Azərbaycanlı iş adamından Türkiyədəki zəlzələ qurbanlarına böyük qardaşlıq dəstəyi... - FOTO
15872
08 Feb 2023 | 16:02

Azərbaycanlı iş adamından Türkiyədəki zəlzələ qurbanlarına böyük qardaşlıq dəstəyi... - FOTO

Qardaş ölkədə baş verən dəhşətli zəlzələdən sonra Türkiyədə olduğu kimi Azərbaycanda da yeddidən yetmişə hər kəs ayaqda, hamı fəlakət qurbanlarının ehtiyaclarını qismən də olsa qarşılamaq üçün nələrsə etməyə çalışır.
Bir sözlə, bu gün Azərbaycanda qeyri rəsmi fövqəladə vəziyyət hökm sürür və təkcə dövlətimizin çeşidli qurumları deyil, sadə vətəndaşlar, iş adamları da kömək etməyə, son yüz ilin fəlakətinə sinə gərən qardaş Türkiyəyə kömək kampaniyasına öz töhfələrini verməyə tələsirlər.
 
Şəhid ailələrinə, Qarabağ Qazilərinə göstərdiyi yardımlarla tanınan iş adamı "Azərbaycan Təmiz Texnologiyaları" MMC nin rəhbəri Səfər Əlirzayev bu məqsədlə zəlzələdən zərəçəkənlərə yardım üçün Ziraat Bankda açılmış xüsusi hesaba 550 000 TL pul köçürüb.
S. Əlirzayevin bu addımı gerçəkdən təqdirə və alqışa layiqdir və heç şübhə etmirik ki, ölkəmizdəki minlərlə iş adamı da bu xeyirxah kampaniaya qoşulacaq, fəlakətin nəticələrini ən qısa zamanda aradan qaldırmaqda qardaş xalqa dəstək verəcək.
Link kopyalandı!
Son xəbərlər