Nazir və vəkil Moskvada vətəndaşımıza qarşı haqsız ölüm hökmünün ləğvinə necə nail oldu?..
Ekskluziv
Oxunub: 5555
21 Jan 2023 | 18:24
Nazir və vəkil Moskvada vətəndaşımıza qarşı haqsız ölüm hökmünün ləğvinə necə nail oldu?..
Əlisaab Orucov:“SSRİ Ali Məhkəməsinin sədri E.A.Smolentsevin qəbulunda oldum. Bütün baş verənləri eyni qaydada izah edərək onda da əminlik yaratmağa nail oldum...”
 
Nizami Abdullayev: “Orada onlar mənə çox dəhşətli işgəncələr verdilər. Dırnaqlarımı və dişlərimi dərmansız kəlbətinlə çəkib çıxarırdılar, yatmağa qoymurdular, rezin torbaya salıb saatlarla döyürdülər...”
 
“Atam dünyasını dəyişən günədək həmişə Əlisaab Orucovun və vəkil Teymur İsmiyevin adlarını minnətdarlıqla çəkib onlara dua edirdi...”
 
1988-ci ilin noyabrında Bakıda olduğu kimi, digər iri şəhərlərimizdə, o cümlədən Gəncədə də Ermənistanın Qərbi Azərbaycandakı soydaşlarımızı amansız şəkildə, minbir zülmlər hesabına doğma yurd-yuvalarından qovması və keçmiş Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməsi, artıq Xankəndi və digər məntəqələrdən soydaşlarımızın qovulmağa başlanması, eyni zamanda bütün bunlara qarşı tədbir görməyən sovet imperiyası, Kremldəki mərkəzi hakimiyyət əleyhinə günlərlə davam edən kütləvi etiraz mitinqləri keçirilirdi. Respublika daxilindəki və kənardan yeridilmiş sovet qoşunları mitinqlər keçirilən məkanları mühasirədə saxlamaqla onların qarşısını almağa çalışırdı. Bunun üçün, eləcə də kənardan gələn şəxslərin mitinqə qatılmasına maneçilik törətmək məqsədi ilə etiraz keçirilən meydanların ətrafı sovet hərbçiləri və kənardan cəlb edilən yük avtomobilləri vasitəsilə çənbərə alınırdı... 
 
Sovet imperiyasının ordusu və hüquq-mühafizə orqanları belə kütləvi etirazlar vaxtı və ya onlar yatırılarkən yüzlərlə Azərbaycan vətəndaşını haqsız yerə müxtəlif damğalarla azadlıqdan məhrum etmiş, illərlə dəmir barmaqlıqlar arxasında ömür çürütməyə məhkum etmişlər... 
1988-ci ilin noyabrında Gəncədə sovet imperiyası və erməni təcavüzü əleyhinə keçirilən mitinqlərdən biri zamanı sürücü işləyən şəhər sakini Nizami Abdullayevə öz “ZİL” markalı yük maşınını meydanın ətrafında saxlamaq göstərişi verilir. “KamAZ” avtomobili olan iş yoldaşlarından biri vacib işi olduğu üçün maşınının açarını ona verib xahiş edir ki, o gəlincə ehtiyac olsa, onun da maşınının yerini dəyişsin. Avtomobillərdən irəlidə meydanı həlqəyə alan sovet hərbçiləri dayanıbmış. Mitinq gedən zaman gözlənilmədən nisbətən eniş yerdə saxlanılmış həmin “KamAZ” təkəri qarşısına heç bir maneə qoyulmadığından öz-özünə yerindən ləngərlənir və dəstə ilə dayanmış hərbçilərin üzərinə  hərəkət edir. Nəticədə rus hərbçilərindən 4 nəfəri ölür, 10 nəfəri isə ağır yaralanır. Bu hadisə ilə bağlı  “KamAZ”ın əsl sürücüsü yox, N.Abdullayev həbs edilir, barəsində cinayət işi qaldırılır və Rusiya Sovet  Federativ Sosialist Respublikası(RSFSR) Rostov vilayətinin məhkəməsi ona o dövrün cinayət məcəlləsinə uyğun olaraq ölüm hökmü -güllələnmə cəzası təyin edir...
 
Məhkum N. Abdullayevin atası Adil Abdullayev çox ünvanlara müraciət etsə də, oğlu barəsində çıxarılmış bu haqsız ölüm hökmünün ləğv olunmasına nail ola bilmirdi. Yalnız 1990-cı ilin iyulunda təsadüfən Moskvada o illərdə Azərbaycan SSR-in ədliyyə naziri olan Əlisaab Orucovla rastlaşmasıyla haqqın öz yerini tutmasına şərait yaranır...
 
