Raşizm nədir və haradan qaynaqlanır?
Ekskluziv
3803
15 Mar 2023 | 17:18

Raşizm nədir və haradan qaynaqlanır?

"Raşizm uzaq tarixi kökləri olan dəyərsizlik kompleksidir və "böyüklüklə" kompensasiya edilir..."
 
"Raşizm bütün başqa ideologiyalara "paralel" olan və əsasını ekspansionizm təşkil edən ideologiyadır..."
 
Ukrayna Ali Radasında "raşizm" anlayışının rəsmən qeyd edildiyi və Putin rejiminin "raşist" adlandırıldığı qanun layihəsi qeydiyyatdan keçib. Bu zaman bu ideologiya "millətçi" ideologiya adlandırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "unian.net" nəşri yazıb. 
 
Bu, ölkədə və onun hüdudlarından kənarda diskusiyalara səbəb olub.
Ukrayna millətçilərinə rəğbət bəsləyən kanallar və təşkilatlar deyir ki, "yox, bu, əslində millətçilik deyil, kommunizmdir!". Haradasa sətirarası faşizm xatırlanır və s.
 
Raşizm revanşist avtoritar ideologiyadır, onun əsasında keçmiş Rusiya-Rusiya imperiyası-SSRİ-bütün slavyanların ərazisində olan ekspansionizm dayanır.
 
Bu suala cavab vermək üçün əvvəlcə başqa ideologiyaları anlamaq və fərqləri tapmaq lazımdır. 
 
- millətçilik və onun ifrat forması olan nasizm-millətin diktaturasıdır;
 
- faşizm-partiyanın diktaturasıdır;
 
- kommunizm-sosial sinfin diktaturasıdır;
 
- fundamentalizm-ideya/ideologiyanın diktaturasıdır;
 
- monarxizm-bir hakim ailənin irsi diktaturasıdır;
 
- panslavizm-bir xalqın bütün slavyanlar üzərində diktaturasıdır.
 
Rusiyanın indiki rejiminə bunların hansı daha yaxındır? Məncə, partiya diktaturası olan faşizm. Lakin onlar digər "oxşar" diktaturalardan ən pis cəhətləri də əxz edib.
 
Beləliklə, raşizm nə deməkdir?
 
Raşizm revanşist avtoritar ideologiyadır və onun əsasında keçmiş Rusiya-Rusiya imperiyası-SSRİ-bütün slavyanların ərazisində olan ekspansionizm dayanır. Bu, sərt partiya rejimi, şəxsiyyətə pərəstiş, milli şovinizm (eks-Rusiya-SSRİ-nin yerdə qalan xalqları bunlara tabe olan "kiçik qardaşlardır"), ksenifobiya və yadfikirliliyə dözümsüzlük, daxili auditoriya üçün "keçmiş nəhənglik", "imperiya" və "xüsusi yol" ilə səciyyələnir. Kommunizm, millətçilik, monarxizm yalnız "torpaqların birləşdirilməsi" və ekspansionizm üçün pərdə kimi istifadə edilir.
 
Bunun pik nöqtəsi Stalin epoxasının "dünya inqilabı" ideyası olub, bu da bütün dünyanı özünə tabe etdirmək ideyasıdır.
 
Bu revanşist ideologiyasının kökləri "Zalesye"yə aparıb çıxarır, bu, erkən Rusiyanın şərq ətraflarındakı regionudur, buraya Rusiyanın başqa yerlərindən ən çox aqressiv kiçik qardaşları, habelə cinayət törətməsi ucbatından qovulmuş və ya digər səbəbdən qaçanlar köç edib.
 
Həm də nə Novqorodda, nə də Kiyevdə bu ərazilər əvvəlcə Rusiya adlandırılmayıb, salnamələrdə göstərilməyib: "...bütün Rusiyadan və Zalesyedən ayrı-ayrılıqda qoşunlar gəlib. Bu, yerli knyazları və "balaca uşaqları" aşağılayıb, onlar sivilizasiyaya mənsubluğunu yalnız silah gücünə sübut edib".
 
Mahiyyətcə, raşizm ideologiyası dəyərsizlik kompleksindən, onların da barbar deyil, sivil olduğunu sübut etmək cəhdlərindən yaranıb. Yerli knyazların siyasəti-diplomatiya, sülalə nikahları, müharibələr, demək olar ki, istisnasız olaraq onların da "böyük olduğunu" əsaslandırmağa yönəlib. Yalnız "böyüklüyün" ölçüsü dəyişib.
 
Raşizm uzaq tarixi kökləri olan dəyərsizlik kompleksdir və "böyüklüklə" kompensasiya edilir.
 
"Böyüklük" üçün iştahalar getdikcə Zalesyedə dominantlıq etməkdən panslavizmədək artıb. Pik nöqtəsi Stalin epoxasının "dünya inqilabı", yəni bütün dünyanı tabe etdirmək ideyası olub. Onlar üçün "böyüklük" həmişə azlıq edib. Çünki psixoloji komplekslər onlara bu yanğını, bu əbədi revanşızmi aradan qaldırmağa imkan verməyib.
 
Beləliklə, raşizm uzaq tarixi kökləri olan dəyərsizlik kompleksidir, bu da "böyüklüklə" kompensasiya edilir. Bu "böyüklüyün" mütləq atributları Novqorod və Kiyev (Rusiyada sivilizasiyanın və hakimiyyətin əsasları kimi) və Krımdır.
 
Budur raşizm-bütün başqa ideologiyalara "paralel" olan və əsasını ekspansionizm təşkil edən ideologiya!
 
Raşizm, qanun layihəsində yazılan kimi, insan haqlarına aid deyil. Kommunizmə və millətçiliyə aid deyi. Bu, hakim zümrənin ideologiyası olaraq qalır və istənilən başqa ideologiyaya uyğunlaşır. Çünki raşizm hakimiyyət və onun əsaslandırılmasıdır.
 
Əsl millətçilik, kommunizm və ya hətta monarxizm bu ideyaya qaşı çıxardı. Amma bir incə məqam da var-Rusiyada klassik kommunizm və ya millətçilik olmayıb (xatırladıram ki, SSRİ-də əvvəlcə "hərbi kommuizm", daha sonra "inkişaf etmiş sosializm" olub ki, bunların da Marksın orijinal ideyalarına, ümumiyyətlə, aidiyyatı yoxdur). Millətçilik isə "böyüklüyə" əks olan rus millətinin formalaşması və bütün istila edilmiş xalqlardan və başqa millətlərdən imtinanı tələb edərdi.
 
Budur raşizm-bütün başqa ideologiyalara "paralel olan" və əsasını yalnız hakimiyyət və ekspansionizm təşkil edən, kökləri psixoloji komplekslərə gedib çıxan ideologiya!
 
Müəllif: Andrey Popov, jurnalist, siyasi analitik
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər