"Qarabağda körpə gülüşləri vardı, onlar uçdu, getdi, bir də bərpa etmək olmayacaq" - VİDEO
Ekskluziv
Oxunub: 5021
03 Apr 2023 | 21:31
Bu gün görkəmli şair, bənzərsiz şeirlər müəllifi Zakir Fəxrinin 75 yaşı tamam olur. Bu münasibətlə Moderator.az-ın rəhbəri Zülfüqar Hüseynzadə və Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, istedadlı yazar Elmin Nurinin birgə redaktoru olduğu "Dünya, qayıt, dünyamıza" adlı kitab yubiley günündə oxucuların görüşünə gəldi. Bundan başqa Elmin Nuri yubilyarla görüşərək onunla həmsöhbət olub:
 
 
- Bu gün Zakir Fəxridən, onun poeziyasından danışmaqdan ötəri Dərdi anlamaq, onun düsturunu  bilmək lazımdır. Zakir Fəxrinin  pəncərəsindən görünən Dərd və onun reseptindən danışmaqla söhbətimizə başlayaq...    
 
- Sualı verməzdən əvvəl yaş təbriki etdiniz. 50, 60, 70 və s. yuvarlaq rəqəmlərə həmişə diqqət etmişəm. Sözün düzü, mən özüm də məəttəl qalıram ki, insan yaşı necə təyin edir. Onu Allahdan başqa kimsə bilmir. Çünki ruhun yaşı olmur. İnsanın doğulduğu gündən bu yana gəldiyi addımlar sadəcə məsafədir. Ona görə Aşıq Veysəl deyir ki, bütün ömür bir addımdır. Mən 2 yaşımda hovuza düşmüşəm. Anamın, qohum əqrəbanın dediyinə görə, bir neçə dəqiqə suyun altında qalmışam. Küçələrdə məni axtarırmışlar, hovuzun dibində olmağım heç kəsin ağlına gəlməyib. Gözümün qabağındadır ki, mən hovuzda çölə çıxmağa  qapı axtarırdım və məni kimsə dartıb çıxartdı. O vaxtdan suya bağlılığım sanki məni dünyadan qopardı. Bir gün anama dedim ki, məni doğan sənsən, amma iki yaşımdan sonra mən sulardan doğulmuşam. Suyun səsi, suyun danışığını eşitmək və s. sularla çox maraqlanırdım. Elm də çox maraqlanıb. Bu sahədə bir çox alimlər olub. Dini kitablar da eyham vurur ki, bütün sirlər sulardadır. Bədənin də 80%-ə yaxını sudan təşkil edilib. 
 
Qəm-qüssə başqa bir çarədir, dərd ayrıdır. Dünyanın dərdini çəkmək Allaha məxsusdur. Dərd Tanrının özüdür. Belə bir şeirim var:
 
Göylərin yeddi qatından,
Qəriblərin ovqatından, 
Qəmlərimin çatından 
Keçib sinəmə tuş gəldin, 
Xoş gəldin, dərdim, xoş gəldin. 
 
Yelkən oldun üzdü gəmim,
Çiçəkləndi qüssəm, qəmim. 
Tumurcuqladı qələmim,
Qaşsız bəxtimə qaş gəldin
Xoş gəldin, dərdim, xoş gəldin.
 
Sinəndən yüz bulaq oydum,
İçdikcə demədim: "doydum"
Nizam, tərəziyə qoydum
Sevgimlə başabaş gəldin
Xoş gəldin, dərdim, xoş gəldin.
 
Yəni, bu sevgi Allaha məxsusdur. Ramiz Rövşənin Füzuli haqda  bir yazısı var. Orda qeyd olunur ki, Leyliyə olan eşq elə Allaha olan eşqdir. O deyir. “Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni”.  Yəni dərdləri mənə Leyli elə, məni də o dərdlərə Məcnun. Əslində, çox doğru yanaşma, doğru sözdür. Bizdən öncəki bütün nəhəng insanlar, filosoflar bu dünyanın bir sınaq yeri olduğuna işarə edir. İmam Həsən Bəsrinin belə bir sözü var:  “Uca Allah bəzi adamlara bu dünyanı borc kimi verdiyini xatırladır. Onlar borclarını verib dünyadan rahat köçüb gedirlər". Hamıya yox, bəzi adamlara deyir. Çünki Allahın üfürdüyü ruh, ali ruh var ki, İmam Həsən Bəsrinin dedikləri onlara aiddir. Seyid Nəsəfiyə görə  beş cür ruh var:  Bitki, heyvan, insan və s. ruhu. Bunlar olmasa insan bitki, ət yeməz. Ən ali ruh peyğəmbərlər onlardan sonra şair, filosoflardır. Verdiyiniz suala subyektiv belə cavab verə bilərəm.
 
