Nədən Putin Ukraynada uduzmaqdan bu qədər qorxur?..
3194
12 Apr 2023 | 13:51

Nədən Putin Ukraynada uduzmaqdan bu qədər qorxur?..

"Diktator öz vətəndaşlarının həyatına qətiyyən dəyər vermir..."
 
"Tezliklə rusiyalıların Ukraynada gerçək itkiləri aşkar olunacaq və bu, ölkədə etirazlara gətirib çıxaracaq..."
 
Ukrayna bir ildən artıqdır ki, Rusiyanın təcavüzünə müqavimət göstərir və təkcə Putinə deyil, bütün dünyaya təslim olmaq fikrində olmadığını, öz azadlığı və müstəqilliyi uğrunda sonadək mübarizə aparacağını nümayiş etdirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın müxalif siyasətçisi Dmitri Qudkov "24 kanal" nəşrinə müsahibəsində deyib.
 
Rusiya ordusu cəhbədə uduzur və hər gün şəxsi heyətinin çoxlu sayda itkisinə məruz qalır, lakin Kreml rəhbəri müharibədə uduzmaqdan çox qorxur, ona görə də könüllü şəkildə öz qoşunlarının ölkədən çıxarılmasına razı olmayacaq.
 
Onun sözlərinə görə, Rusiya münaqişənin uzadılması və yeni hücumlar üçün öz resurslarını bərpa etmək məqsədilə mümkün olan hər şeyi edir.
 
Vladimir Putin üçün hərbi qulluqçuların cəbhədə itkilərinin heç bir önəmi yoxdur, çünki öz vətəndaşlarının həyatına dəyər vermir.
 
Prezidentin belə davranışı hələlik bütün ölkə boyunca etirazlara səbəb olmur, lakin tezliklə itkilər aşkar olunacaq, bunu ən azı "vaqnerçilər"in qəbiristanlıqlarda minlərlə məzarları sübut edir.
 
Siyasətçi vurğulayıb ki, əgər Putin qoşunlarını Ukraynadan çıxararsa, o zaman bu, hərbi məğlubiyyət kimi qəbul ediləcək, o, bundan çox qorxur.
 
Çünki Rusiyanın məğlubiyyəti rejimin, ölkə prezidentinin dəyişilməsinə gətirib çıxaracaq. Putin müharibəni davam etməyə cəhd göstərəcək, çünki öz hakimiyyətini itirmək istəmir.
 
Qudkov hesab edir ki, Kreml rəhbəri bundan sonra da Ukraynaya "top yemi" göndərmək planını gerçəkləşdirəcək. Eyni zamanda o, yeni əraziləri zəbt etmək niyyətində deyil, indiyədək zəbt etdiklərini əlində saxlamaq istəyir.
 
Bundan öncə xəbər verilib ki, Rusiya ordusu Ukrayna cəbhəsində uduzur, bu səbəbdən də ölkədə ictimai narazılıq artır, Kremldə isə xaos başlayır.
 
Vladimir Putinə ətrafı "hər şeyin plan üzrə getmədiyini" deməkdən çəkinir, ona görə də o, müntəzəm olaraq dezinformasiya ilə "qidalandırılır".
Link kopyalandı!
Son xəbərlər