”Ya ölüm, ya Türkiyə” kitabı necə nəşr edildi? - Nəsiman Yaqublunun təqdimatında...
4483
14 Feb 2023 | 10:35

”Ya ölüm, ya Türkiyə” kitabı necə nəşr edildi? - Nəsiman Yaqublunun təqdimatında...

Türkiyədə baş verən zəlzələdən hamımız sarsılmışıq. Zəlzələnin törətdiyi fəlakətlərin miqyası isə ölçüyəgəlməzdir. 30 mindən çox(bu günə qədər açıqlanan məlumat) insanın həyatına son qoymuş bu zəlzələdən sonra bütün diqqət Türkiyəyə yönəlib və kimsə hansı formadasa köməyə can atır. Azərbaycan insanı da bütün bacarıq və gücü ilə qardaş Türkiyənin yanında olmağa tələsir. Tarixə diqqət etsək Türkiyə də ən ağır zamanlarımızda Azərbaycan xalqının yanında olub, onun xilaskarına çevrilib. 1918-ci ilin ən ağır zamanlarında Türkiyənin Azərbaycana Qafqaz İslam Ordusunu göndərməsi  və ona dəstək olması hamını həyəcanlandırırdı. Həmin dövrdə, 1918-ci ildə sonradan Azərbaycan Parlamentinin üzvü olan Abdulla(Əbdü) Əfəndizadə Şəkidəki mətbəədə “Ya ölüm, ya Türkiyə” adlı kitab nəşr etdirdi. Bu kitab o dövrdə xalq arasında çox məşhur oldu, bütün bölgələrimizə yayıldı, insanlarımız tərəfindən maraqla oxundu.Türkiyəyə sevgi məzmununda olan bu əsəri oxuculara təqdim edirəm.
 
ƏBDÜ(Abdulla) ƏFƏNDİZADƏ
 
Hər ürəkdə səbt olubdur (yazılıbdır):
 
YA ÖLÜM, YA TÜRKIYƏ!
 
BİR NEÇƏ SÖZ
 
İslam aləmində yaşayan diri millət yalnız Osmanlı olub, mabaqisi ölümcül bir halda imrari-həyat etməkdədir. İçərisində yaşadığımız aləmşümul müharibə burasını dəfaət ilə sübuta yetirdi. Binaən bəri bizlərdən bu halda hakim olmaz. Hər kəs bu iddiaya düşərsə, millətinə böyük bir xəyanət etmiş olur. Buna görə Türk və  İslam aləmi xülafəyi-ali-osman bayrağı altında birləşib şanlı Türkiyəyə ilhaq olmazsa, artıq yaşamasına ümid yoxdur. Türkiyənin bizlərə babalıq etməyə hər bir cəhətdən haqqı vardır və edəcəkdir...
Mən də müharibəyə felən iştirak etmədimsə də, fikrən Osmanlı ordusunun dövri-bərində davranmaqda idim və ara-sıra hissiyyati millətpərvərlərimi1   və başqa düşüncələrimi nəzmən kağız üzərində səbt edirdim2. 
Bu mənzumələr tək mənim deyil, bəlkə, cümlə Qafqazlı qardaşlarımın hissiyyati-milliyyələrini havidir. Zira ki, bunların hər birisi öz vaxtında millət içərisində əldən-ələ keçməkdə və xanəndələr ağzında oxunmaqda idi.
İndi haman əsərləri topladım və əl-həqq məsələsi üçün təşkilatda bu¬lunduğum bir çox şəhərlər və vilayətlərin mürici-əfkarı olan “Qafqaza dəvət” mənzuməmi Türkiyə ordusu namına əlavə etdim. Həmin əsərlər bizlərin əski tarixdən bəri ana Türkiyəyə qovuşmaq fikrimiz yeganə amalımız olduğu üçün və məhz bu cəhətdən layiqi-etina olunar deyib tərəfi-acizanəmdən qəhrəman Türk ordusuna təqdim olunmalarına cəsarət etdim. Qəbul olunursa, özümü ən böyük bəxtiyarlardan ədd edərəm. 
 
Şəhri-Nuxa-sənei-1336. Səh 3. 
 