- Son zamanlar sizin şeirlərinizi yenidən oxuyuram. Düşünürəm ki, o şeirlər özü-özlüyündə ayyıca sakral bir ərazi, zonadır.  Müsahibələrinizin birində də belə bir fikri səsləndimişdiniz ki, hər nə qədər yaxınlarım çox olsa da, özümü bu dünyada qərib hiss edirəm. Bu fikirlərinizlə həmin sakral ərazilər -yəni şeirləriniz arasında paralellik apardım. Belə düşündüm ki, siz  sanki bu dünyaya baş çəkib, sonra da yaradıcılığınızdakı əraziyə geri qayıdırsınız. Bu get-gəllər sizi yormur ki?
 
- İlk dəfədir ki, mənə belə bir sual ünvanlanır. Bu mənim ruhuma aid bir sualdır. Cavan vaxtı belə bir şeir yazmışdım:
 
Evimin içində bir qəriblikdə,
Oturub şeir yazıram qərib-qərib...
 
Bu elə-belə bədahətən gələn bir şey deyildi. Özüm-özümə içimdə çox sual vermişəm. Niyə mən başqa cürəm? Bir çox şeydə fərqli düşüncə adamıyam. Mənə görə, ən ali şey insana münasibətdir. Çox maraqlıdır ki, məndə kin yoxdur. Ən dəhşətli hadisələrdə belə, bir dəqiqə sonra o məndən qopub çıxıb gedir. Nəfs də onun kimi. Bunun hamısını Allah əlimdən alıb. Gəzirəm, dolaşıram, çox sual verirəm özümə ki, mən kiməm? Özümü, o uşaqlığımı tapa bilmirəm. Bəzən rayona gedəndə yolda maşını saxlayıb o yerlərdə balaca Zakiri axtarıram. Ona görə də o yaş məndə itir. Gedirəm, orda həmən o balaca uşaq oluram. O baxımdan çox kövrəyəm, çünki dünyada ən sirli sual uşaq gülüşləridir. Qarabağda olarkən də demişdim. Qarabağda körpə gülüşləri vardı. Onları bir də bərpa etmək olmayacaq. Onlar uçdu, getdi, bir də bərpa etmək olmayacaq. 
 
Yolumu sapdım, deyəsən,
Bu dünyaya azıb gəldim.
Göy üzü dərddən çatladı
Qoşulub bir damla suya, 
Mən o çatdan sızıb gəldim.
 
Gördüm, qanadlanır quşlar 
Bir səsə, Azan tərəfə.
Adamlar ardımca gəlir
Gəlir, mən azan tərəfə.
 
Sizə qəribə gələ bilər, amma mənim gəldiyim mütləq qənaət budur. Dünyada nələri gördümsə, gülünü, çiçəyini, yağışını, qarını, gözəl-gözəl qızlarını, gözəl-gözəl təbiətini, bütün bu gül-çiçəyə aldandım və sığındım dünyanın qoynuna. 
 
Sığındım qoynuna bir gör neynədi
Dünya məni saqqız kimi çeynədi. 
 
