İrəvanda yanan Azərbaycan bayrağı deyildi...
Ekskluziv
4576
16 Apr 2023 | 14:16

İrəvanda yanan Azərbaycan bayrağı deyildi...

Ermənilər özlərini dünyaya yer kürəsinin ən qədim, hətta ən ari xalqı kimi təqdim etməyə çalışsalar da, əslində dünya xalqları sırasında həyasızlığın simvolu olduqlarını heç bir halda gizlədə bilmirlər. 
Bu üzdən Azərbaycan bayrağının İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında yandırılması heç kimdə təəccüb doğurmamalıdır. Əksinə, əgər bu beynəlxalq idman tədbirində haylar özlərini adam kimi aparsaydılar, məhz onda hər şey təəccüblü görünərdi. Məgər, 27 il işğalda saxladıqları Azərbaycan torpaqlarından 2020-ci ildə başlarına yumruq dəyəndən sonra çıxanda, zəbt etdikləri evlərə, meşələrə od vuran, ağacları kəsən, hətta ev heyvanlarını belə vəhşiliklə güllələyib öldürən bu “ari xalq” deyildimi? Bu toplum tarixboyu həyasızlıqdan zövq alıb, onu öz simasına həkk edib və elə bu gün də o xarakterini dünyaya nümayiş etdirməkdədir. 
Baxın, məlum olaya cavab olaraq, Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin Ermənistanda keçirilən çempionatdan imtina edilməsi qərarına Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin birgə bəyanatında bunun “idman etikası baxımından narahatlıq doğuran məsələ olduğu”, deyə münasibəti, hayların həqiqətən də yer üzünün ən qara ləkəsi olduğunu bir daha sübut etmiş oldu. 
Bu azmış kimi, rəsmi İrəvanın Ermənistanın Beynəlxalq Ağır Atletika Federasiyası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə sadiq olduğunu iddia edərək, “Çempionatda iştirak etmək üçün İrəvana gələn ağırlıqqaldıranların təhlükəsizliyi ilə bağlı heç bir problem yox idi və yarana da bilməzdi. Açılış mərasimində baş verən və çox tez həll olunan insidentin idmançıların təhlükəsizliyinin təminatına heç bir bağlılığı yoxdur. Onların yarışlarda iştirakı üçün bütün lazımi şərait tam şəkildə təmin edilib”, deməsi isə, istənilən vicdanlı şəxsin burada “sözün bitdiyi yer” ifadəsini dilinə gətirməsinə səbəb olsa da, xeyr, söz bitmir, bu, sadəcə “ermənilik”dən başqa bir şey olmadığını deməyə adamı məcbur edir. 
Sözsüz ki, öz dövlət bayrağını Kolumbiya bayrağı, gerbini Qacarların gerbi, əlifbasını isə Həbəşlərin əlifbaları üzərində “redaktə” edib “düzəldən” ermənilər Azərbaycan xalqının bayraq sevgisinin nə olduğunu anlaya bilməz. Haylar qanmalı idi ki, Azərbaycan bayrağı hər bir azərbaycanlının özü, canı deməkdir, hətta canından da irəlidir. Bu səbəbdən Ermənistandakı çempionat “təşkilatçıları” Azərbaycan ağır atletlərinin təhlükəsizlikləri ilə yanaşı, həm də Azərbaycan bayrağının təhlükəsizliyini qorumalı idilər. Bax, onda erməni rəsmilərinin “İrəvana gələn ağırlıqqaldıranların təhlükəsizliyi ilə bağlı heç bir problem yox idi və yarana da bilməzdi”, ifadəsinə inanan “daşa” dönməzdi.
Hayların etikadan söz açmasına gəlincə, etikanın praktik fəlsəfə və onun predmetinin isə əxlaq, mənəviyyat olduğunu hər kəs bilir. Tarixboyu yalançı, minüzlü, oğru, hiyləgərliyi və Kardaşyanları ilə dünyada tanınan, utanmaq əvəzinə öyünən hayların etikadan - əxlaqdan danışmağa hansı haqqı ola bilər?! 
Diqqət edin, Ermənistan “nazirbaşı” çempionatın açılış mərasimində “Ağır atletika üzrə Avropa çempionatı ölkəmizin, dövlətimizin, xalqımızın taleyin və tarixin bizim qarşımızda qoyduğu yükləri nəinki saxlamağa, nəinki dəf etməyə, həm də qaldırmağa hazır olduğumuzu rəmziləşdirir”, desə də görünən o oldu ki, Paşinyan Azərbaycan bayrağının çəkisinin ağır olduğunu çoxdan dərk etdiyindən və onu sözün bütün mənalarında qaldıra bilməyəcəyindən qorxub yandırdı.  
Əlbəttə, nə qədər “idman siyasətdən ayrıdır” deyilsə də, etiraf edək ki, bu, səmimi ifadə deyil. Bu üzdən şübhəsiz ki, ermənilər Azərbaycan bayrağını İrəvanda qaldırılmasına siyasi səbəbdən dözə bilməzdilər. Bir anlıq təsəvvür edin, Azərbaycan ağır atletlərinin qalib kürsüsündə dayanaraq dövlət himnimizin səsi fonunda bayrağımızın qaldırılması, erməniləri, eləcə də onlara züy tutanları sizcə ən azı Azərbaycan bayrağının qaldırıldığı yüksəklikdən yerə çırpmış olmayacaqdımı? 
Odur ki, Azərbaycan ağır atletlərinin yarışda iştirak etmədən “yüngül” Ermənistandan Vətənə dönmələri cəmiyyəti zərrə qədər də narahat etməməlidir. Çünki Azərbaycan idmançıları çempionatda iştirak etməsələr belə, onlar həm erməni idmançılarını, həm də siyasətçilərini bütün dünya qarşısında açıq şəkildə məğlub etmiş oldular! Bu mənada, əslində İrəvanda yanan Azərbaycan bayrağı deyildi, illərdir Qarabağ məsələsində Ermənistanı körükləyən Rusiya, İran, Fransa və heç şübhəsiz ki, bütün dünya ermənilərinin özü idi... 
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər