Əhməd Obalı:
Ekskluziv
4919
01 Feb 2023 | 16:02

Əhməd Obalı: "Bu, İranın Türk amilinə düşmənçiliyinin davamıdır..." - VİDEO

"Türkiyənin İrandakı zəlzələlərə görə bu ölkəyə yardım etməsi, ənənəvi olaraq Türkiyədən Güney Azərbaycan bölgəsindəki fövqaladə vəziyyətlərə görə etdiyi yardımların davamıdır. Amma İran dövləti bu dəfə də bu yardınlardan imtina edib".
 
Bu sözləri Moderator.az-a açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təmsilçisi, GünAz TV-nin qurucusu Əhməd Obalı deyib. 
 
Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: "Birinci səbəb budur ki, Türkiyə ilə İran arasında gərglinlik var. Həmçinin, Qafqazda baş verən hadisələr, İkinci Qarabağ müharibəsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı aparılan danışıqlar və.s İranın narahatlığını türklərə qarşı daha da artırıb. Lakin bu imtinaların ən böyük zərəri Güney azərbaycanlılaradır. İran bununla Güney azərbaycanlıları təhdid edir və sanki onlardan qisas alır. Hətta, nəinki Türkiyədən gələn yardımları qəbul etmir, üstəlik özü də yardım etməkdə maraqlı deyil. Hətta, Güney azərbaycanlılar özləri üçün müxtəlif şəhərlərdən yardımlar yığıb aparanda İran hökuməti bu yardımların aidiyyəti üzrə çatmasına da problem yaradır. Yəni, bu maneçilik Güney arbaycanlılara və ümumiyyətlə Türk amilinə düşmənçiliyin davamıdır". 
 
"Bundan əvvəlki zəlzələlərdə isə Türkiyədən gələn yardımları İran hökuməti qəbul etsə də xalqa paylamamışdı. Bu baxımdan, bu hadisə də İranın Türk düşmənçiliyinin davamlı olaraq apardığı siyasətin göstəricisidir" - deyə, Güney azərbaycanlı fəal vurğulayıb.

 

 
Mərahim Nəsib
Link kopyalandı!
Son xəbərlər