Çox maraqlı bir şeydir, danışanda indi də kövrəlirəm. Heç kəs məni başa düşmür. Hara gedirəm, hamı məni çox istəyir, amma kimsə məni anlamır. Bilmirəm necə olmalıyam. Özümü tanımağa da Allah məni qoymur. Əvvəllər inanmırdılar, amma məndə öncə görücülük də var. Yazdığım şeirlər 3-5 il sonra, doğurdan da, gerçəkləşir. Bir dəfə burda müəllifi xatırlaya bilmədim mənim haqda bir yazısı var. Dərdini Zakir Fəxri çəkən dünya. O deyirdi ki, “biz əvvəllər sənin dediklərin haqda sözdü də deyib keçirdik .Vaxt keçdikcə gördük ki, dediklərimnin hamsı real olur”. Ağdamda olanda məndən “Ölüm” şeirini soruşdular ki, olacaqları hardan bilirdin? Orda şeirin bir bəndini istədilər.
 
Gördüm dörd yanı su basıb,
Ha əlləşdim, keçəmmədim.
Biraz susuzdum mən kasıb,
Bir qurtum su içəmmədim.
 
Ağaclar quruyur gördüm, 
Çiynimə yarpaq tökülür.
Gözlərimin nuru gedir,
Gözümə torpaq tökülür.
 
- Sizin "Şəxsiyyət vəsiqəsi" adlı şeirinin daxili ovqatı, dərin məzmun qatı ilə böyük Üzeyir bəyin "Leyli və Məcnun" operasındakı  "Şəbi hicran" xorunun ilahi sədası arasında kosmik bağlantı var. Hər iki sənət əsəri sanki Kainata səslənişdir. Bu kosmik səsləri daha çox hansı zərurətdən yaranıb?
 
- Suyu səpəndə damla-damla yayılır, yağış yağanda parçalanıb dağılır, bomba  dağılaraq yayılır. Şeirin özünün də dairəsi var. İnsan kütləsi, yaxud da bir su gölməçəsini hesab edin.  O son deyil, arxasında, aşağısında da biri var.  Mənim “Rekvyem” əsərim haqda ön sözdə yazılıb. Soltan Hacıbəyovun “Karvan”əsərinə bənzədilib.  Qarabağda da məndən “Ağlayan kimdi” şeirini istədilər. Bu şeir təkcə ora deyil, Tükiyədəki zəlzələyə də, bir də  gördün xəbər verdilər ki, hardasa, 500 nəfər öldürdülər, bax, bilmdəyimiz həmin yerə də aiddir. 
Dünya çox gülməlidir. O, biz gördüyümüzdən ibarət deyil. Dünya çox maddiləşib. O maddilik anlamı əlimizdən alıb. Elmi də əlimizdən alıb. Mənim bir şeirim var gənclər də çox sevir. “Qaytar, ana, qaytar məni beşiyə”. Orda deyirəm: 
 
Göy üzünün karrığı
        Görən gözlərin korruğu
        Eşidən qulaqların karlığı,
        Keçdiyim  yolun  darrığı 
        Oddadı, məni oddadı. 
 
 
Yaxud, "O ağlayan kimdi elə?"şeirimdə deyirəm:
 
O ağlayan kimdi elə?
Ağlaya-ağlaya  gülür. 
Sinəsini qan aparır,
Yarasının düyməsini 
Bağlaya-bağlaya gülür.
 
Ocağa kül, közü gülən
İçi yanıb, üzü gülən
Göz yaşında gözü gülən 
O ağlayan kimdi elə?
 
Sığınıb qərib dağlara
Batıb qalıb uzaqlara.
Qısılıb ötən çağlara 
O ağlayan kimdi elə?
 
Baxıb şəkli düşən daşa
Göydə uçan tənha quşa 
Uşaqlığıyla başbaşa 
O ağlayan kimdi elə?
 
Dayanıb yol ayrıcında
Gözünün yaşı ovcunda .
Son söz dilinin ucunda,
O ağlayan kimdi elə?
 
Məncə, burda heç bir sual yoxdur. Onu hamı görür,  hamı başa düşür. 
 
- “Çiynimdə tabut gəzirəm” şeiri haqqında da çox yazılıb. Bizi maraqlandıran konkret sualı sizə ünvanlamaq istərdim: o tabutun üstü  Yer kürəsidi, ya nədir?
 