 
Ərzrum qalasının ruslar tərəfindən işğal edilməsi və Qars müsəl¬man¬larının düşmən pəncəsi altında əzilmələri münasibəti ilə
 
NÖVHƏ
 
Xudavənda, hər iqlimə qılıbsan çarə yüz yerdən!
Nədəndir pəs bizim millət olub biçarə yüz yerdən?
Hesabca milləti-islam üçüz (üç yüz) milyonu keçmişdir,
Nə hikmətdir, həmin millət olub səd parə yüz yerdən?
Hanı İran? Hanı Turan? Hanı Şah Əkbərin təxti?
Dönüb bu aləmi-islam xarabazarə yüz yerdən!
Qazan getdi, Krım getdi, Mərrakuş1, Əndəlis2 getdi,
Buxara məhv olur dini satıb dinarə yüz yerdən!
Tarablus, Əlcəzair, Misir, Tunis, Xivə puç oldu!
Dağıldı aləmi-islam parə-parə yüz yerdən...
Səlatıni-şahənşahanı3 millətdən bir ad qaldı,
Xilafətgahi-islamə uruldu yarə yüz yerdən!
Səlim, Osman, Ərtoğrul Bayəzid, Fatehin nəsli,
Bu aslanzadələrdir tək verən can yarə yüz yerdən.
Pənahı müsəlmanın qaldı tək Osmanlı ordusu!
Həmin ordu urdu başın daşa-divarə yüz yerdən!
Bu millət altı yüz ildir, edir övladını qurban...
Qoyur canın, tökür qanın, açıb fəvvarə yüz yerdən!
Kəlami-Allahı, dini hifz edən bu qəhrəmanlardır,
Birə yüz düşmənə qarşı çalandır yarə yüz yerdən!
Məhəmməd-Müstəfanın, Kəbənin, şahi-şəhidanın
Bu millət xadimidir kim, düşüb azadə yüz yerdən!
Aya, ey milləti-ali! Dönübdür çərxi islamın,
Vətən qan ağlayır indi, geyinmiş qarə yüz yerdən...
Təcavüz eyləyir düşmən sərasər ərz namusa...
Bizim ümidimiz sənsən, buna qıl çarə yüz yerdən!
Həbibi-Allahı qıl hali, gəlib görsün bu əhvalı,
Nədəndir söyləsin, millət qalıb avarə yüz yerdən.
Təmənna qılsın Allahdan bizə namus, sizə himmət,
Bizə qeyrəti-məhəbbət... Sizlərə bir çarə yüz yerdən...
 
Sibirya, Romaniya, Rusiya və qeyriləri münhəzim olmaq münasibəti ilə
 
 
ÜMİD
 
Deyəsən bizlərə tanrı bu dönüş sayə salıb,
Baxıram hər tərəfə, düşməni ah-vayə salıb...
Tarixi seyr elə gör, bir nə edibdir düşmən...
İmdi tədbiri nədir, aləmi hay-hayə salıb?
Misiri, Hindi tutan ingilisi-düşməni-din
Bu dönüş hiylə oxum Bəsrəyə minayə salıb.
Əlcəzayirü-Mərrakuşlə Tarablus, Tunis,
Düşmənə loxma olub, millətə bir qayə salıb.
Səltənətlər dağıdan hürr Firəngistana bax!
Meylini indi də Şamə bu fərmayə salıb...
Qazanı, həm Krımı, Qafqazı, həm Turanı
Şimal ayısı udub, meyli Buxaraya salıb...
Kərbəla, Məkkə, Mədinə, Məşhədü Qüdsi-şərif,
Gör bu gün düşməni-dini necə sövdayə salıb?!
Xayinanə buluşur Türkiyəni, İranı...
Əfqanıstanı, Bellucistanı sonraya salıb.
Fatehin məscidinə xaş tikəcəkmiş məlun...
Səlimin mülkünü bayquş yıxacaq vayə salıb!..
Həmdüllah ki, rəva görmədi bu zülmü xuda,
Məscidin məxrəbini səmti-kəlisaya salıb!
Qəhrəmananə hücum eylədi düşmənlərinə,
Türkün ordusu nəhayət oxunu yayə salıb.
Ol səbəbdən bizə ümmidi-nicat oldu bu gün,
Əhli-imanı xudaməqsədi-mavayə salıb!
Bizə məxsus edilən bügzü, nifağı tann
Kafiristanə bu gün qismət edib, mayə salıb!
Bu gürüh ali-müsəlmanə rəva gördüyünü,
Döndərib bari-xuda ümməti-İsayə salıb.
Ayıq ol, türk, ərəb, fars, tatar əqvamı!
İtirib qüvvəsin ol kəs ki, sizi payə salıb.
İntiqam almalısan, bəy, gəda, müttəfiq ol!
Fürsəti fövt eləmə milləti qovğayə salıb!
Nüsrətin gör ki, xudanın necə tədbir elədi,
Qəhrəman nemsələri türklərə həmsayə salıb!
Züvqiya! Sən də bu gün canını qurban eylə!
Vətənin meylini çün aşiqi-şeydayə salıb...
 
