Ekskluziv
3535
18 Jan 2023 | 14:04

"Bu hoqqabazlıqlardansa, rəhbərlik döyüşçülərin motivasiyasını yüksəltsin..."

Babalarımızın döyüşdüyü kimi...
 
"Bu tədbir Makeyevkada baş verən hadisədən yan keçmək üçün düşünülüb..."
 
"Smartfonların istifadəsinə qadağa qoyulması dronlardan istifadə edilməsini mümkünsüz edir..."
 
Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı komandanı hərbi quluqçuların zahiri görünüşünə qayğı göstərib və onların müasir texnikadan istifadəsinə qadağa qoyub.
 
Rusiya qoşunlarının Ukraynadakl yeni komandanı, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri Valeri Gerasimov vəzifəsinə başlayandan sonra bir sıra ziddiyətli əmrlər verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Charter97.org" nəşri yazıb.
 
Əmrlərdən biri "geniş multimedia imkanları olan" planşet və smartfonlardan istifadə edilməsinə qadağa qoyulmasıdır. Görünür, bu tədbir Makeyevkada baş verən hadisədən yan keçmək üçün düşünülüb. 
 
O zaman Ukrayna Silahll Qüvvələri səfərbər edilənlərin kazarmalarını onların mobil telefonlarının siqnalı əsasında yerləşdiyi yeri müəyyən edib. Ukraynalılar rusiyalı qoşunların yerləşdiyi yeri bombalayıb, nəticəsədə xeyli sayda Rusiya hərbi qulluqçusu həlak olub. 
 
Hərbi müxbirlər iddia edir ki, smartfonların istifadəsinə qadağa qoyulması hava kəşfiyyatı və artilleriyanın yönləndirilməsi üçün pilotsuz uçuş aparatlarından istifadə edilməsini mümkünsüz edir. Bundan başqa, rusiyalı hərbi qulluqçular qadağan edilmiş texnikadan xəritələri nəzərdən keçirmək üçün istifadə edib. 
 
Gerasimov daha bir qadağanedici direktiv tətbiq edib. Bundan sonra ön cəbhədə şəxsi və hədiyyə edilmiş mülki avtomobillərdən istifadə etmək qadağan olunur. 
 
Hərbi müxbirlər qeyd edir ki, bu maşınların çoxu toplanan "xalq" pullarına alınıb. "Şəxsi" nəqliyyat orada əyləncə üçün yox, müharibə üçündür", - jurnalist Andrey Medvedev qeyd edib. 
 
O, əlavə edib ki, döyüş əməliyyatları şəraitində nəqliyyata çox ehtiyac duyulur. Ona görə də hərbi maşınlar çatışmadığından Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri mülki avtomobillərdən istifadə etməyə məcburdur. 
 
Gearsimovu həmçinin hərbi qulluqçuların xarici görünüşü də qayğılandırıb. Onlar saqqallarını qırxmalı, nizamnaməyə uyğun olaraq saç düzümünə malik olmalı və müvafiq geyim formasında olmalıdır.
 
General nəzərə almır ki, ön cəbhədə nəinki saçlara qulluq etmək, heç yuyunmağa vaxt olmur. Müdafiə Nazitliyi tərəfindən təsdiq edilmiş geyim formasına gəldikdə, bu, riyakarlıqdır. Çünki səfərbər edilənlərin əksəriyyəti geyimi öz pullarına alıb. 
 
"Zənnimcə, yaxşı olardı ki, rəhbərlik döyüşçülərin motivsaiyasını yüksəltsin, yoxsa belə hoqqabazlıqlarla onu aşağı salır", - Medvedev belə hesab edir.
Link kopyalandı!
Son xəbərlər