Hədislərdə: “Əsl qəhrəman, nəfsinə qalib gələndir”, “Ağlın əlaməti nəfsə qalib gəlmək, hakim olmaq və öldükdən sonra lazım olanları hazırlamaqdır. Axmaqlıq əlaməti isə nəfsə tabe olub Allahdan əfv və mərhəmət gözləməkdir” buyurulur...
Nəfsə tabe olan bir müsəlmaın imanı zəifləmiş olur...
İslam dini rahatlıq və sakitlik içində yaşamaq üçün lazımi və dünya ləzzətlərindən faydalı olanları qadağan etmir. Bunların əldə edilməsi və istifadəsində ağıl və dinimizə əsaslanmaq əmr edilmişdir.
İslam dini insanların dünyada da, axirətdə də sakitlik və rahatlıq içində yaşamağını istəyir. Bunun üçün ağılla hərəkəti əmr edir. Nəfsə uymağı qadağan edir. Ağıl yaradılmasaydı, insan hər zaman nəfsinə uyar, fəlakətə sürüklənərdi. Nəfs olmasaydı, insan yaşamaqda və mədəni həyatında qüsurlara yol verərdi və nəfs ilə cihad, böyük cihad savabından məhrum olardı. Mələklərdən daha üstün olmaq yolu qapalı qalardı. Hədisi- şərifdə buyurulur ki:
“Axirətdə nələrin olacağını, sizin bildiklərinizi heyvanlar bilsəydi, yemək üçün ət axtarmazdılar” (Bəyhaqi)
Yəni heyvanlar axirətdəki əzabların qorxusundan yeməkdən, içməkdən kəsilərdilər. Bir dəri, bir sümük qalardılar. İnsanlarda nəfs olmasaydı, heyvanlar kimi qorxudan, yeməz, içməz, yaşaya bilməzdilər. İnsanların yaşaya bilməyi, nəfslərinin qəfləti və dünya ləzzətlərinə düşkün olmaqlarından irəli gəlir. Nəfs həm iki tərəfi kəsən bıçaq kimidir, həm də zəhərli dərman kimidir. Təbibin tövsiyəsinə görə istifadə edən, bundan fayda qazanar. Həddini aşan həlak olar. Dinimiz, nəfsin həlak edilməsini deyil, yox edilməsini deyil, təribiyə olunmasını əmr edir...
Nəfsin mahiyyəti nədir?..
Allahu Təala insanda üç şeyi yaratdı: ağıl, qəlb və nəfs. Bunlardan heç biri görünmür. Peyğəmbərlər və vəlilər xaric hər kəsin nəfsi azğın ola bilər. Bu nəfsə (nəfsi əmmarə) deyilir ki, pisliklərə sürükləyən nəfs deməkdir.
İnsanın böyük düşməni nəfsidir. Daha sonra pis yoldaş və şeytan gəlir. Pis yoldaş və şeytan nəfsə təsir edərək insana zərər verməyə çalışırlar. Onun üçün nəfsin əmmarəliklərdən təmizlənməsi vacibdir. Çünki, nəfs kafirdir, daim Allah-Təalaya üsyan etmək istəyir.
Şeytan öz vəsvəsəsinə insanın tabe olmadığını görəndə, bundan əl çəkir, başqa bir vəsvəsə verir. Alimlər şeytanı köpəyə bənzətmişlər. Köpəyi qovanda qaçsa belə, başqa bir tərəfdən yenə də gələr. Nəfsimiz ölənə qədər bizi tərk etmir. Bunun üçün nəfsi tanımaq və zərərlərindən qorunmaq gərəkdir.
İmam Mavərdi buyurur ki:
“Nəfsin tərbiyəsi zəruridir”. Bir hədisdə: “İnsanın ən qüvvətli düşməni nəfsidir, sonra başqa şeylər” buyurlur. Qurani-Kərimdə də: “Nəfsi-əmmarə, əlbətttə günahları, pislikləri əmr edər.” (Yusif, 53) buyurlur.
Nəfsini tərbiyə etməyən, ona tabe olan acizdir. Hədislərdə: “Əsl qəhrəman, nəfsinə qalib gələndir”, “Ağlın əlaməti nəfsə qalib gəlmək, hakim olmaq və öldükdən sonra lazım olanları hazırlamaqdır. Axmaqlıq əlaməti isə nəfsə tabe olub Allahdan əfv və mərhəmət gözləməkdir” buyurulur. Nəfs dünya zövqlərinə, ləzzətlərinə düşkündür. Bunların yaxşı, faydalı, pis və ya zərərli olduğunu düşünməz. Arzuları, dinimizin əmrlərinə uyğun olmaz. Dinimizin qadağan etdiyi şeyləri etmək, nəfsi qüvvətləndirər. Daha betərini etdirmək istəyər. Pis, zərərli şeyləri yaxşı göstərib, qəlbi aldadar. Qəlbə bunları etdirərək, istəklərinə qovuşmaq üçün çalışar. Qəlbin nəfsə aldanmamağı üçün, qəlbi qüvvətləndirmək və nəfsi tərbiyə etmək gərəkdir.
Ağlı qüvvətləndirmək, islami elm oxuyub, öyrənməklə olduğu kimi, qəlbin qüvvətlənməsi də dinimizə tabe olmaqla olur. Dinimizə tabe olmaq üçün ixlas vacibdir. İxlas - işləri, ibadətləri, Allah-Təala əmr etdiyi üçün etməkdir. Qəlbin zikr etməyi ilə, yəni Allahın adının çox söyləməyi ilə ixlas hasil olur.
Dinimizə tabe olmaq, qəlbi qüvvətləndirdiyi kimi, nəfsi də zəiflədir. Bu səbəbə görə nəfs, qəlbin dinimizə tabe olmağını istəməz, dinsiz, imansız olmağını istəyər.
Dinə tabe olan, arzusuna qovuşar və Qurani Kərimdə bu barədə :”Nəfsinə tabe olanlardan, doğru yolu axtaranları, sədadətə çatdıran yollara qovuşdurarıq” buyurulur. (Ənkəbut, 69 )
İmam Qəzəli buyurur ki:
İnsanda pis sifətləri toplayan nəfslə cihad etmək, onu qırmaq gərəkdir.” Hədisi-şərifdə : “Sənin ən böyük düşmənin sənin ətrafını bürüyən nəfsindir” buyurlur. Peyğəmbərimiz bir savaşdan dönərkən : “Kiçik cihaddan böyük cihada döndük” deyə buyurdu. Əshabı: “Ya Rəsulullah böyük cihad nədir?” sualını verəndə, Peyğəmbərimiz (s.a.s.): Nəfslə cihaddır” buyurdu .(Deyləmi)
(Davamı var)
İslamevi.az