Ekskluziv
3880
20 Jan 2023 | 07:20

"Edilən yaxşılıqlarxa0 insanı pis ölümlərdən və həlaklardan qoruyur..."

"Dünya, bir imtahan və həyat bir yoxlamadır. Güclü olan bəlkə zəif ola bilər. Zəngin olan iflas edə bilər..." 
 
Müsəlmanın ehtiyacının ödənilməsi...
 
Həqiqətən həmd Allahadır. Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik. Nəfslərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimə hidayət verərsə, onu azdıracaq bir kimsə yoxdur. Allah kimi azdırarsa, ona hidayət verən yoxdur. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur, O, təkdir və ortağı yoxdur. Və şəhadət edirəm ki, Muhəmməd (s.ə.s) Onun qulu və rəsuludur...
 
Bundan sonra… Təqva ilə Allahdan haqqı ilə qorxun ey Allahın qulları! Təqva, həvaya müxalif olmaqdadır. Bəxtsizlik isə hidayətdən uzaq durmaqdır...
 
Ey müsəlmanlar! Allah qullarını şərəf və məqam baxımından, elm və ibadət baxımından fərqli etmiş, yer üzünün memarı və xəlifəliyin həqiqətləşməsi üçün bir qismini digərinin əmrinə vermişdir. Allah-Təala belə buyurur:
 
«Verdiyiniz ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri tə’yin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur.” (əl Ənam surəsi, 165) və belə buyurur: «Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bə’zilərinin dərəcələrini digərlərindən üstün tutduq.” (əz Zuxruf surəsi, 32)
 
Kasıbın şikayətində zəngin üçün bir sınama vardır. Gücsüzdə qüvvətli üçün bir imtahan vardır. Xəstənin ağrı çəkməsində səbr üçün bir imtahan vardır. Bu yaradılış qanunu səbəbilə şəriət insanlar arasında olub onların ehtiyaclarını qarşılamağa təşviq edir. Sıxıntılarını aparmağa çalışmağa, qardaşlığın ortaya çıxması, dostluğun qalıcı olması və sevginin davam etməsi üçün xeyirli işlərdə onlara kömək olmağa təşviq edər. Din -ibadətlə Allaha boyun əymək və insanlara gözəl müam-lədə olmaqdır.
İbnul Qeyyim (rahimahullah) belə deyir : «Ağıl və deyilənlər, fitrət və müxtəlif ümmətlərin təcrübələri dəlalət etməkdədir ki, Aləmlərin Rəbbinə ibadət və yaratdıqlarına yaxşılıq etmək hər növ xeyri əldə etmək üçün ən böyük səbəbdir. Bunların əksi isə hər növ şərri gətirən səbəblərin ən böyüyüdür. Allaha itaət etmək və yaratdıqlarına yaxşılıq etmənin bir bənzəri ilə Allahın nemətləri əldə edilməmiş və qəzəbindən uzaqlaşılmamışdır»...
 
İnsanlara faydalı olmaq və onların sıxıntılarını aparmağa çalışmaq peyğəmbərlərin sifətlərindəndir. Yusuf (ə.s) qardaşlarının ona etdiklərinə baxmayaraq onların yüklərini hazırladmış və onlardan heç bir şeyi gizlətməmişdir. Musa (ə.s) Mədyən quyusuna gəlincə su alan bir qrup insan gördü. Onların arxasında iki gücsüz qadın gördü. Quyunun üzərindən daşı qaldırdı və heyvanlar sudan doyuncaya qədər onların sürüsünü suladı. Xədicə (r.a) peyğəmbərimiz Muhəmməd (s.ə.s)-ə onun haqqında belə deyir: «Şübhəsiz sən, qohumları ziyarət edirsən, hər kəsin yükünü daşıyırsan, kasıbı qazandırırsan, müsafirə kəramətli olub verirsən, Haqq yolunda çıxan əziyyətlər qarşısında insanlara kömək edirsən» İnsanların ən şərəflisi Muhammad (s.ə.s) özündən bir şey istənincə istəyənin bu istəyini geri döndərməzdi. Cabir (r.a) belə deyir: «Rəsulallah (s.ə.s)-dən elə bir şey istənilmədi ki, o cavabında «Xeyir» desin» Dünya istəyəni geri döndərməkdən daha dəyərsizdi...
 
Ömər ibnul Xattab (r.a) gecələri dulların yanına gedərdi və onlar üçün istifadə etməyə su doldurardı. Əbu Vail (rahimahullah) hər gün yaşadığı ərazinin qadınlarını və qocalarını ziyarət edər, onların ehtiyacı olan şeyləri özü satın alıb onlara verərdi. İnsanlara qulluq etmək və gücsüz insanların xeyrinə əməllər etmək, qaynağın yaxşı olmasına, təməlin sağlam olmasına və qəlbin təmizliyinə, könül zənglinliyinə dəlildir. Rəbbimiz mərhəmətlidir, qullarına rəhm edər. Allahın qullarının faydası üçün vəzifələndirdiyi insanlar var. İnsanları sıxıntıdan xilas etməyin mükafatı axirətdə kədərlərin aparılması və sıxıntılardan qurtulmasıdır. Peyğəmbər (s.ə.s) belə buyurur: «Kim bir mömindən dünya sıxıntılarından bir sıxıntını uzaqlaşdırarsa, Allah da qiyamət günü, sıxıntılardan bir sıxıntını aparar» Bu hədisi Muslim rəvayət edir. Digər bir rəvayətdə isə belə buyurur: «Kim Allahın qiyamət günü sıxıntılarından özünü qurtarmasından xoşlanarsa, darda olanı rahatlasın, ya da ondan sıxıntını aparsın» İnsanların ehtiyaclarını ödəməyə çalışana yardım edilmişdir və o müvəffəqiyyət ilə dəstəklənir. Qul müsəlman qardaşının yardımında olduğu müddətcə Allah da onun yardımındadır. İnsanlara qulluq etmək vaxta və işə bərəkət qazandırır. Çətinləşən işləri asanlaşdırır. Peyğəmbər (s.ə.s) belə buyurur: «Kim darda olan bir kimsəyə asanlıq edərsə, Allah da ona dünya və axirətdə asanlıq edər» İslamın seçilmiş insanlarının və ümmətin başçılarının işləri insanların ehtiyaclarını ödəmək idi...
 
Yaxşılıq və ihsan (yəni vermə) ilə insanların sonu gözəl olar və pis ölümdən uzaqlaşarlar. Rəsulallah (s.ə.s) belə buyurur: «Edilən yaxşılıqlar pis ölümlərdən və həlaklardan qoruyur. Dünyada yaxşılıq əhlindən olanlar axriətdə də yaxşılıq əhlindəndirlər» Bu hədisi İbn Hibban Səhih əsərində rəvayət edir. Öz məqamını gücsüzlər üçün istifadə etmək, üzürlü insanlara və miskinlərə yardımçı olmaq, dünyada və axirətdə insana fayda verər. Rəsulallah (s.ə.s) belə buyurur: «Bəlkə saçı dağınıq, üstü başı tozlu biri Allahın adına and içər və Allah onun andını yerinə yetirər» Gücsüzlərə, dullara və yetimlərə yaxşılıq edin. Onların qəbul ediləcək saleh duaları ilə vəziyyətin düzəlsin. Dünya, bir imtahan və həyat bir yoxlamadır. Güclü olan bəlkə zəif ola bilər. Zəngin olan iflas edə bilər. Yaşayan ölər. Məqamını dinin keşiyində və müsəlmanların xeyirinə istifadə olunan həqiqətən xöşbəxt kimsədir. İbn Abbas (r.a) belə buyurur: «Kim bir qardaşının ehtiyacını aparmaq üçün gəzsə, onun hər atdığı addım üçün bir sədəqə var»...
 
(Davamı var)
 
Şeyx ƏbdulMuhsin əl Qasım
 
İslamevi.az
 
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər