“Sənətə gəlməyim o illərdə sensasiya oldu, deyirdilər ki, bu qız görəsən haralıdır?”
Ekskluziv
4504
02 Feb 2023 | 09:18

“Sənətə gəlməyim o illərdə sensasiya oldu, deyirdilər ki, bu qız görəsən haralıdır?”

“Müğənni var ki, məşhurdur amma sevilmir. Hər məşhur olan sənətkarın tarixdə yeri yoxdur, izləri qalmayacaq. Çalışır-vuruşur, amma yenə də sənəti yoxdur. “Qızıl fond” da heç nəyi, bir səs yazısı belə olmayanlar var. Mənimlə bərabər o illərdə görün nə qədər müğənnilər üzə çıxdı, hanı onlar? Tarixdə qalan sənətkarlarımız da var ki, bəzən deyirəm ki, əsl sənətkar odur ki, lent yazılarını indi də efirlərdə göstərəndə həvəslə baxırsan. Mənim sənətimə Bəxtiyar Vahabzadə, Nəbi Xəzri kimi şairlərimiz qiymət veriblər”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Şəbnəm Tapdıq (İlkşəbnəm) deyib. Müğənni sənətə gəldiyi ilk günləri xatırlayıb.
“1979-cu ildə sənətə gələndə Azərbaycanda sensasiya idim. Bir oxuduğum “Çilə bülbülüm” mahnısı ilə, bir də səhnədə yeni bir ad, səs və üslüb gəldi. Tamaşaçılar yeni doğulan övladlarına mənim adımı verirdilər. Hamıda çaşqınlıq yaradırdı ki, bu qız görəsən haralıdır? Fransız mahnılarını sevirəm, ifa edirəm. Hətta o vaxt bu repertuarımla böyük sənətkarımız Müslüm Maqomayev də maraqlanmışdı. Oqtay Kazımi mənim üçün “İlk məhəbbətim” mahnısını yazıb” deyə sənətkar deyib.
 
Şəbnəm Tapdıq evdə əl işləri hazırladığını da bildirib.
 
“Evdə qətiyyən darıxmıram. Əl çantaları, səbətləri hazırlayıram. Əlimdən gəlir, niyə də etməyim?! Çalışıram ki, nəsə özüməməxsus bir şeylər hazırlayım. Onların satışı ilə məşğul olmuram, istəyirəm ki, tək bu məndə olsun. Barmaqlarımın gözəl mərifəti var. Balaca vaxtı atam mənə hörümçək qız deyirdi. Bəzən yaşayışımla, maddi imkanımla bağlı mənə suallar ünvanlanır. Mən savadlı xanımam, maaşım var. Bundan əlavə də atamdan qalan hər şey mənə aiddir. Fəxr edirəm ki, İlyas Tapdıqın qızıyam” deyə müğənni bildirib.
Link kopyalandı!
Son xəbərlər