"Rusiya idmançılarının 2024-cü il Olimpiya oyunlarında hətta neytral bayraq altında iştirakı qəbuledilməzdir..."
35 ölkənin milli olimpiya komitələri Beynəlxaq Olimpiya Komitəsindən Rusiya və Belarusun 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına buraxılmamasını tələb edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Litvanın təhsil, elm və idman naziri Yurgita Şyuqjdinene bəyan edib. Məlumatı "uatv.ua" saytı yayıb.
Onun sözlərinə görə, bu siyahıda ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Yaponiya var.
Şyuqjdinene qeyd edib ki, Rusiya və Belarus idmançılarının Olimpiya oyunlarına buraxılmasının əleyhdarları boykota əl atmayacaq.
"Biz elə istiqamət götürmüşük ki, boykot lazım olmayacaq, çünki bütün ölkələr yekdil fikirdədir", - o, bəyan edib.
"Bizim çıxışımız Beynəlxalq Olimpiya Komitəsinin qəbul edəcəyi qərardan asılı olacaq. Siz bilrsiniz ki, Moskva Olimpiadasını 64 ölkə boykot edib. Amma o zaman Olimpiya Komitəsi Olimpiadanı keçirmək qərarı verib. Başqa boykotlar da olub, az qala 2008-ci ildən daima olub.
Olimpiya oyunlarının tarixini götürsək, 35 rəqəmi qorxulu deyil. Əgər bu ölkələr hansısa siyasi motivlərlə boykot etsələr, Olimliya Xartiyasına görə, belə halda növbəti iki tsikli buraxmalı olur. Əgər onlar öz idmançılarını cəzalandırmaq istəyirsə...Amma sual Beynəlxalq Olimpiya Komitəsinə və onun qərarına olacaq", - litvalı nazirin sözlərini üçqat Olimpiya çempionu, deputat İrina Rodnina şərh edib.
Xəbər verildiyi kimi ABŞ-ın boks üzrə kişi və qadın yığma komandaları yaxın dünya çenpionatlarında Rusiya və Belarus yığmalarının milli bayraqları altında buraxılmasına etiraz əlaməti olaraq iştirak etməyəcək.
Ötən ayın sonunda bəlli olub ki, Polşa və İngiltərə Rusiya idmanına ölümcül zərbə hazırlayır: "Onlar Parisə getsələr, biz orada olmayacağıq".
Bu yaxınlarda Paris meri Ann İdalq bəyan edib ki, Rusiya idmançılarının 2024-cü il Olimpiya oyunlarında hətta neytral bayraq altında iştirakı qəbuledilməzdir. O, rusiyalılara oyunlarda "qaçqınların yığması"nın tərkibində çıxış etməyi təklif edib.