4034
17 Jan 2023 | 20:12

"Ukraynada müharibənin bitməsi barədə avropalıların fikirləri haçalanıb..." - "Euroskopiа"

"Avropa İttifaqı ölkələrinin təxminən yarısı müharibənin tezliklə bitməsi naminə Ukrayna ərazilərinin qurban verilməsinə tərəfdar çıxıb..."
 
"Hər 3-cü avropalı tezliklə sülh naminə Ukraynanın ərazi itkilərinin əleyhinədir..." 
 
"Ukraynaya silah tədarükü məsələsində daha çox konsensus hiss edilir..."
 
Avropa İttifaqı ölkələrinin sakinləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsinə fərqli yanaşır.
 
Əgər avstriyalılar və almanlar müharibənin, hətta Ukraynanın ərazi itkiləri hesabına olsa belə, tezliklə başa çatmasına tərəfdardırlarsa, hollandlar, portuqallar və polyaklar bu ideyanın kəskin surətdə əleyhinədir.
 
Moderator.az xəbər verir ki, Avropanın 9 ölkəsində (Portuqaliya, Avstriya, Niderland, Polşa, İspaniya, Fransa, Almaniya, İtaliya, Yunanıstan) "Euroskopia" şəbəkəsi tərəfindən aparılan tədqiqatın nəticələri belədir. 
 
Sosioloqların apardığı sorğunun nəticələrinə görə, Avstriya və Almaniya sakinlərinin 60 faizindən çoxu müharibənin tezliklə bitməsini istəyir. 
 
Niderlandda vətəndaşların 48 faizi müharibənin tezliklə bitməsi naminə Ukraynanın öz ərazilərindən imtina etməsinə qarşıdır. 
 
Portuqaliya sakinlərinin 45 faizi və Polşa sakinlərinin 42 faizi də belə düşünür.
 
Bütövlükdə, Avropa İttifaqı ölkələrində sorğuda iştirak edənlərin 48 faizi hətta Ukraynanın öz ərazisinin bir hissəsini Rusiyaya verməsi şərtilə münaqişənin tezliklə bitməsinə tərəfdardır. 
 
Eyni zamanda, 32 faiz, yəni hər 3-cü avropalı tezliklə sülh naminə belə qurbanın əleyhinədir. 
 
Digər tərəfdən, Ukraynaya silah tədarükü məsələsində daha çox konsensus hiss edilir.
 
Avropa İttifaqının 9 ölkə vətəndaşlarından rəyi soruşulanların 56 faizi buna dəstək verir. 
 
Fikirlərin ən az fərqləndiyi sahə Ukrayna qaçqınlarına kömək məsələsidir. Avropalıların 29 faizi hesab edir ki, Rusiya təcavüzündən qaçan ukraynalılara Polşa başqa ölkələrdən daha çox kömək edib.
 
Tədqiqat Avropa İttifaqına  daxil olan 9 böyük ölkədə, hər ölkədə min vətəndaş arasında keçirilib. Cəmi 9 min müsahibə alınıb.
 
Bu ərəfədə Amerika mütəxəssəsləri bəyan edib ki, Avropada qışın mülayim keçməsi Putini Qərbə başlıca təzyiq vasitəsindən məhrum edib. 
 
"Chatham House" analitik məkəzinin baş elmi əməkdaşı Keyr Caylz xatırladıb ki, Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiyada belə cəsarətli fikirlər səsləndirilib ki, avropalılar Ukrayna müttəfiqlərinə ilk şaxtalar düşən kimi yardımı kəsəcəklər. Çünki Rusiya qazı ilə isidilən isti mənzillərində qışı keçirməyə vərdiş edib.
 
Lakin hava Kremlin planlarını pozub. Çünki Avropada qış mülayim keçir. Bu, avropalılara qazın istifadə edilməsini azaltmağa imkan verib, Putin isə başlıca "kozır"larının birindən məhrum olub.
Link kopyalandı!
Son xəbərlər