Vardanyan vəzifədən azad edildiyixa0 üçün Arayikə təşəkkür edib...xa0
7126
25 Feb 2023 | 08:27

Vardanyan vəzifədən azad edildiyixa0 üçün Arayikə təşəkkür edib...xa0

Ruben Vardanyanın öz istefasından sonra verdiyi bəyanat  Qarabağdakı hayklar arasında ziddiyyətli fikirlər doğurub. Bəziləri çox məyusdur ki, Ruben Vardanyan nəinki Arayik Arutyunyandan inciməyib, hətta vəzifədən azad edildiyi  üçün ona təşəkkür edib. 
 
Moderator.az xəbər verir ki, bu fikirləri Ermənistanın "Hraparak" qəzeti yazıb.
 
"Ən əsası isə Vardanyan Ermənistan və Azərbaycan hakimiyyətinə şikayət etməyib, könüllü olaraq “xilaskarının”(Araikin-S.L.) maskasını qoparıb. Bununla belə, bəzi dairələrdə hələ də ümid var ki, Vardanyan “yavaş tələsir", o, Ermənistan Respublikasının düşmən hakimiyyətinə daha heç nə vermək istəmir. Və əgər o, Ermənistanda siyasi karyerasını davam etdirmək niyyətindədirsə, ehtiyatla hərəkət etməlidir.  Amma Vardanyanın uğur qazanmaq üçün bir şansı var: ən radikal mövqelərdən çıxış etmək" -deyə davamından erməni nəşri bildirir.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər