"Nəfsin səadətə qovuşmağına mane olan ən böyük pərdə, qəflət və cəhalətidir. Qəflətdən oyandırılıb səadətin harada olduğu göstərilərsə, qəbul edər..."
Nəfsə uymaq...
Nəfsin arzuları
İmam Qəzzali buyurur:
Allah-Təala „Şəhvətlərinizi, (yəni nəfsin arzularını) haramdan almamağa çalışın və cihadda qətiyyətli olun, dayanın“ buyurur. Bunun üçündür ki, ağlı olanlar, din böyükləri, bu dünyanın bir bazar yeri kimi olduğunu və burada, nəfs ilə alış-verişdə olduqlarını anlamışlar. Bu ticarətdə karımız Cənnət, zərərimiz də Cəhənnəmdir. Yəni karı əbədi səadət, ziyanı da, sonsuz fəlakətdir.
Ağıllılar nəfslərini, ticarətdə ortaq yerinə qoymuş, gərəkli nəsihətlər vermişlər. Bunlardan altısı belədir:
1- Ticarət ortağı, insanın pul qazanmaqda ortağı olduğu kimi, bəzən xəyanət edən düşməni olur.
Hər nəfəs, qiymətli bir cöhvər kimidir, bundan xəzinə ola bilər.
Ağıllı insan, hər gün nəfsinə deməlidir ki:
“Mənim sərmayəm, yalnız ömrümdür. Bu sərmayə o qədər qiymətlidir ki, hər çıxan nəfəs, heç bir şeylə yenidən geri dönə bilməz və nəfəslər sayılır, azalır. Ömür bitəndə ticarətə son verilir. Ticarətə sarılaq ki, vaxtımız azdır. Günlərimiz o qədər qiymətlidir ki, əcəl gələndə, bir gün izn istəsək də verilməz. Bu gün bu nemət əlimizdədir. Amma nəfsim, çox diqqətli ol, bu böyük sərmayəni əldən buraxma! Sonra ağlamaq fayda verməz. Bu gün, əcəlin gəldiyini, o günün gəldiyini fərz et! O halda, bu günü əldən çıxarmaqdan, bununla, səadətə qovuşmamaqdan daha böyük ziyan varmı? Sabah öləcəksənmiş kimi haramdan qaç!
Peyğəmbərimiz (s.a.s.): „Ağıllı ölməzdən əvvəl hesabını və ölümdən sonra ona xeyir gətirən şeylər edəndir“ və „ Edəcəyin hər işi, əvvəlcə düşün, Allah-Təalanın razı olduğu, izn verdiyi bir işdirsə, onu et. Belə deyilsə, o işdən qaç!“
buyurdu.
2- Nəfsi idarə edib ondan qafil olmamaq gərəkdir. Allah-Təalanın hər etdiyimiz, hər düşündüyümüz şeyi bildiyini unutmamalıyıq. Bunu bilənin işləri və düşüncələri ədəbli olar. Bunu bilib etməmək isə, böyük fəlakətdir.
3- Hər gün yatarkən, o gün etdiyi işlər üçün nəfsi hesaba çəkməli, sərmayəni, karı və zərəri ayırmalıyıq. Sərmayə fərzlər, karımız da nafilələrdir. Ziyan isə günahlardır.
4- Nəfsin qüsurları görünər və buna cəza verilməzsə, cəsarət tapar, sözə baxmaz. Onunla bacarmaq çətinləşər.
5- Böyüklər nəfsləri qəbahət etdikdə cəza olaraq ibadət edərdilər. Məsələn, bəzisi, bir namaza, camaata yetişməsəydi, bir gecə yatmazdı. İbadətləri sevə-sevə etməyən bir insan üçün ən gözəl dərman, saleh bir insanın yanında olmaqdır.
6- Nəfsi məzəmmət etmək gərəkdir. Nəfs yaradılışdan yaxşı işlərdən qaçır, pislikləri sevir, tənbəldir və şəhvətlərinə qovuşmaq istəyir. Dinimiz nəfsimizə, bu pis vərdişlərdən uzaq olmağı əmr edir. Bu vəzifəni yerinə yetirmək üçün onu bəzən məcbur etmək və bəzən söz ilə, iş ilə idarə etmək gərəkdir. Çünki nəfs elə yaradılmışdır ki, özünə yaxşı gələn şeyləri istədiyi zaman, rastlaşdığı çətinliklərə səbr edər. Nəfsin səadətə qovuşmağına mane olan ən böyük pərdə, qəflət və cəhalətidir. Qəflətdən oyandırılıb səadətin harada olduğu göstərilərsə, qəbul edər. Allah-Təala „Onlara nəsihət et! Nəsihət möminlərə əlbəttə fayda verir“ buyurdu. (Zariyat, 55)
Qəlb ruh ilə nəfs arasındakı körpü kimidir. Mənəvi aləm qəlbə ruh vasitəsiylə gəlir. Qəlb hiss orqanlarına bağlıdır. Hiss orqanları, nə ilə məşğul olarsa, qəlb ona bağlanar. İnsan gözəl bir şey görəndə qəlb ona bağlanır. Ruha və ya nəfsə yaxşı gələnləri sevər. İnsan çox zaman həqiqi gözəlliyi anlamaz. Nəfsə gözəl gələn ilə, ruha gözəl gələni qarışdırar. Ruh qüvvətli isə, gerçək gözəlliyi anlayıb, onu sevər, bağlanar. Ayəti-kəlamlar, hədislər, övliya sözləri kimi qiymətli şeylər, əslində çox gözəldir. Qəlbin nəfsə bağlılığı azalıb, nəfsin əlindən qurtulanda, bunları oxuduğu, eşitdiyi zaman bunların gözəlliyini dərk edər və bağlanar, insanın bundan xəbəri olmaz və Allah-Təalanı sevər.
Qəlbi nəfsin əlindən qurtarmaq üçün nəfsi əzmək, qəlbi qüvvətləndirmək gərəkdir. Bu da, Rəsulullah Əfəndimizə (s.a.s.) tabe olmaqla olur. Qəlbini nəfsin pəncəsindən qurtaran insan Allahın qulu olduğunu dərk edər... Allah-Təalanı çox sevdiyi üçün Allah-Təalanın sevdiyini sevər.
Hazırladı:
Gülnar Ələsgərova
İslamevi.az