Rusiya hərbçiləri Laçında məsuliyyət zonalarından kənar əraziyə soxuldu?..-XƏRİTƏ
4802
27 Feb 2023 | 08:55

Rusiya hərbçiləri Laçında məsuliyyət zonalarından kənar əraziyə soxuldu?..-XƏRİTƏ

Rusiyanın Azərbaycan ərazisindəki  “sülhməramlı”  hərbi kontingenti məsuliyyət zonalarından kənar məkana daxil olub.
 
Moderator.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin “sülhməramlı”lara aid bölməsindəki gündəlik dislokasiya xəritəsindən bəlli olur.
Belə ki, fevralın 25-i və 26-a aid xəritədə Laçın “dəhlizi” ərazisində keçirilmiş patrul xidmətinin “dəhliz” ərazisindən kənara - Laçın şəhərinin lap yaxınlığınadək davam etdiyi görünür. Həmin patrul xidmətinin Şuşa-Laçın yolundakı  Zarıslı  kəndinə yaxın ərazidən başlandığı bəlli olur.
P.S. İki il üç aydan çoxdur ki, ərazimizə yerləşdirilmiş Rusiya hərbi kontingenti  rəsmi qurumların, o cümlədən Müdafiə Nazirliyinin, eləcə də ictimaiyyətin və medianın xəbərdarlıqlarına rəğmən funksiyalarından kənar bir sıra qanunsuz davranış və əməllərini, həmçinin dislokasiya xəritələrində Azərbaycana məxsus toponimlərin ermənilərin xeyrinə təhrifini davam etdirir...
 
Sultan Laçın
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər