3502
12 Jan 2023 | 08:11

"Soledar Ukrayna qüvvələrinin nəzarətindədir...-Rusiya yalan məlumat yayır..."-Son xəbər...

2023-cü ilin ilk həftələrində Rusiya maksimum səylərini Donetsk vilayətinin Soledar şəhərini ələ keçirməyə cəmləsə də, ukraynalı müdafiəçilər şəhəri müdafiə etməkdə davam edirlər. Düşmən hücumlarının həddindən artıq təzyiqinə və Rusiyanın təbliğat bəyanatlarına baxmayaraq Ukrayna komandanlığı Soledarın tutulması ilə bağlı şayiələri təkzib edib.
 
Moderator.az xəbər verir ki, Ukraynanın "NV" radio-kanalının Bakı vaxtı ilə səhər saat 06:37-də yaydığı son məlumatda belə deyilir.
 
Yanvarın 11-də günün ortasına olan məlumata görə, Soledarda kəskin şaxtalar şəraitində şiddətli döyüşlər davam edir. Vəziyyət çətin olaraq qalır, lakin şəhərə Ukrayna Silahlı Qüvvələri nəzarət edir, "idarəetmə ilə bağlı döyüş qərarlarının qəbulu üzrə iş aparılır", - Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun nümayəndəsi Sergey Çerevatı belə deyib.
 
Hazırda Soledarda olan jurnalist Yuri Butusov və ABŞ-ın Müharibə Tədqiqat İnstitutunun(İSW) analitikləri yeni hesabatlarında Rusiyanın telegram-kanalları və təbliğat mediasının Soledarın ələ keçirilməsi və ya mühasirəyə alınması ilə bağlı çoxsaylı xəbərlərini təkzib ediblər.
 
Şəhər Baxmutdan 20 km-dən az şimal-şərqdə yerləşir və rus qoşunları Baxmutda Ukrayna qüvvələrinə təhlükəni artırmaq üçün Soledarı işğal etməyə çalışır. Bununla belə, "ISW" ekspertlərinin fikrincə, hətta Soledarın ələ keçirilməsi Baxmutun mühasirəyə alınmasının qaçılmaz riski demək deyil.
 
Soledara davamlı olaraq "Vaqner" muzdluları və Rusiya hava-desant qoşunlarının hərbçiləri hücum etməyə çalışır. Ukrayna tərəfdən şəhəri Ukrayna Silahlı Qüvvələrinin 46-cı aeromobil briqadasının və Ukrayna Silahlı Qüvvələrinin 10-cu dağ həmlə briqadasının hərbçiləri digər bölmələrin, o cümlədən sərhədçilər, Xüsusi Əməliyyat Qüvvələri və tankçıların dəstəyi ilə müdafiə edirlər.
 
Bir neçə gün əvvəl Vladimir Zelenski bildirib ki, Müdafiə qüvvələri komandanlığı cəbhənin Soledar bölgəsindəki sektorunu gücləndirmək, ora əlavə qüvvə və texnika gətirmək qərarına gəlib.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər