Ekskluziv
4049
19 Feb 2023 | 13:00

"Çin münaqişəyə birbaşa cəlb edilməsə də, böhranın uzanması və miqyasından narahatdır"

Çin Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında bəyanatla çıxış edib...
 
"ÇXR münaqişənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət, BMT Nizamnaməsi prinsiplərinə riayət edilməsi və sülh yolu ilə həllinə tərəfdardır..."
 
Pekin "böhranın uzanması və miqyasından" narahatdır, hərçənd, Çin birbaşa münaqişəyə cəlb edilməyib.
 
Çin Xalq Respublikası "əllərini yanlarına qoyub oturmaq" fikrində deyil. Çin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Kiyev ilə Moskva arasında münaqişənin həlli ilə bağlı sülh danışıqlarına tərəfdardır. 
 
Moderator.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxış edən ÇXR Dövlət katibi Van İ bəyan edib.
 
Çin liderlərindən birinin sözlərinə görə, Pekin sülhə nail olmaq üçün tərəflər arasında sülh danışıqlarının keçirilməsinə tərəfdardır. O, xatırladıb ki, ÇXR sədri Si Tszinpin müharibənin ikinci günü Ukrayna və Rusiyanı danışıqlar masası arxasında əyləşməyə və münaqişənin siyasi həllinə çağırış edib.
 
Çin məmuru qeyd edib ki, Avropa tərəfdaşları ilə birlikdə "müharibəni dayandırmaq üçün hansı səylərin göstərilməsi və Avropada sülhə nail olmaq üçün hansı çərçivələrin olması" üzərində düşünməlidir.
 
O, qeyd edib ki, müharibənin ildönümündə Çin "Ukrayna məsələsi üzrə mövqeyi barədə sənəd elan edəcək". 
 
"Həmin sənəddə sədr Si Tszinpinin ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi, BMT Nizamnaməsi prinsiplərinə riayət edilməsi və münaqişənin sülh yolu ilə həlli üçün bütün səylərin dəstəklənməsi barədə təkliflər təkrar ediləcək", - Van İ vurğulaylb. 
 
Bu arada isə Amerika kəşfiyyatının ekspertləri gözləyir ki, Ukraynada döyüş əməliyyatlarının intensivliyinin azalması bir neçə ay davam edəcək və hər iki tərəf qışdan sonra əkshücuma hazırlaşır.
 
Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Xeyns bəyan edib. Onun sözlərinə görə, Ukraynanın müqavimət iradəsinin azalmasının heç bir əlamətləri yoxdur. Rusiyanın ölkənin energetika infrastrukturuna daimi hücumlarına rəğmən, ukraynalıların mənəvi ruhu sönməyib.
Link kopyalandı!
Son xəbərlər