“Ramazan ayında intiharların, intihara bənzəyən davranışların da azaldığı müşahidə olunmuşdur...”
ORUC VƏ SAĞLAMLIQ...
İbadətlərin əsasında bu ibadətin ancaq və ancaq Allah rizasi üçün edilməsi dayanır. Orucla sahib olduğumuz nemətlərin qiymətinin daha yaxşı anlayırıq. Yaz günlərində oruc tutan üçün, bir stəkan su nə qədər qiymətli bir nemətdir. Axşama doğru bir kasa şorbanın, bir parça quru çörəyin nə qədər böyük bir nemət oluğunu ancaq oruclu insan daha yaxşı anlayır. Oruc tutmaq insana səbir etməyi öyrədir, səbirsizliyin və təhəmmülsüzlüyün bir dərmanı da orucdur. Oruc tutan zəngindirsə, aclığın nə olduğunu, kasıbların çətin vəziyyətlərini daha yaxşı başa düşür. Onlara yardım əlini daha geniş açır. “Vücudun zəkatı orucudur.” (İbn Macə)
Oruc tutmaq təhəmmülü çətin olan ibadətdir?..
Vücud öyrəşmişdirsə, orta hesabla 60-70 gün qədər aclığa, bir həftə müddətinə susuzluğa təhəmmül edə bilər. Təzyiq ilk günlərdə xəfif şəkildə aşağı düşür. Bunlar oruca, yəni qismi aclığa olan alışma, yəni adaptasiya hallarıdır. Hər yemək vücud üçün bir yorğunluğun başlanğıcıdır. Uca Yaradan 11 ay fasiləsiz işləyən vücuda ilin bir ayında, yəni Ramazanda müvəqqəti bir istirahət verir. Qaraciyər 24 saat işləməzsə, insan ölür. Oruc halında qaraciyərin yükü azalır, vücudda toksid, yəni zəhərli maddələrdən təmizlənmə imkanı artır. Oruclu insanın vücudu maddi olaraq da təmizlənir. Oruc əsnasında qaraciyərin yükü azaldığı üçün ölü və ölməkdə olan hüceyrələrin təmizlənməsi asanlaşır və tezləşir. Allahın əmri olan orucun tutulması ilə insan vücudu, azalan hüceyrələrin təmizlənməsi və onların yerinə yeni hüceyrələrin gəlməsiylə gəncləşir. “Vücudun zəkatı orucdur” hədisini və zəkatın lüğəvi mənasının təmizlənmə olduğunu xatırlayanda hikmət daha yaxşı aydınlaşır...
Oruc bıçaqsız əməliyyatdır...
Günümüzdə bəzi Qərb məmləkətlərində orucla müalicə tətbiq edən klinikalar mövcuddur. Bəzi xəstəliklərə qarşı oruc tutmağı müalicəedici bir dərman kimi istifadə edən bir çox qərb həkimləri vardır. Xəstə əməliyyatdan altı saat əvvəl və əməliyyatdan altı saat sonra ac saxlanılır. Bu zaman əməliyyatdan sonra orqanizmdə qalıqlaşmış bütün zərərli maddələr vücuddan xaric olur. “Oruc bıçaqsız əməliyyatdır.” (Geffory M.R. : Le jeune (müalicə vasitəsi olaraq oruc- Tərcümə edən: İbrahim C.) kitab, Ərzurum, 1978)
Oruc tutanın qəlbi istirahət edir...
Oruclu ikən, əsasən günortadan sonra qəlb- ürək olduqca rahat vurur, heç bir çətinlik çəkmir. Oruclu insanlarda qəlb bir gündə təxminən 15 000 dəfəyə qədər az vurur. Daha çox istirahət edən qəlb, daha qüvvətli olur...
Köklük...
Köklük bir çox xəstəliklərə səbəb olur. Qəlbə ağır bir yük gəlir. Həmçinin qəlb və damar xəstəlikləri, təzyiq yüksəkliyi, şəkər xəstəliyi, beldə və dizlərdə ağrılar kimi bir çox problemlər kök insanlarda görünür. (New england J of Medicine, 343: 1888, 2000 ) İbn Sina; “ Bütün xəstəliklər yeyilən və içilən şeylərdən gəlir” söyləmişdir. Ən öndə gələn ölüm səbəbi qəlb və damar xəstəlikləridir. Oruc insanı artıq yemək yemək alışqanlığından qoruyur. Oruclu insanın damar sərtliyi, yəni yağ artıqlığı azalır. Oruc damar sərtliyi və onun arxasından gələn yüksək təzyiq, qəlb xəstəlikləri, bəzi böyrək xəstəliklərinin qarşısını alır. Oruclu insan zəif və aciz olduğunu anlayır. Hər üzvünə özünə məxsus şəkildə oruc tutdurmalıdır. Məsələn, dili yalandan, qeybətdən, gözü haram şeylərdən qorumaq kimi. “Oruclu yalan və yalançılıqla iş görməyi tərk etməzsə, yeməyi-içməyi saxlayıb ac durmasın. Allah nəzdində heç bir qiyməti yoxdur.” buyurlumuşdur. (Buxari, Müslim) Bizdən uzun müddət deyil, ildə bir ay o da günün bəlli saatlarında və yenə öz mənfəətimiz üçün oruc tutmağımız istənilmişdir. Allah-Təala Qurani-Kərimin “Bəqərə” surəsi 184-cü ayəsində buyurmuşdur: “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” Ramazan ayında intiharların, intihara bənzəyən davranışların da azaldığı müşahidə olunmuşdur. ( Daradkeh T K : parasuicide deruing ramadan in jordan. Acta Pyschiatrica scandinavica,86(3) :253-4,1992-Sadeghipour H, et al: the effect of ramadan on the number of suicidal intoxication. Iranian J of Endocrinology and Metabolism (IJEM). Abstract book the Congress on health and ramadan, October, 2001, p.31)
(Davamı var)
Hazırladı:
Gülnar Ələsgərova
İslamevi.az