ATƏT sədri separatçı rejimin
Ekskluziv
5095
14 Apr 2023 | 05:40

ATƏT sədri separatçı rejimin "ombudsman"ını qəbul etdi... -Kaspşik yenə marıtda...

Aprelin 13-də Ermənistanda işgüzar səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani  Azərbaycan Respublikasının Rusiya hərbi kontingentinin müvəqqəti(!) nəzarətinə verilmiş ərazisindəki 32 "yaşlı" separatçı-terrorçu rejimin qondarma "ombudsmanı"- "hüquq müdafiəçisi" Geqam Stepanyanı qəbul edib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

"Azərbaycan-Qarabağ münaqişəsinin həllində ATƏT-in iştirakı"nı vurğulayan üzdəniraq "ombudsman"  ATƏT sədrinə  Azərbaycan dövlətinin guya "Qarabağdakı erməniləri blokadada saxlaması, hüquqlarını tapdaması" və s. haqda çərənləyib.

O, ATƏT-in Minsk Qrupu formatının bərpa edilməsinin, Qarabağa "faktaraşdırıcı qrupun göndərilməsinin və daimi iştirakının olmasının zəruriliyini vurğulayıb".

Məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Sultan Laçın

 

Link kopyalandı!
Son xəbərlər