Moderator.az-a açıqlamasında sabiq nazir günahsız bir Azərbaycan vətəndaşına keçmiş SSRİ hüquq-mühafizə orqanları səviyyəsində təyin olunmuş ədalətsiz və qanunsuz bir ölüm hökmünün icrasının qanuni yollarla  dayandırılması haqda bunları danışıb:
 
 
Əlisaab Orucov:
 
“...RSFSR Ali Məhkəməsinin(26 dekabr 1991-ci ildən Rusiya Federasiyası Ali Məhkəməsi adlanır-S.L.) sədri V.M.Lebedev cinayət işini nəzarət qaydasında tələb edərək  hökmdən və bununla əlaqədar həmin hökmü qüvvədə saxlamış RSFSR Ali Məhkəməsinin kassasiya instansiyasının verdiyi qərardan protest verdi. Və ölüm hökmünün icrasını da dayandırdı. RSFSR Ali Məhkəməsinin Rəyasət Heyəti protesti təmin edərək göstərişlə Nizami Abdullayev haqda cinayət işini əlavə ibtidai istintaq aparılmasından ötrü SSRİ Prokurorluğuna qaytardı. Lakin SSRİ Prokurorluğunun rəhbərliyi RSFSR Ali Məhkəməsinin həmin qərarıyla razılaşmayıb protest verərək cinayət işini ən yuxarı məhkəmə instansiyasının - SSRİ Ali Məhkəməsi Plenumunun müzakirəsinə çıxardı...
 
Bunu eşidən kimi başqa işləri bəhanə edib dərhal Moskvaya getdim. Çünki bir nazir kimi sırf bu işlə bağlı vəkil olmadığımdan gedə bilməzdim. SSRİ Ali Məhkəməsinin sədri E.A.Smolentsevin qəbulunda oldum. Bütün baş verənləri eyni qaydada izah edərək onda da əminlik yaratmağa nail oldum ki, həmin işlə əlaqədar verilmiş protest əsassızdır. O, müavini A.M. Filatovu kabinetinə dəvət edərək dedi: “Orucovu dinləyin və məsələni bir daha dəqiqliklə araşdırın. Fikrinizi mənə məruzə edərsiniz”.  Mən Filatovun otağında məsələni bütün genişliyi və incəliyi ilə ona anlatdım. O da mənimlə razılaşdı...
 
Bundan sonra SSRİ Ali Məhkəməsinin rəhbərliyi SSRİ Prokurorluğuna təklif edir ki, Nizami Abdullayev haqqında verilmiş protesti əsassız olduğuna görə geri götürsün. Lakin SSRİ Prokurorluğu təkliflə razılaşmır.  Nəticədə SSRİ Ali Məhkəməsinin Plenumu 28 mart 1991-ci il tarixli qərarıyla protesti rədd edir və cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı RSFSR Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarını qüvvədə saxlayır...
Son nəticədə  Abddullayev Nizami Adil oğlunun Azərbaycan Respublikası CM-nin 72-ci, 94-cü maddəsinin 2, 3, 4, 6-cı bəndləri ilə və 15, 94-cü maddəsinin 2,3, 4, 6-cı bəndləri ilə müqəssirlənməsinə dair cinayət işi üzrə yuxarı məhkəmə instansiyası orqanlarının göstərişlərini yerinə yetirə bilməyən ibtidai istintaq orqanı ona elan olunmuş ittihamı sübuta yetirə bilmədiyinə görə barəsindəki cinayət işinin icraatına 9 noyabr 1992-ci ildə xitam verib onu həbsdən və məsuliyyətdən azad edir, yəni o, bəraət alır. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Nizami Abdullayev haqqında cinayət işinin belə uğurla  nəticələnməsinə səbəb nazir kimi işin həllinə müdaxiləm vəzifə səlahiyyətimdən kənar olsa da belə, bu, yalnız yuxarı məhkəmə instansiyalarına rəhbərlik edən həmkarlarımın mənim müraciətimi nəzərə alıb məsələnin həllinə ədalətlə yanaşmaları olmuşdur. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, tarixən və bu gün də xalqımıza və dövlətimizə qarşı rus və ermənilər tərəfindən  saysız haqsızlıqlar və cinayətlər törədilir. Bunlar nəticəsində Azərbaycan xalqı çox igidlər itirib və itirməkdədir... Burada söhbət yalnız N.Abdullayevə qarşı nahaqdan irəli sürülən ittihamdan getmir. Söhbət ondan gedir ki, biz bir millət olaraq prinsipiallıq göstərib etmədiyimiz hansısa cinayəti üzərimizə götürə bilməzdik...
 
