Ekskluziv
3783
11 Jan 2023 | 20:53

"Türkiyə Ukraynaya ABŞ-ın qərar verə bilmədiyi silah tədarük edir"

"İkiqat təyinatlı yaxşılaşdırılmış adi döyüş
sursatları" (İTYADS) daha xirda döyüş sursatlarına parçalanma yolu ilə
tankların məhv edilməsi üçün nəzərdə tutulub..."
 
"Standart artilleriya toplarından buraxıla biləcək İTYARDS ABŞ-ın Ukraynaya göndərdiyi standart fuqas mərmilərindən 5-10 dəfə daha ölümcüldür..."
 
"Türkiyə Rusiya ilə hətta uzlaşdığı zamanda Ukrayanın hərbi cəhətdən həqiqətən vacib tərəfdarına çevrilib..."
 
"Ərdoğan Kreml ilə münasibətləri və Ukraynaya dəstəyi arasında balansı qoruyub saxlamağa müvəffəq olub..."
 
2022-ci ilin noyabr ayından Türkiyə Ukraynaya Amerika istehsalı olan artilleriya atəşli kaset bombasının ilk partiyalarını tədarük etməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerika və Avropa məmurlarına istinadən "Foreign Policy" nəşri yazıb. Məlumatı "Detaly" nəşri təhlil edib.
 
Bunlar "ikiqat təyinatlı yaxşılaşdırılmış adi döyüş sursatları" adlanır (İTYADS), tankların daha xırda döyüş sursatlarına parçalanma yolu ilə məhv edilməsi üçün nəzərdə tutulub, həm də hər bir mərmi təxminən 88 bomba atır.
 
Baxmayaraq ki, Ukrayna ABŞ-dan kaset döyüş sursatlarının tədarük edilməsini xahiş edib, Vaşinqton bunu etməyib. Eyni zamanda, Türkiyə bu silahın xeyli ehtiyatlarına malikdir, çünki "soyuq müharibə" dövründə ABŞ-la saziş çərçivəsində onu istehsal edib.
 
Türkiyə üçün bu tədarük bir növ dönüş olub, çünki əvvəllər o, dünya birliyinə kaset döyüş sursatlarından istifadə etməməyi vəd edib. 2021-ci ilin oktyabrında kaset döyüş sursatları üzrə Konvensiyanın prezidentinə göndərilən məktubda Türkiyə ona təkid edib ki, konvensiyanın imzalandığı 2005-ci ildən kaset döyüş sursatlarını istehsal etməyib, idxal etməyib, ötürməyib və gələcəkdə də etmək niyyəti yoxdur.
 
"ABŞ Ukraynanın kaset döyüş sursatlarına çıxışından imtina edəndən sonra Türkiyə onların alınması üçün yeganə yer olub, - bunu bu məsələdən məlumatı olan mənbələrdən biri deyib. - Bu, sadəcə, onu göstərir ki, Türkiyə Rusiya ilə müəyyən mənada hətta uzlaşdığı zamanda belə Ukraynanın hərbi cəhətdən həqiqətən vacib tərəfdarına çevrilib".
 
Bu addım Türkiyənin münaqişənin bütün müddəti ərzində oynadığı rolu vurğulayır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Ankara ABŞ və NATO üzrə digər müttəfiqlərinin Rusiya iqtisadiyyatının dünya bazarlarından təcrid edilməsi səylərini görməzdən gələrək, Rusiya ilə iqtisadi əlaqələrini genişləndirib. Eyni zamanda, Qara dənizin digər ölkələri və NATO üzvləri ilə Rusiyaya qarşı ittifaqa daxil olub.
 
Türkiyə həmçinin Finlandiya və İsveçin NATO-ya daxil olması səylərini bloklayıb. Moskvanın Türkiyənin Ukraynaya silah tədarükündən narazı olmasına rəğmən, prezident Rəcəp Tayyib Ərdoğan indiyədək özünün Kreml ilə münasibətləri və Ukraynaya dəstəyi arasında balansı qorumağa müvəffəq olub, bu da ona taxılın Odessadan ixracı üzrə sövdələşmədə diplomatik vasitəçi, habelə müharibənin ilk aylarında danışıqların əsas mediatorlarından biri olmağa imkan verib. 
 
Standart artilleriya toplarından buraxıla biləcək İTYADS ABŞ-ın Ukraynaya artıq göndərdiyi standart fuqas mərmilərindən təxminən 5 -10 dəfə daha ölümcüldür.
 
