Ekskluziv
4163
15 Jan 2023 | 18:24

"Azərbaycan İsrailin göstərdiyi dəstəyi heç vaxt unutmayacaq"

"Azərbaycan heç vaxt öz ünvanına təhdidlərdən çəkinməyib və həmişə onlara layiqincə cavab vermək iqtidarında olub..."
 
"İsrail parlamentariləri Fransa parlamentinin Bakıya qarşı sanksiyalar tətbiq edilməsi çağırışlarını pisləyir..."
 
"Hər iki ölkə ümumi və təhlükəli düşmənimizə-İran tiraniyasına qarşı müqavimət göstərmək əzmindədir..."
 
Bu məktub İsrail deputatları və nazirlərinin açıq məktubuna cavabdır...
 
"Azərbaycan xalqı İsrailin göstərdiyi dəstəyi yüksək qiymətləndirir və bunu heç vaxt unutmayacaq".
 
Azərbaycan parlamentinin (Milli Məslis) 19 nəfərdən ibarət bir qrup deputatının knessetə göndərdiyi məktub belə başlanır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Vesti" nəşri məlumat yayıb. 
 
"Son zamanlar İran İslam Respublikasının Azərbaycan əleyhinə ritorikasınln sərtləşməsi, İranın Azərbaycanla sərhəddə hərbi təlim keçməsi İranın əsl mahiyyətini göstərir. 
 
Azərbaycan heç vaxt öz ünvanına təhdidlərdən çəkinməyib və həmişə onlara layiqincə cavab vermək iqtidarında olub. 
 
Sizdən Azərbaycana qarşı bu təxribatlar və getdikcə artan təhdidlər fonunda dəstək mesajları almaq bizi sevindirir və ruhlandırır. Biz buna görə sizə öz minnətdarlığımızı bildiririk", - məktubda belə deyilir. 
 
Xatırladaq ki, yanvarın əvvəlində İsrailin 30 nazirinin və knessetinin həm koalisiyadan, həm də müxalifətdən olan deputatları Azərbaycan parlamenetinin spikeri Sahibə Qafarovanın adına məktub göndərib. 
 
Məktubda İsraildə Azərbaycan səfiriliyinin açılması qərarına görə minnətdarlıq ifadə edilib, habelə Fransa parlamentinin Bakıya qarşı sanksiyalar tətbiq edilməsi çağırışları pislənilib. 
 
İsrail parlamentariləri qeyd edib ki, bu günlər iki ölkə "hər iki xalqlarımıza qarşı zərər vurmaqla təhdid edən ümumi və təhlükəli düşmənimizə - İran tiraniyasına qarşı" müqavimət göstərir".
 
Məktubu imzalayanlar arasında İtamar Ben - Qvir, Aviqdor Liberman, Şulomo Kari, Simxi Rotman, Miki Levi, Qabi Azenkot və başqaları vardır. 
 
Xatırladaq ki, Azərbaycan 1992-ci ildə diplomatik münasibətlər yaradılandan bəri ilk dəfə olaraq İsraildə səfirlik açılması barədə qərar qəbul edib və artıq Azərbaycan hökumətində elm və təhsil naziri müavini postinu tutmuş Muxtar Məmmədovu səfir təyin edib.
 
İsraildə səfirlik açılması barədə qərar 2022-ci ilin noyabr ayında Azərbaycan parlamenti tərəfindən qəbul edilib, daha sonra prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Link kopyalandı!
Son xəbərlər