Hürriyyətdən sonra keçdiyimiz adi günlər təcrübəsi olaraq
 
 
Acı həqiqətlər qarşısında böyük ümidvarlıq
 
Qəsəmi-pərvərdigarə qılmışam, səbrim nəhayətdir,
Gərək şimdi açam sirri, deməzsən çün xəyanətdir.
Nədəndir bizlərin halı rəzalət pür nədamətdir,
Məgər yalnız bətalətdir səbəb, yaxud cəhalətdir?
Deyil haşa! Əsl əsbabi bir başqa fəlakətdir!
Yıxan türk aləmini əskidən qalmış bənəmlikdir.
Bu aləm içrə hər dəm təfriqə salmış bənəmlikdir,
Ayırmış milləti, dinə qılıc çalımış bənəmlikdir.
Tamam əyani-ixvanı ələ almış bənəmlikdir,
Bənəmlikdən necə bizlər üçün bir qiyamətdir.
 
Yönəl tarixə doğru, gör bənəmlik bir nələr qoydu,
İgid Çingizin övladın ayırdı, dərbədər qoydu.
Teymurləngin büsatını dağıtdı, bisəmər qoydu,
Nə Baurdan, nə Nadirdən, nə Əkbərdən əsər qoydu,
Bənəmlik türklərə bəxş etdiyi yalnız zəlalətdir.
 
Bənəmlik kəndini  sevməksə, bir əmri təbibdir
Ki, onsuz bir tərəqqi mümkün olmaz – bu bədihidir.
Fəqət hankı bənəmlik həm təbii, həm həqiqiqdir?
Firəngi, nemsəvi japonidir, ya ingilisdir...
Bənəmi bunlar üçün mənbəi-elmü səadətdir!
 
Nədəndir pəs ki, bir qövmq bənəmlik tacidar etdi?
Digər bir qövçü məhkum elədi, zülmə düçar etdi?
Birin alicənab etdi, birini  kəsmədar etdi?
Bir iqlimə nicat verdi, birini tarımar etdi?
Birində hökm edir birlik, birisində şərarətdir?
 
Bu ondandır ki, hər bir türk millət içrə tənhadır!
Nemislər millətinin üzvüdür, hər fərdi danadır.
Firənglər, ingilislər həmçinin birlikdə yektadır.
Ayırmaq bunları yek-digərindən bir müəmmadır.
Qovuşdurmaq, barışdırmaq bizi eyni kəramətdir.
 
Nemis millətlə fəxr eylər, bizə məchuldur millət!
Firəng qövmündən ayrılmaz, bizə mənfurdur millət!
Yapon milli tərəqqidə, bizə çox dövrdür millət!
Olar madər sanır qövmün, bizə bir gordur millət!
Olar qurban verir qövmə, bizə millət nə hacətdir?
 
Cahanın ol güruha millətdir mərkəzi bişəkk, 
Bizə mərkəz deyil, aləm özü qurbanımızdır tək!
Nə əyandan, nə alimdən, nə başqa sinifdən seçsək,
İki adam tapılmaz bizdə olsun yekcəhət-yekrəng!..
Bu ziddiyyət, bu keyf mayəşa milli dəlalətdir!
 
 
Bu nəfsaniyyəti hifz etməyə qalxandır millət,
Bu nəfsaniyyətə bişəkk verən qurbandır millət.
Budur bizdə olan məslək, belə talandır millət!
Nifaqə, zülmə yox sərhəd, tamam giryandır millət,
Rətasət, mənffəti-şəxsi bizə amal, adətdir.
 
Neçün hürriyyətə bizzat düşmənlik edir əyan?
Nasıl etməz ki, istibdad qılmış onları xaqan!
Qılıc, qamçı qoparsın nalə, qoy fəxr eləsin şeytan,
Qayıtsın, əsri-istibdad, olsun yurdumuz viran,
Yetişsin bir neçə adam muradına... ədalətdir!
 
Nəcabət bizlərə məxsus olan xislətdir, ey qafil,
Sədaqət, rəhm, insafü ədalət türklərə şamil...
Buna hökm eləyir düşmən, bunu isbat edir aqil,
Necə bədbəxt adamsan ki, “öz məqsudimə nail 
Olum” deyirsən, düşünmürsən ki, bu milli cinayətdir?”
 
Ayıl, ey zadei-millət! Ey əyan! Ey müəllimlər...
Yaxışmaz sizlərə qəflət! Keçirsən fürsəti, kimlər
Görün meydan oxur: “Türk aləmində olmasın türklər?” 
Rəvadımı bu gündən sonra bir də qəflət etsinlər
O kəslər kim düşünmüşlər ki, böhrani-siyasətdir?
 
Xoşa, Osmanlı imdi bu mərəzdən salim olmuşdur,
Vətən divanəsi... millət yolunda xadim olmuşdur...
Nicatın sirrini bulmuş, ayılmış, qaim olmuşdur,
Cocuqlar, həm qadınlar əsgər olmuş, alim olmuşdur,
Bizi ilhaq edərsə kəndinə, milli hidayətdir.
 
Aya, ey şanlı Osmanlı! Cahangir, qəhrəman millət!
Livayi-dini gəl qaldır! Tamam ixvanı qıl dəvət!
Ona qandır nədir borcu... əldən getməmiş fürsət,
Bu an keşməkeşdə ittifaqən kəsb edib qüvvət,
İtirmiş ixtiyarını geri alsın, kifayətdir...
 
 
Nemislər əsri sabiqdə pərişan idi bizlərdən,
Müəllim sayəsində aldılar təlim mərdü zənn... 
Beyinlər milli amal ilə doldu, çünki hər evdən
Gələn layla sədası bəsləyirdi afəti-düşmən...
Tamamdır. Hal üçün, Zövqi, sənin borcun işarətdir!
 
 
Zaqafqaz Seymini millət tanımayır, Türk və İslam aləminin mə¬na¬feyinə zidd, fəqət qüvvəsiz bir firqələr qurultayı ədd ediyor. Mi-l¬lətin bu halda yeganə məqsədi qəhrəman türk ordusunun Qafqaza vüududur.
 
 
QAFQAZA DƏVƏT
 
Ey nəsib övladın ordusu, Şəki, Şirvanə gəl!
Tiflisü, Baküyü Şişə, Gəncəbü Səlyanə gəl!
Qafqazın hər guşəsində guş qıl, nalanə gəl!
Hazırıq biz siz gələrkən can verək sultanə gəl!
Səbrimiz daha tükəndi, durma gəl, şahanə gəl!
Yurdumuz düşmən əlində olmamış viranə gəl!
 
Hər ürəkdə səbt olubdur: “Ya ölüm, ya Türkiyə!”
Hər ağızdan yüksəlir fəryadi-şeyda: Türkiyə!
Hər məqamda başqa söz yox, cümlə guya: Türkiyə!
Ən qəvi düşmən bu gün olmuşsa bərpa, Türkiyə!
Səbrimiz artıq tükəndi, durma gəl, mərdanə gəl!
Yurdumuz düşmən əlində olmamış viranə gəl!
 
Millətin sənsən pənahı, dini-islam rəhbəri!
Misrü Hindistaü İran... günbəgün getdi geri,
Bircəsinin yox bu gündə səltənəti-kərrü fəri...
Razı qıldın tək bu aləmdə sən o peyğəmbəri,
Tabü taqət qalmayıbdır kimsədə, dərmanə gəl!
Yurdumuz düşmən əlində olmamış viranə gəl! 
Link kopyalandı!
Son xəbərlər