- Seyran Səxavətin bu şeirlə bağlı çox gözəl yazısı var... O şeir başlayandan, ilk bənddən sona qədər təhlildir. Mənə Yer üzündə sulardan başqa hər yer tabutdur. Bəşəriyyat yaranından trilyonlarla insan ölüb dəfn edilib.  Üstəgəl, maşın səsləri, qəhqəhələr, var üstə yarış, geyim üstə yarış. Yaxşı yaşamaq nədir? Yaxçı yaşamaq - Səmimiyyətdir! Bir az ac qalıb çörək tapanda sevinməkdir. Günorta yeməyini  gecikdirəndə daha şirin olur. 
 
Oğlum çox faciəli şəkildə dünyadan köçdü. Əkiz nəvələrim olanda dedim ki, Allah heç nəyi mənə müftə vermir. "Ölüm" şeirini mən həmin hadisədən 7-8 ay öncə yazmışdım. Həmin şeir bütünlükdə odur. 
 
De, hara getdin baş alıb?
Yerin-yurdun bilinmədi.
Gördüm ki, dünya boşalıb.
Nəydi dərdin, bilinmədi.
 
Bu poeziya çox möhtəşəm bir şeydir. Onun bir dövrü olub. Həmin dövr yenidən gələcək. Berqmanın bir filmi var, başlayan kimi tabutdan bir əl çıxır. Əslində, o Sultan Süleymandır. Onun məşhur vəsiyyətinin imitasiyasıdır.  Dünya, əslində Şərqdən çox şey öyrənib. Sualın cavabına gəldikdə axtardığını tapmırsan. Ancaq tabutdur. Hansısa diri yerə getmək istəyirsən, diri yer yoxdur. 
 
Alışdım tək daşımağa
Çiynimdə yük daşımağa. 
Yer yox bir tük daşımağa,
Çiynimdə tabut gəzirəm.
 
Dolaşıram dağı-daşı
Nə zər, nə yaqut gəzirəm.
Düyün-düyün yollarıma
Kökdən düşmüş ud gəzirəm,
Çiynimdə tabut gəzirəm
 
Gəzirəm dörd bir tərəfi
Bilmirəm yolum haradır.
Çəkir məni sirr tərəfi
Ölümü gördüm, deyəsən,
Görəsən, yolum haradır.
 
Suyuna dodaq dəyməmiş, 
Köksünə ayaq dəyməmiş,
Sinəsinə ox dəyməmiş
Gözdən iraq yurd gəzirəm, 
Çiynimdə tabut gəzirəm.
 
Dünyaya meydan sulayan 
Səsi ruhumu dalayan
Axirət deyib ulayan 
Yalnız qalmış qurd gəzirəm
Çiynimdə tabut gəzirəm.
 
Balalar çiçək doğulur,
Gül doğulur balalar.
Balalar göyçək doğulur
Qul doğulur balalar.
 
Torpaqdan altun doğulur,
Daşlardan yaqut doğulur.
Nədənsə şair doğulan
Çiynində tabut doğulur.
 
Çox göynətdi ürək məni
Dərdsiz ürəyə qurd düşər. 
Silkələmə fələk məni,
Çiynimdəki tabut düşər.
 
- Yalqız gəzən, axirət gəzib ulayan qurd dedikdə nəyi nəzərdə tutdunuz?
 
- Sual mənə çox aydındır, amma insanlar üçün çox mürəkkəbdir. “Qalmaz belə, qalmaz dünya” kitabımda 
 
Övladların çıxdı naşı
Qəm yükünü özün daşı. 
Axma, anamın göz yaşı,
qalmaz belə, qalmaz dünya 
 
Qurd totemdir. Sürünü ana qurd idarə edir. “Axirət” şeirimdə belə bir bənd var:
 
Adanın köksündə sevgi çatları
Nə Həvva görünür, nə övladları...
 
- Öz iç dünyanızı, əsələrinizi təsəvvüf nəhənglərindən hansıyla müzakirə etmək istərdiniz?
 
