Ağsuda məktəbli qardaşlara xəsarət yetirildi – SAXLANILAN VAR
235
06 Apr 2026 | 11:31

Ağsuda məktəbli qardaşlara xəsarət yetirildi – SAXLANILAN VAR

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində məktəblərdən birinin idman meydançasında qeydə alınıb. 

Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 
 

Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn qardaşı -16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib.


Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir. (Apa.az)

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər