“İmtahanların sayı artırılmalı, qiymətlər aşağı salınmalıdır...” – DİM-ə qeyri-adi təklif...
7989
21 Mar 2023 | 20:42

“İmtahanların sayı artırılmalı, qiymətlər aşağı salınmalıdır...” – DİM-ə qeyri-adi təklif...

Magistratura səviyyəsinə qəbul  üzrə sınaq imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən cəmi bir neçə dəfə keçirilir. Bildiyimiz kimi, hazırda magistraturaya qəbul imtahanları iki cəhddə (yaz və yay) olmaqla keçirilir. Fevralın 19-da birinci cəhd imtahanı keçirildi. Lakin bu imtahana qədər dövlət İmtahan Mərkəzi tərəfindən cəmi bir dəfə sınaq imtahanı təşkil olundu. Sınaq imtahanlarının nə dərəcədə faydalı olduğunu imtahan verən şəxslər daha yaxşı anlaya bilər. Həm psixoloji, həm texniki, həm də zehni baxımdan tələbələri qəbula daha yaxşı hazırlayan sınaq imtahanları onların yekun göstəricilərinə də müsbət təsir göstərmiş olur.

 

Lakin sınaq imtahanlarının az sayda təşkili, eləcə də iştirak üçün tələb olunan ödənişin çoxluğu  ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

 

“Ödənişin yüksək olması porblemərə yol açır”

 

Mövzu ilə bağlı “Magistr- OL”  tədris mərkəzinin rəhbəri, Məntiq fənni üzrə təlimçi   Rəşadət Şərifov Moderator.az-a açıqlamasında maraqlı detallara toxunub.

 

Sınaq imtahanlarının tələbələrin nəticələrinə müsbət təsir etdiyini bildirən R.Şərifov qeyd edilən çatışmazlıqların ciddi problemlərə yol açdığını qeyd etdi:

“DİM tərəfindən magistratura üzrə sınaq imtahanları cəmi bir dəfə keçirilir. Onun da ödənişi çox yüksək olur. Həm imtahanların sayının azlığı, həm də ödənişin yüksək olması porblemərə yol açır. Sınaq imtahanları tələbələrin nəticələrinə təsir göstərir, onlara özlərini tanımağa şərait yaradır. Daimi sınaqlarda iştirak edən tələbələrin nəticələri digərlərinə nisbətən yüksək olur. Onlar mövzuları təkrar edir, imtahan stressinə alışır, vaxtın bölüşdürülməsi, ilk hansı fəndən başlamaq və s.  kimi məsələləri məşq edirlər. Sınaqlarda iştirak edən tələbələrdə imtahan qabiliyyəti formalaşır, bu da onların nəticələrinə müsbət təsir edir. Bu baxımdan, həm imtahanların sayı artırılmalı, həm də qiymətlər aşağı salınmalıdır”. 

 

 

“Cəmi, bir-iki tələbə DİM-in sınağında iştirak edir”

 

R.Şərifov tələbələr üçün kursda təşkil edilən sınaqlarla bu boşluğu doldurduqlarını söylədi:

 

“Tələbələrimiz üçün DİM sınaqlarının azlığı elə  bir problem yaratmır. Kursun öz tələbələri üçün ödənişsiz, digərləri üçün də çox cuzi məbləğə sınaq imtahanlar təşkil edirik.  Bizim tələbələr DİM-in imtahanına heç maraq da göstərmirlər. Cəmi, bir-iki tələbə DİM-in sınağında iştirak edir. Yerdə qalanlar kursda DİM-lə eyni tipdə, səviyyədə ödənişsiz sınaq imtahanı olduğu halda, yüksək məbləğ ödəmək istəmirlər”.

 

Rəna Nəbi

Link kopyalandı!
Son xəbərlər