Həmin cinayət işindən söz açan Əsəd Fərəcov “Mübarizəmiz Qarabağdadır” kitabının 83-85-ci  səhifələrində dərc olunmuş yazılarında Nizami Abdullayevin işi barəsində olan həqiqətləri təsdiqləyərək  əlavə edir ki, 1990-cı ilin iyul ayının 3-dən 12-dək Moskvada keçirilən Sov.İKP-nin sonuncu - XXVIII qurultayında Azərbaycandan nümayəndə kimi Əlisaab müəllim də iştirak edirdi. O, qurultayın iclaslarında keçmiş Dağlıq Qarabağla bağlı çıxış edib  vilayətdə ədalətin bərqərar olması və Azərbaycan SSRİ-in suverenliyinin təmin olunması üçün cinayətkar və separatçı erməni ünsürlərindən təmizlənməsini tələb edib(Çıxış qurultay materiallarıyla bağlı arxivlərdəki bülletendə dərc edilib)... 
 
Əsəd Fərəcov həmçinin yazır: 
 
“O vaxt Əlisaab müəllimin müraciətini nəzərə alıb iş üzrə protest verən və bu gün də Rusiya Federasiyasında ədalət mühakiməsinin həyata keçirilməsinə rəhbərlik edən ədalətli və təcrübəli hüquqşünas olan Vyaçeslav Lebedev 2007-ci ilin oktyabrında Moskvadakı görüşümüz zamanı mənim vaxtı ilə Əlisaab Orucovun müharibə bölgəsində Prezidentin səlahiyyətli nümayəndəsi olarkən köməkçisi olduğumu bilib həmin cinayət işi haqqında ətraflı danışmışdı...”
 
Bu gün Gəncə şəhərində həyatını davam etdirən Nizami Abdullayev başına gələnləri belə nəql edir:
 
“Mən ona görə ittuham edilirdim ki, guya “KaMAZ” markalı maşını asayişi qoruyan sovet hərbçilərinin üzərinə qəsdən sürməyim nəticəsində 4 hərbçi həlak olmuş və 10 nəfəri ağır yaralanıb. Həmin dövrdə kütləvi iğtişaşlar zamanı Gəncə şəhərində həqiqətən də elə bir hadisə baş vermişdi. O vaxtlar Moskvanın Ermənistanla birgə Qarabağda apardığı işğalçı siyasətə keçirilən etiraz mitinqlərində bir vətənpərvər kimi mən də iştirak edirdim, lakin baş verən həmin olaydan qətiyyən xəbərim olmayıb...
 
İstintaqı Moskvadan Azərbaycana gəlmiş SSRİ Prokurorluğunun Kuznetsov və Kondratyev soyadlı müstəntiqləri aparırdı. Sonra onlar məni Moskvaya apardılar. Orada onlar mənə çox dəhşətli işgəncələr verdilər. Dırnaqlarımı və dişlərimi dərmansız kəlbətinlə çəkib çıxarırdılar, yatmağa qoymurdular, rezin torbaya salıb saatlarla döyürdülər...
 
Məhkəməm isə RSFSR-in Rostov şəhərindəki vilayət məhkəməsində oldu və yekunda  ən ağır cəzaya – ölüm cəzasına məhkum olundum... Atam istər Bakıda, istərsə də Moskvada elə bir qapı qalmadı ki, döyməsin. Müraciətlərin heç birinin nəticəsi olmamışdı. Atamın sonuncu müraciət etdiyi şəxs isə o vaxt Azərbaycanın ədliyyə naziri olan Əlissab Orucov oldu. Atam dünyasını dəyişən günədək həmişə Əlisaab Orucovun və vəkil Teymur İsmiyevin adlarını minnətdarlıqla çəkib onlara dua edirdi... 
Hüquqlarımı müdafiə etmək üçün vəkilin tutulmasında, haqqımda olan ölüm hökmünün ləğv edilməsində, gediş-gəliş və s. xərclərin ödənilməsində, olayın ən əsas şahidinin uzaq məsafədən  tapılıb Bakıya gətirilməsində Ə.Orucovun xidmətləri, köməkliyi əvəzsizdir. Mən məhz bunların sayəsində bu günədək həyatda qalmışam. O şahid Əlisaab müəllimin etibarlı dostlarının hər cür dəstəyi hesabına uzaq məsafədən(o, Azərbaycandan minlərlə kilometr məsafədə olan Maqadan şəhərindən sonra - 40 kilometri xizəklə, daha sonra isə qatarla 12 saat yol gedilən bir  uzaq məsafədə yaşayırdı) tapılıb Bakıya gətirilərək ifadəsi alınmışdır... 
Həmin şahid ifadəsində bildirmişdir: “Mən maşının kabinasına atılaraq “KamAZ”-ı əsgərlərin üzərinə sürən sürücünün sifətinə əsgər lopatkasıyla zərbə endirdim və zərbədən onun sifəti dağıldı...” Mənim isə bəhs edilən cinayətdən sonra üzümdə adi bir cızıq da yox idi(Məlumat  üçün bildirirəm ki, sözügedən şahid hadisə baş verən zaman Gəncə şəhərində hərbi xidmətdə olmuşdur). Bu minvalla mən 4 ildən sonra azadlığa qovuşdum...”
 
