"Putinin Leninqradın nasist blokadasının yarılmasının 80 illiyində çıxışı gözlənilir..."
"Rusiya 500 min nəfər hərbi qulluqçu səfərbər etmək niyyətindədir..."
Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Ukraynaya qarşı müharibədə səfərbərliyin ikinci dalğası barədə artıq bu gün elan edəcəyi istisna edilmir.
Moderator.az xəbər verir ki, Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri belə güman edib.
"Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov yanvarın 17-də məlumat verib ki, Putin yanvarın 18-də Sankt-Peterburqda sovet qoşunları tərəfindən Putinin doğma şəhəri Leninqradın nasist blokadasının yarılmasının 80 illiyi şərəfinə nitq söyləyəcək", - hərbi ekspertlər xatırladıb və qeyd edib ki, Rusiya prezidenti rəmzi təqvimlərdən Rusiya xalqına müraciət etməsi üçün istifadə edir.
Rusiyanın müharinəyönümlü KİV-ləri hesab edir ki, Putin bu imkandan istifadə edərək, ya səfərbərlik, ya da Ukrayna ilə əsl müharibə elan edəcək", - ISW qeyd edib.
Bu zaman Ukrayna və Qərb xüsusi xidmət orqanları həmçinin dəfələrlə Putinin yanvarın ortalarında planlaşdırdığı səfərbərliyə hazırlığı barədə xəbərdarlıq edib.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya 500 min nəfər hərbi qulluqçu səfərbər etmək istəyir.
Rusiya KİV-lərində Zaporojye vilayəti işğalçı administrasiyası şurasının üzvü Vladimir Roqovun Putinin, guya, "yanvarın 18-də planlaşdırdığı vacib çıxışı" barədə sözlərindən sonra səs-küy qalxıb.
"Putin öz çıxışında məhz nələri deyəcəyi hələ qaranlıq qalır. Lakin bundan öncə Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə bir neçə qapalı iclas, görüş və məsləhətləşmələr keçirilib, bu çərçivədə "xüsusi hərbi əməliyyat" zonasında vəziyyət və onun bundan sonrakı gedişi müfəssəl müzakirə edilib.
İstisna edilmir ki, məhz bu tədbirlərin nəticəsi olaraq Putin döyüş əməliyyatlarının gedişini dəyişəcək bir sıra qərarlar qəbul edib.