Bizi sosial şəbəkələrdən izləyin:
İranın yeni tank əleyhinə idarə olunan "Sadid-365" raketi İslam İnqilabı Keşikçiləri Korpusunun ("SEPAH"-İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbçiləri tərəfindən uğurla sınaqdan keçirilib.
Moderator.az xəbər verir ki, bu haqda yerli "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, raket 8 kilometr məsafədəki hədəfləri vurmaq gücündədir. Üstəlik, onun qarşısında aktiv müdafiə sistemi ilə təchiz edilmiş zirehli maşınlar da gücsüzdür.
"SEPAH" quru qoşunlarının hər bir zirehli transportyorunun dörd belə raketlə təchiz edilməsi planlaşdırılır.
Bu günə qədər iranlı mütəxəssislər artıq pilotsuz təyyarədən uça bilən tank əleyhinə raket də hazırlayıblar.
S.Laçın