- Onların, şübhəsiz, hamsı mənə çox doğmadır. Allah qatında olduğu üçün hamsının səviyyəsi bərabərdir. Onların içində məni ən çox heyrətə gətirənlər 3 nəfərdir: Əl Ərəbi, Şübhəsiz birinci yerdə İmam Həsən Bəsri, İbn Ərəbi və  Qəzalidir. Qəzali tərki-dünyalığı dağıtdı. Qəzaliyə qədərki  sufilikdə  dərvişlər çox tərkidünya idi. O, maddilik içərisindən keçib bu tərkidünyalığı dağıtdı, eynən Cəlaləddin  Rumi kimi. Onların içərisində ən böyük mütəfəkkir, şübhəsiz, Cəlaləddin Rumi idi.  
 
Qəzalinin hikmətinə bax: Məkkədə  valisi moizə oxuyur: "Bunu mən demişəm, bu mənimdir, bu babamındır və s. peyğəmbər nəslindəndir". Qəzali moizəni dayandırır.  Deyir ki, "sənin olan yalnız gəmi qəzaya uğrayanda itirə bilməyəcəyindir".
 
Yaxud da İmam Həsən Bəsri deyir:  “Dostlar bizimlədir, çünki ilahidəndir. Ailə və uşaqlar bu dünyanın dostları bizim rəqiblərimizdir". Rəqib səni Allahdan qoparır. Bəzən səni padşaha əyilməyə möhtac edir. Çünki onu yedirtməli, geyindirməlisən, vəzifəyə yönəltməlisən. Yəni səni mütləq təmizlikdən aparır. Ərəbi isə deyir: “Oğullar ataların sirridir". Allah onu verir, sonra əlindən alır və deyir: "İstədin səni sevindirdim. İndi də əlindən alıram". Səni sınayır, görüm indi halın necə olacaq? 
 
İspaniya 700 il İslam ölkəsi olub. Onun ən parlaq nümayəndəsi Əl Ərəbi idi. Amma sonra oldu başqa bir ölkə. Dünya indi bunu Türkiyənin, bizlərin üstündə qurur. Quran özündə deyir böyük alimlər, nitq sahibləri olacaq, amma Quran olmayacaq. İndi baxaq, bu 4 din kitabı olmasaydı, bəşəriyyəti nə gözləyərdi. İnsanlar bir-birini yeyərdi. İsa peyğəmbəri necə sevməyəsən? Dünyaya sevgi gətirib. Bəşəriyyət üçün yalvarır. Deyir, "bütün cəzaları mənə ver, insanları mənə görə bağışla". İbrahim dünyaya atalıq gətirib.  Musa peyğəmbər maddilikdən uzaq, səhralara gəzə-gəzə insanlara dünyanı anladıb. Bəzən mənə də deyirlər sən mətbuatdan uzaq gəzirsən. Bu doğurdan da belədir. Amma bir şey də var: o qədər kataklizmlər oldu ki... Amma  Füzuli öldü? Yox,  dirildi gəldi. Ona görə deyirlər ki, əlyazmalar yanmır. Sözü yandırmaq olar?!
 
Mənim bütün düşüncələrimdə Allah Sözdür. Çünki İncil belə başlayır: "Birinci Söz varıydı". Söz Allahla qoşaydı.  Söz Allahı, Allah da sözü yaradıb. Mənim də heç kimdən heç bir istəyim yoxdur. Bir yoldur gedirəm. Rahatlıq anlayışı nədir, onu da başa düşmürəm. O adam rahat olar ki, o ölüb. Bir gün bir adam İmam Həsən Bəsriyə giley edir, problemindən danışır. Deyir rahatlıq tapmıram. İmam da belə bir cavab verir: “Dərviş, dünya o qədər narahatdır ki, yerindən hey fırlanır. Bu narahat dünyada nə rahatlıq axtarırsız”.
 
Gələcəklə bağlı belə bir ifadəm var: "Bugün bizimdi, sabah Allahın". "Gələcək" sözü yoxdur. Ona görə peyğəmbərimiz deyir ki, hər yuxudan duranda ölümü, son gününü düşün. O bildirir ki, ölümdən yazanlar xoşbəxtdirlər, onlar mənim yanımda olacaq. İnsan bunları düşünsə, bu qədər sui-qəsdlər olmaz. Rumi gözəl bənzədir, ilanın kürəyindəki naxışlar göz oxşayır, amma zəhəri çalır. Yer kürəsi də belədir... 
Oxşar xəbərlər
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR