3413
16 Apr 2023 | 17:15

"Vəzifədən kənarlaşdırılan rusiyalı general yenidən sıraya qaytarılıb" - Britaniya kəşfiyyatı

"Rusiya ordusunun Ukraynada strategiyası ilə bağlı Baş Qərargahda böyük gərginlik yaşanır..."
 
 
"General Teplinski Rusiyanın Hava-Desant Qoşunlarının elit bölmələr kimi rolunun yenidən möhkəmləndirilməsi üzərində işləyəcək..."
 
 
Rusiyanın əsas generallarından biri, Hava-Desant Qoşunlarının sabiq komandanı Mixail Teplinski yenidən sıraya qayıdıb.
 
 
Bu ilin yanvar ayında o, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən vəzifədən kənarlaşdırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin sonuncu hesabatında deyilir.
 
"Teplinski sıravi hərbi qulluqçuların hədsiz hörmətini qazanmış azsaylı ali çinli rusiyalı generallarındandır.
 
Onun kayerasında bu yaxınlarda baş verən gözlənilməz hadisələr Rusiya Baş Qərargahında Rusiya ordusunun Ukraynada strategiyası ilə bağlı böyük gərginliyin olduğunu sübut edir", - Britaniya idarəsinin məlumatında deyilir.
 
Teplinski Rusiya qoşunlarının 2022-ci ilin noyabrında Dneprin qərb sahilindən "nisbətən uğurlu" geri çəkilməsinə rəhbərlik edib. Bu, Kremldə yüksək qiyməyləndirilib.
 
Britaniya kəşfiyyatı güman edir ki, Teplinskinin vəzifədən kənarlaşdırılması hakimiyyətin yuxarı eşelonunda rusiyalı desantçıların ön cəbhədə rolu ilə bağlı mübahisələrlə bağlı olub.
 
Rusiyalı desantçılardan yerüstü hədəflərin əldə saxlanılması üçün istifadə edilib, lakin bu, ənənəvi olaraq piyadaların vəzifəsidir.
 
"Teplinsikin səlahiyyətləri çətin ki, yalnız hava-desant qoşunları bölmələri ilə məhdudlaşdırılacaq.
 
O, böyük ehtimalla, Hava-Desant Qoşunlarının elit bölmələr kimi möhkəmləndirilməsi üzərində işləyəcək", - hərbi kəşfiyyatçılar deyib.
 
Onlar xatırldır ki, bu yaxınlarda rusiyalı desantçılar silahlanmaya TOC-1A "Solntsepek" yaylım atəşli termobarik reaktiv sistemlər əldə edib və yenidən Donetsk vilayətinin Baxmut şəhəri uğrunda döyüşdə və Luqandsk vilayətinin Kremennaya istiqamətində həlledici rol oynamağa başlayıb.
Link kopyalandı!
Son xəbərlər