"E" Mərkəzi repressiv orqan olaraq etiraz aksıyalarının iştirakçılarını təqib edib, sosial şəbəkələrdə hakimiyyəti tənqid edənləri izləyib..."
Nevzorov: "Bu, pis əlamətdir, deməli, onun yerinə daha da iyrənc birisi tapılıb..."
Rusiya Daxili İşlər Nazirliyinin sabiq məmuru, general-mayor Vladimir Makarov Moskva ətrafındakı bağ evində özünü güllələyib.
Bundan öncə o, DİN Ekstremizmə müqavimət üzrə Baş İdarə ("E" Mərkəzi) rəisinin müavini vəzifəsində olub.
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.
"İnsident fevralın 13-də səhər baş verib. Moskva ətrafında Qolikovo kəndindəki bağ evində DİN Ekstremizmə müqavimət üzrə Baş İdarə rəisinin sabiq müavini, 72 yaşlı general-mayor Vladimir Makarovun cəsədi tapılıb. İlkin olaraq müəyyən edilib ki, o, intihar edib", - məlumatda deyilir.
İlkin məlumatlara görə, general-mayorun cəsədinin yanında "Berkut-2M" karabin tapılıb, müstəntiqlər güman edib ki, Makarov intihar edib. Bu məqamda həyat yoldaşı evdə olub. O, "təcili yardım" çağırıb, lakin həkimlər yalnız ölümü qeydə alıblar.
"Meduza" nəşrinin yazdığına görə, "E" Mərkəzi 2008-ci il sentyabrın 6-da Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCBİ) bazasında yaradılıb.
Bu repressiv orqandır, onun əməkdaşları etiraz aksiyalarının iştirakçılarını təqib edir, o cümlədən sosial şəbəkələrdə hakimiyyəti tənqid edən materialları izləyir.
Qeyd edək ki, Makarov zamanında Rusiyada Putin rejimini tənqid edənlərin təqib edilməsinin əsas təşkilatçısı olub. Yanvar ayında Putin Makarovu vəzifəsindən azad edib.
Rusiya KİV-ləri yazıb ki, işdən kənarlaşdırıldıqdan sonra general depressiyaya düşüb, nə ilə məşğul olacağını bilməyib. Hazırda Makarovun ailəsi İstintaq Komitəsində dindirilməkdədir.
"Mərhum nadir donuzlardan, əqidəli sadist, davakar, şantajçı olub və "heç nədən", cinayət işləri yarada bilməsilə öyünüb. Onun orqanlardan qovulması pis əlamətdir. Deməli, bu yerə daha da iyrənc birisi tapılıb", - bunu "Telegram-kanalında rusiyalı müxalifətçi, publisist Aleksandr Nevzorov yazıb.