 14 aydan sonra 10 il Əfqanıstan və 12 il iki çeçen müharibələrinə nisbətən daha çoxdur..."
"Putinin qohumunun sahibi olduğu təkcə "Kolmar" iri kömür-mədən müəssisəsinin aktivləri bir neçə milyard dollar təşkil edir..."
Jurnalistlər Putinin qohumunun fondunun sənədlərini əldə edərək, Rusiya qoşunlarının Ukraynada gerçək sayını öyrənib
Rusiyanın Kremlin nəzarətində olan "Vətən müdafiəçiləri" fondu Ukraynaya qarşı müharibədən 750 minədək rusiyalıların keçəcəyini hesablayıb.
Moderator.az xəbər verir ki, bu barədə fondun xidməti sənədlərinə istinadən "İzah edə bilərik" nəşri yazıb.
Nəşrin jurnalistləri "Vətənin müdafiəçiləri" fondunun daxili istifadə üçün nəzərdə tutulmuş prezentasiyasını əldə edib. Bu prezentasiyanı onlar Kemerovo vilayəti administrasiyasındakı mənbədən əldə edib.
"İzah edə bilərik" nəşrinin fikrincə, 750 min rəqəmi tamamilə dürüst görünür.
"Ukraynada döyüşən Rusiya qoşun qruplaşmasının sayı 2022-ci ilin fevralında 190 min nəfərə çatıb.
Rusiya ordusunun hərbi qulluqçularının sayının 2022-ci ilin avqustundan 1 milyon 150 min nəfər olduğu bəllidir.
2022-ci ilin payızında səfərbərlik çərçivəsində xidmətə 492 min nəfər çağırılıb", - jurnalistlər hesablayıb və qeyd edib ki, Putin noyabrda səfərbər edilənlərin daha az, 318 min, Şoyqunun isə 300 min nəfər olduğunu deyib.
Öz hesablamalarında nəşr Ukraynada "Vaqner qrupu" özəl hərbi şirkətinin 50 min nəfər muzdlularının sayını da nəzərə alıb.
Saxta "DXR" və "LXR" qurumlarına səfərbər edilənlər barədə dürüst məlumat yoxdur, onlar haradasa 26 mindən 140 minədək və daha çoxdur.
"Beləliklə, müharibənin 14 ayından sonra 10 il Əfqanıstan və 12 il hər iki Çeçenistan kampaniyasına nisbətən müharibə veteranlarının sayı daha çox olacaq.
Rəsmi məlumatlara görə, Əfqanıstan müharibəsindən 620 min nəfər, veteran təşkilatlarının iddiasına görə isə 1, 5 milyonadək insan keçib.
Birinci (1994-1996) və ikinci (1999-2009) çeçen kampaniyalarında təxmini hesablamalara görə, Silahlı Qüvvələr, DİN və FTX-dan ən azı 600 min nəfər iştirak edib", - nəşr yazıb.
Qeyd etmək lazımdır ki, Ukraynada müharibə hələ bitməyib, Rusiyanın qoşun qruplaşmasının sayının 750 min nəfər olması heç də son rəqəm deyil.
"Vətənin müdafiəçiləri" fonduna Putinin qohumu və Kuzbas qubernatorunun həyat yoldaşı Anna Sivilyova başçılıq edir.
Fondun yaradılması ideyası ilk dəfə Putin tərəfindən fevralın 21-də Feferal Məclisə müraciətində səsləndirilib, onun yaradılması haqqında fərman isə aprelin 3-də imzalanıb.
Fondun müşahidə şurasının sədri Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko olub", - jurnalistlər dəqiqləşdirib.
"Agentlik" nəşrinin araşdırma müəlliflərinin deməsinə görə, Sivilyovanın qız soyadı Loqinova deyil, Putinadır (Loqinova soyadını həkim-psixiatr Lev Loqinova ərə getdikdən sonra əldə edib). Anna İvanovoda anadan olub, atası Rusiya prezidentinin əmisioğludur.
"Vətənin müdafiəçiləri" fondundan başqa, Putinin qohumu "Kolmar" iri kömür-mədən müəssisəsininn sahibidir, onun aktivləri bir neçə milyard dollar təşkil edir.