4017
21 Jan 2023 | 13:07

"Ukrayna daha çox silah və döyüş sursatı alacaq, şər məğlub olacaq..." - Aleksey Reznikov

"Azad dünya Ukraynaya dəstək verir və cəsur əsgərlərimizi, igid xalqımızı alqışlayır..."
 
"Tərəfdaşlarımız Ukraynanın qələbəsi üçün sonadək dəstək göstərəcək..."
 
"Müasir tanklar üçün hələ mübarizə aparmaq lazım gələcək və bunun alternativinin olmadığını hamı anlayır..."
 
"Bu gün söhbət hərbi yardımın vaxtında və dərhal göstərilməsindən gedir..."
 
"Hərbi qulluqçularımız mürəkkəb sistemləri tez bir zamanda mənimsəyə bilməsini nümayiş etdirir..."
 
Almaniyanın "Ramştayn" aviabazasında 8-ci görüş başa çatıb. Bu, dostların əla görüşü oldu. Azad dünya Ukraynaya dəstək verir və cəsur Ukrayna əsgərlərini və igid xalqımızı alqışlayır. Ukrayna ordusu daha çox silah və döyüş sursatı alacaqdır.
 
Moderaror.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov yanvarın 20-də "Amerikanın Səsi" radiosuna müsahibəsində deyib. Məlumatı "QORDON" nəşri yayıb.
 
"Mən Ukraynanın müdafiəsi üzrə Təmas qrupu iclasının nəticələrindən razıyam və Pentaqon rəhbəri Lloyd Ostinə, ABŞ Qərargah rəisləri Birləşmiş Komitəsinin rəhbəri general Mark Milliyə, görüşü təşkil edən komandaya və Almaniyanın yeni müdafiə naziri Boris Pistoriusa minnətdaram.
 
Bu gün ən vacib olan açar sözlər- birlik, zaman, təxirəsalınmaz yardımdır, Ukrayna Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərin azad edilməsi üzrə əkshücumunin davam etməsi üzrə döyüş qabiliyyətinin artırılması, təhlükəsizlik və müdafiə məsələləridir", - nazir bəyan edib.
 
O, qeyd edib ki, hərbi yardımın bəzi paketləri "bağlı qapılar arxasında səsləndirilib" və bu, "ilhamvericidir", ona görə də o, "çox məmnundur". 
 
Nazirin sözlərinə görə, görüşdə Ukraynaya hava hücumundan müdafiə  sistemlərinin verilməsi məsələsinə xeyli diqqət yetirilib.
 
"Bu, çox ciddi, inkişaf edən məsələdir. Görüşdə biz təkcə "Patriot" deyil, başqa sistemlər haqqında da danışdıq. Söhbət qısa, orta və uzaq mənzilli sistemlərdən, həm də hündürlüyə aid məsələlərdən gedir", - o bəyan edib. 
 
Reznikov qeyd edib ki, indi əsas məsələ "təşəbbüsü əldən verməməkdir".
 
"Ona görə də bu gün söhbət hərbi yardımın vaxtında və dərhal göstərilməsindən gedir. Hamı anlayır ki, yeni mürəkkəb texnikaya yiyələnmək üçün zaman lazımdır. Lakin Ukrayna hərbi qulluqçuları mürəkkəb sistemlərin- artilleriyadan tutmuş PUA-lara qədər tez mənimsəyə bilməsini nümayiş etdirib. "Patriot"larla bağlı təlim tezliklə baş verəcəkdir.
 
Nazir deyib ki, Ukraynaya "Leopard" tanklarının verilməsində irəliləyiş var. "Leopard" tanklarına malik olan ölkələr bizim tank ekipajlarımız üçün təlimlərə başlayacaq. Bundan sonra biz irəliyə gedəcəyik. Ümid edirəm ki, Almaniya da daxili məsləhətləşmələrdən sonra bu tankların verilməsi məsələsini müsbət həll edəcəkdir. Mən buna nikbin yanaşıram.
 
Daha sonra nazir Moskvada evlərin damlarının üzərində HHM sistemlərinin quraşdırılmasına münasibət bildirib.
 
"Bu, onu göstərir ki, "xüsusi hərbi əməliyyat" plan üzrə gedir və onlar müdafiə sistemləri quraşdırmağa başlayıb. Onlar Krımın müdafiə komandanlığını, Moskva hərbi dairəsini, İkinci dünya müharibəsindən bəri daha nələri etməyib, öz "əməliyyatına" doğru irəliləyib. Ona görə də onlar hücum deyil, müdafiə sistemləri arxasında gizlənib, - nazir deyib.
 
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski 8-ci Ramştayn görüşünə öz münasibətini bildirib. O, qeyd edib ki, bu görüş bizim dözümlülüyümüzü möhkəmləndirəcək. Lakin müasir tanklar üçün hələ mübarizə aparmaq lazım gələcək. Tərəfdaşlarımız Ukraynaya qələbəmiz üçün zəruri olan nə varsa, sonadək dəstək göstərəcək.
 
"Bu, qapalı diskusiyadır və belə də olmalıdır. Görüş bizim mətnliyimizi daha da artıracaq. Tərəfdaşlarımız prinsipial mövqedədir. Onlar Ukraynaya qələbəyədək dəstək göstərəcəklər. Müasir tanklar uğrunda hələ mübarizə aparmaq lazım gələcək. Lakin hər gün biz tanklarla bağlı qərarın alternativinin olmadığını görürük. Mən görüş iştirakçılarına müraciət etmişəm və bütün tərəfdaşlarımıza Ukraynanın mövqeyinə dəstək verdiklərinə görə minnətdaram, - Zelenski deyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər