Tanınmış aparıcı karyerasını bitirdi – FOTO
2998
14 Feb 2026 | 10:50

Tanınmış aparıcı karyerasını bitirdi – FOTO

Tanınmış aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb.
 

“Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziya karyerama son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm...”, - aparıcı qeyd edib.


O, layihə boyunca yanında olan komandaya təşəkkürünü bildirib.

Qeyd edək ki, İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. O, yazıçı, publisist Həmid Herisçinin həyat yoldaşıdır.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər