Çində dekabrın əvvəlindən koronavirusdan 60 min nəfər dünyasını dəyişib - Şok statistika...
Ekskluziv
4008
14 Jan 2023 | 21:13

Çində dekabrın əvvəlindən koronavirusdan 60 min nəfər dünyasını dəyişib - Şok statistika...

"Ümumdünya Səhiyyə Təşkilatı və hökumətlər Çindən koronavirusla bağlı daha çox şəffaflıq tələb edir..."
 
"Bir çox ölkələr Çindən olan səyahətçilər üçün məhdudiyyətlər tətbiq edib..."
 
"Koronavirus qurbanlarının orta yaşı 80, 3 təşkil edib, onlardan 90 faizi 65 yaşdan yuxarı olanlardır..."
 
"Beynəlxalq dəyərləndirmələrə görə, hər gün Çində 3, 7 milyon yoluxma halları baş verir, bu zaman hər gün 21 min adam dünyasını dəyişir..."
 
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər həftə koronavirusdan ən azı 10-14 min adam həlak olur..."
 
Çin Xalq Respublikası hələ də koronavirusun nəhəng dalğası ilə mübarizə aparır. İndi isə kovidə qarşı sərt tədbirlərin dayandırılmasından sonra həlak olanların sayı barədə ilk məlumatlar üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "SİTA" agentliyi məlumat yayıb.
 
Rəsmi məlumata görə, "xəstəliyin sıfır səviyyəsi" adlanan ciddi siyasəti bitəndən sonra Çində koronavirus infeksiyasından təxminən 60 min adam dünyasını dəyişib.
 
Səhiyyə Milli Komissiyasının məlumatına görə, dekabrın 8-dən koronavirusa yoluxan 5503 nəfər tənəffüs çatışmazlığından dünyasını dəyişib.
 
Daha 54 435 nəfər tibb müəssisələrində koronavirusla yanaşı digər xəstəliklərdən dünyasını dəyişib.
 
Son zamanlar yeni pasiyentlərin sayı, ümumilikdə, aşağı düşüb. Həm şəhər, həm də kənd rayonlarında hazırda pik vəziyyətindən sonra "azalmağa meyl" müşahidə edilir, bunu Komissiyanın nümayəndəsi Tszyao Yahuey mətbuat konfransında deyib. 
 
Qurbanların orta yaşı 80, 3 təşkil edib. Həlak olanların təxminən 90 faizi 65 yaşdan yuxarı olanlar və əvvəllər mövcud olan xəstəliklərdən əziyyət çəkənlərdir.
 
Təxminən üç ildən sonra, dekabrın 7-də, Pekin qəflətən özünün "Korona" proqramı çərçivəsində ziddiyyətli və ciddi tədbirlərinin əksəriyyətini ləğv edib.
 
O zamandan koronavirus ölkədə sürətlə yayılmağa başlayıb, bu da xəstəxana və krematoriyaların həddən artıq yüklənməsinə səbəb olub.  
 
Pekin ölkə boyunca gündəlik yoluxanlar və zərərçəkənlər barədə hesabatlara son qoyub. İstənilən halda bunlar ekspertlərdə xeyli şübhələr doğurub və bu rəqəmlərin xeyli aşağı olduğu hesab edilib.
 
Rəsmən elan edilən 60 min qurban beynəlxalq dəyərləndirmələrə görə xeyli aşağıdır. Məsələn, Londonun məlumatların işlənməsi üzrə "Airfinity" şirlətinin dəyərləndirməsinə görə, hər gün Çində 3, 7 milyon yoluxma halları baş verir, bu zaman 21 min adam dünyasını dəyişir.
 
Bu dəyərləndirmələrə görə, dekabrın əvvəlindən təxminən 350 min nəfər həlak olub. Proqnozlara görə, aprelin sonunadək koronavirusdan ölüm halları 1, 7 milyona çata bilər. Lakin əvvəlki dalğanın sabitləşməsi, daha sonra martın əvvəlinə sürətli artımı gözlənilir.
 
İnfeksiyaların kütləvi dalğası fonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və hökumətlər Çindən daha çox şəffaflıq tələb edir. Virusun mümkün yeni variantlarından ehtiyat edərək, bir çox ölkələr ÇXR-dən olan səyahətçilər üçün məhdudiyyətlər tətbiq edib.
 
Bundan öncə ÜST-nin rəhbəri Tedros Adanom Qebreyyesus bəyan edib ki, dünyada hər həftə koronavirusdan ən azı 10-14 min adam həlak olur. O, iddia edib ki, bu məlumatlar, böyük ehtimalla, aşağıdır, xüsusilə nəzərə alsaq ki, Çin koronavirusdan ölüm halları barəsində tam məlumatları təqdim etmir.
Link kopyalandı!
Son xəbərlər