Nizami Abdullayevin işi haqqdında eyni məzmunlu məlumatlar mərhum vəkil Teymur İsmiyevin  bu işlə bağlı sağlığında apardığı qeydlər əsasında 2022-ci ildə - ölümündən sonra çapdan çıxmış “Hökmdən sonra”  kitabında da ətraflı bəhs edilir. Kitabın 20-ci və 148-ci səhifələrində qeyd olunur: “Həmin cinayət işi Rusiya Federasiyasının Ali Məhkəməsində araşdırılan zaman “Krasnaya zvezda” və “Komsomolskaya pravda” qəzetləri dəfələrlə ölüm hökmünün icrası tələbi ilə çıxış ediblər.  Məhkəməyə ünvanlanan çoxsaylı məktub və teleqramlarda da analoji  tələblər irəli sürülürdü. Lakin Rusiya Federasiyası Ali Məhkəməsinin sədri V.M. Lebedevə bu amillərin heç biri təsir etmirdi. O, qanuna ciddi riayət etdi və nəticədə ədalət bərqərar oldu. Onu da deyim ki, mən hər həftə bu işlə əlaqədar apardığım müdafiə barəsində nazirimiz Əlissab Orucova məruzə etməli, yazdığım şikayətlərin surətini əvvəlcə ona verməli idim. Belə də edirdim...”
 
1988-1992-ci illərdə baş verən bu olay bir daha sübut edir ki, əgər ortalığa yerli yüksək vəzifəli məmurlarımızın, hüquq-mühafizə orqanı əməkdaşlarımızın, vəkillərimizin və s. qanunlara uyğun, həm də milli maraqlarımıza əsaslanan ədalətli, qətiyyətli və prinsipial mövqeyi qoyularsa, hətta imperiyanın rəhbər qurumlarının törətdiyi cinayət və haqsızlıqları da durdurmaq mümkün olar... Təəssüf ki, bəzi ədalətli məmurları çıxmaq şərti ilə bu gün də Moskvadan Bakıdakı imperiya “inventarları” vasitəsi ilə Azərbaycan xalqına, dövlətinə, ordusuna qarşı müxtəlif sahələri əhatə edən haqsız proseslər yönəldilir...  
 
Sultan Laçın
 
Oxşar xəbərlər
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Apr 2024 | 20:27
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
17 Apr 2024 | 20:23
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
17 Apr 2024 | 20:15
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:56
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 19:38
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
17 Apr 2024 | 19:35
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
17 Apr 2024 | 19:26
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
17 Apr 2024 | 19:25
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
17 Apr 2024 | 19:20
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 19:05
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
17 Apr 2024 | 18:57
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
17 Apr 2024 | 18:55
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Apr 2024 | 18:38
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:24
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
17 Apr 2024 | 18:20
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 18:10
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Apr 2024 | 18:10
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
17 Apr 2024 | 18:08
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
17 Apr 2024 | 18:04
Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
17 Apr 2024 | 18:00
"Unibank" Vətən müharibəsi qazisini məhkəməyə verdi
17 Apr 2024 | 17:57
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17 Apr 2024 | 17:55
Brüssel görüşünün təfərrüatları: Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH + FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 17:47
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 17:43
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17 Apr 2024 | 17:40
"Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür" - Vüqar Rəhimzadə
17 Apr 2024 | 17:36
Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO
17 Apr 2024 | 17:32
Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə etdi
17 Apr 2024 | 17:30
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
17 Apr 2024 | 17:28
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib - FOTO
17 Apr 2024 | 17:25
UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb - FOTO
17 Apr 2024 | 17:21
İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17 Apr 2024 | 17:20
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı - ŞƏRH
17 Apr 2024 | 17:16
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Apr 2024 | 17:15
“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”
17 Apr 2024 | 17:10
Abşeronda kişi meyiti tapıldı
17 Apr 2024 | 17:07
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanıldı - VİDEO
GÜNLÜK
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ 
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 08:36
“Onları vur, İsrail! İranlılar sənin arxandadır”: İran küçələrində İsrailə dəstək ifadə edən qraffitilər peyda oldu?..-FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
AYLIQ
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ 
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 08:36
“Onları vur, İsrail! İranlılar sənin arxandadır”: İran küçələrində İsrailə dəstək ifadə edən qraffitilər peyda oldu?..-FOTO