Ekskluziv
4336
23 Feb 2023 | 20:11

"Vaqner" hər şeydə üstündür" - Ukraynalı general Priqojinin "azğın" muzdlularını təriflədi

"Vaqnerçilər qətiyyətlə, kifayət qədər güclü hərəkət edir..."
 
"Səfərbər edilənlərdən formalaşan ərazi qoşun bölmələri ilə "Vaqner qrupu" arasında Yerlə göy qədər fərq var..."
 
 
"Vaqnerçilər" səfərbər edilənlərdən daha qətiyyətlidir, hərçənd, məhbuslardan formalaşıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Kiril Budanov "Ukrainskaya pravda" nəşrinə müsahibəsində bəyan edib.
 
Müxbir Budanovdan rusiyalı hərbçilərə qiymət verməyi xahiş edib və qeyd edib ki,  Ukrayna cəmiyyətində düşmən ordusu barədə açağılayıcı tonda danışılır. Hərçənd, səngərdə döyüşən ukraynalılar deyir ki, onların düşməni çox ağzındır.
 
"Burada birmənalı cavab ola bilməz, çünki o, müxtəlifdir. Səfərbər edilənlərdən formalaşan ərazi qoşunları bölmələri ilə, deyək ki, Hərbi-Desant Qoşunlarının elit bölməsi və ya "Vaqner qrupu" özəl hərbi şirkətinin bölməsini necə müqayisə etmək olar ki? Bu, Yerlə göy arasında olan fərq kimidir. "Vaqner" hər şeydə üstündür. Təəssüf ki, bu, doğrudur", - ukraynalı general-mayor deyib.
 
O, qeyd edib ki, "Vaqner"in hücum dəstələri, adətən, məhbuslardan formalaşıb, lakin onlara kifayət qədər sabiq peşəkar hərbçilər rəhbərlik edir. Və onlar "qətiyyətlə, kifayət qədər güclü hərəkət edir".
 
"İtkilərinə rəğmən, onlar addım-addım irəliyə gedir. Və buna nail olan yeganə bölmə elə onlardır", - Budanov vurğulayıb.
 
O, deyib ki, özəl hərbi şirkətdə uzun illər xidmət edən "vaqnerçilər"in çox az hissəsi daxili motivasiyaya, "müəyyən kodeksə" malikdir. 90 faizi isə istisnasız olaraq qorxu ilə motivasiya olunan məhbuslardır.
 
"Onlara hücum əmri veriləndə hücum edirlər. Əgər məhbus hücum etməsə, o, sadəcə, edam olunacaq. Bütün bunlar kifayət qədər açıq şəkildə edilir. Onlarda bu və ya digər metodlarla, təəssüf ki, bu, alınır", - Budanov qeyd edib və əlavə edib ki, hazırda "Vaqner qrupu" sıralarında 10 minədək muzdlu döyüşür.
 
"Vaqner qrupu" özəl hərbi şirkətin sahibi Yevgeni Priqojin dəfələrlə vurğulayıb ki, yalnız onun muzdluları Ukrayna cəhbəsində uğurlar qazanır. Eyni zamanda, Rusiya MN rəhbərliyi lazımi qədər döyüş sursatları tədarük etməyərək onun şirkətini məhv etməyə cəhd göstərir.
 
Rusiya MN cavabında bəyan edib ki, döyüş sursatları ilə bağlı bütün sifarişlər qısa zamanda icra edilir.
Link kopyalandı!
Son xəbərlər