Medvedev Haaqa məhkəməsini hipersəsli raket zərbəsilə hədələdi və hakimlərə sataşdı...
Ekskluziv
3649
20 Mar 2023 | 12:52

Medvedev Haaqa məhkəməsini hipersəsli raket zərbəsilə hədələdi və hakimlərə sataşdı...

"Ölkə və onun liderləri iki halda - suverenliyini tam itirdikdə və müharibəni uduzduğu təqdirdə mühakimə edə bilər..."
 
"BCM-in digər nüvə dövləti prezidentini mühakimə etmək göstərişi ABŞ-dan gəlib..."
 
 
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Federasiyası prezidenti Vladimir Putinin həbsi barədə qərarının beynəlxalq hüquq üçün "dəhşətli" nəticələri olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev "Telegram-kanal"ında bəyan edib.
 
"Beynəlxalq hüquq üçün bunun nəticələri dəhşətli olacaq. Axı, bu, o cümlədən məsuliyyətin labüdlüyü barədə postulatlar da daxil olmaqla hüquq prinsiplərinin iflasıdır.
 
Bu gündən heç kim beynəlxalq orqanlara müraciət etməyəcək, hamı öz aralarında razılığa gələcək. BMT-nin bütün axmaq qərarları pozulacaq. Beynəlxalq münasibətlərin bütün susteminin qaranlıq qürubu gəlir. Etimad tükənib", - Medvedev yazıb.
 
Onun sözlərinə görə, beynəlxalq hüququn "tamamilə çöküşü" baş verib. O, qeyd edib ki, sistemin əsas qüsuru "onun səmərəsiz olmasındadır" 
 
Çünki ölkələr "BMT Baş Assambleyasının nüfuzu olmayan aktlarına" əməl etmək istəmir, Təhlükəsizlik Şurasının qərarlarına veto qoyur və təşkilatın müxtəlif təsisatlarını tərk edir.
 
BCM-in qərarını şərh edən Medvedev iki halda "ölkəni və onun liderlərini mühakimə etməyin" mümkün olduğunu açıqlayıb. Bunlar suverenliyin tam itirililməsi və müharibədə uduzduğu təqdirdə mümkündür.
 
Siyasətçi məhkəmənin "səmərəliliyinin sıfra bərabər olduğunu" qeyd edib, çünki BCM yalnız "hamıya məlum olmayan otuza yaxın şəxsi" məsuliyyətə cəlb etməyə müvəffəq olub.
 
O, xatırladıb ki, Sudanın sabiq prezidenti Ömər əl-Bəşir "bu ittihamlara tüpürüb", məhkəmə həmçinin ABŞ-ın Əfqanıstan və İraqda törətdiyi cinayətlər ətrafında vəziyyətlə bağlı "heç nə edə bilməyib".
 
Medvedev bəyan edib ki, BCM-in "digər nüvə dövləti prezidentini mühakimə etmək" göstərişi ABŞ-dan gəlib və əlavə edib ki, "bunun heç bir praktiki dəyəri yoxdur".
 
O, həmçinin xatırladıb ki, "hamı Allahın və raketlərin altında hərəkət edir". Medvedev Haaqa məhkəməsini "Oniks" hipersəsli raket zərbəsi ilə təhdid edib və hakimlərə "səmaya diqqətlə baxmağı məsləhət görüb".
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər