Ekskluziv
4264
19 Feb 2023 | 10:37

"Rusiya Ukraynada insanlığa qarşı cinayətlər törədir..."- ABŞ vitse-prezidenti

"Mən bu cinayətləri törədənlərin hamısına və onlarda əli olan rəhbərlərə deyirəm: siz məsuliyyətə cəlb ediləcəksiniz..."
 
"Bu, barbarlıq və qeyri-insani davranışdır..."
 
Ağ evin yüksək rütbəli nümayəndəsi ilk dəfə olaraq Rusiyanı Ukrayna ərazisində insanlığa qarşı cinayətlərdə rəsmən ittiham edib. Bu, Münhen Təhlükəsizlik Konfransında baş verib. 
 
Moderator.az xəbər verir ki, bu barədə konfransda çıxış edən ABŞ vitse-prezidenti Kəmalə Harris bəyan edib.
 
O deyib:"Birləşmiş Ştatlar rəsmən müəyyən edib ki, Rusiya insanlığa qarşı cinayətlər törədib. Mən bu cinayətləri törədənlərin hamısına və onlarda əli olan rəhbərlərə deyirəm: Siz məsuliyyətə cəlb ediləcəksiniz".
 
Haris nümunə kimi dinc sakinlərə qarşı yönələn hücumların çoxsaylı sübutlarını gətirib. O cümlədən doğum evinə hücum nəticəsində hamilə qadın həlak olub. Mariupolda teatra hücum nəticəsində yüzlərlə insan həlak olub.
 
ABŞ vitse-prezidenti Buçadakı hadisələri xatırlatmağı da unutmayıb. Orada, BMT-nin məlumatına görə, 4 yaşlı qız uşağı rusiyalı əsgər tərəfindən seksual zorakılığa məruz qalıb. 
 
"Rusiya hakimiyyəti zorən Ukraynadan Rusiyaya yüz minlərlə adam deportasiya edib. O cümlədən uşaqları valideynlərindən ayırıb. Bu, barbarlıq və qeyri insani davranışdır", - o, vurğulayıb.
 
O, həmçinin əlavə edib ki, ABŞ "məhkəmə prosesi ideyasını dəstəkləməkdə davam edəcəkdir. 
 
Ukrayna və Qərb ölkələri BMT-nin dəstəyi ilə Rusiyanın Ukraynada cinayətlərini araşdıran xüsusi tribunal yaratmaq niyyətindədir.
 
BMT-nin təyinatına görə, "insanlığa qarşı cinayətlər" soyqırımdan yalnız onunla fərqlənir ki, onlar müəyyən bir etnik qrupa qarşı yönəlməyib. Belə cinayətlərdə ittihamlar irəli sürülərkən beynəlxalq tribunalların prokurorları bu cinayətlərin hər bir ayrı halda qəsdən törədilməsini sübut etməyə borclu deyil, "Politico" nəşri yazır. 
 
Bilavasitə cinayətləri törədənlərin yanında onların "rəhbərlərinin" xatırlanması ABŞ-ın Kiyevin Rusiyanın ali rəhbərliyinin məhkəməyə cəlb edilməsi tələbinin dəstəklənməsi kimi qiymətləndirilməlidir, hərçənd Harris Putinin adını çəkməyib.
Link kopyalandı!
Son xəbərlər