"Artilleriyanın hər 4-cü mərmisi kimisə öldürür. Düşünürəm ki, İTYADS, ola bilsin ki, 20 dəfə çox göstərsin, - Ukrayna hərbi rəhbərliyinin müşaviri Den Rays deyib. - Ona görə də hər buraxılan mərmiyə 10 öldürülən rusiyalı düşəcək. Siz İTYADS-ın səmərəsini və nəticəsini görəcəksiniz. Bu, həmçinin, rusiyalıların mənəvi ruhuna təsir göstərəcək.
 
Ukrayna hərbi müşavirələrin planlarına uyğun olaraq İTYADS PUA-lar tərəfindən təsdiq edilmiş bəlli Rusiya hərbi hədəflərinə qarşı istifadə ediləcək və tətbiq edildikdən sonra partlamayan döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə komandalarla onları toplayacaq, lakin bu, hər hansı rayonların mülki şəxslər üçün yenidən açıq  olduğundan öncə baş verəcək.
 
Kaset döyüş sursatları güclü, lakin mübahisəli silahdır
 
Rusiya Ukraynada kaset döyüş sursatlarından fəal surətdə istifadə edir. "Human Rights Watch"-ın ilkin məlumatlarına görə, 2022-ci il fevral-iyul aylarında kaset döyüş sursatları ilə hücumlar nəticəsində Ukraynada ən azı 689 mülki şəxs həlak olub. Bu da dünya birliyi tərəfindən pislənilib. Ukrayna qoşunları kaset döyüş sursatları olan raketlərdən ən azı 2 dəfə istifadə edib. 
 
Amerikalı hərbçilər kaset döyüş sursatlarından 2003-cü ildə İraqa müdaxilə zamanı döyüş əməliyyatlarında istifadə edib, 10 il bundan öncə Yəməndə istifadə edilən yeganə hal istisna olmaqla, bu silahı 2015-ci ildən ixrac etmir. Amerika qanunvericiliyinə görə, ABŞ-da İTYADS-ın ixracı qadağandır, həm də ona görə ki, partlamayan mərmilər torpaqda qalıb hərbi əməliyyatlardan sonra da təhlükə törədə bilər. 
 
Üstəlik, ABŞ prezidenti Co Bayden Konqresdə kaset döyüş sursatlarının istifadəsinin qadağan edilməsi üzrə bundan sonra da addımlar atmağı tələb edən proqressiv demokratlar tərəfindən təzyiqə məruz qalır. 
 
"Əgər Birləşmiş Ştatlar bu gün kaset döyüş sursatlarından istifadə etsəydi, bizi də biz rusları Ukraynada istifadə etdiklərinə görə pislədiyimiz kimi tənqid edərdilər, - demokrat Bil Kitinq və Konqres üzrə müttəfiqləri Baydenə yazıb. - Biz bu silahı toplamaqda davam etmək yox, dünyanın ondan xilas edilməsi üzrə qlobal səylərə rəhbərlik etməliyik".
 
Bununla yanaşı, Birləşmiş Ştatların İTYADS-ı Ukraynaya göndərməyin tərəfdarı olanlar da var. Onlar təkid edir ki, bu, Donbasın açıq ərazisində olan Rusiyanın möhkəmləndirilməyən və gizlədilməyən xəndək xətlərinin məhv edilməsinin ən səmərəli üsulu olardı. 
 
Türkiyə əvvəllər də Ukraynaya silah tədarük edib
 
Türkiyə tərəfindən İTYADS-ın tədarükü müharibənin kritik məqamlarında Ankaranın Ukraynaya silah tədarükündə görkəmli rol oynadığı ilk hal deyil.
 
Türkiyə istehsalı olan "BayraktarTB2" pilotsuz uçuş aparatları müharibənin ilk günlərində Kiyevə yönələn Rusiyanın zirehli tank kolonlarının dayandırılmasına kömək edib və, məlumatlara görə, o zaman Qara dəniz donanmasınln flaqmanı olan "Moskva" kreyserinin batırılmasında Ukraynaya yardım göstərilməsində rol oynayıb.
 
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan bu tədarüklər haqqında danışmağa həvəsli deyil. Lakin ona yaxın olan etibarlı şəxslər, o cümlədən prezidentin kürəkəni, "Bayraktar TB"- ni istehsal edən şirkətin idarə heyətinin sədri açıq şəkildə pilotsuz uçuş aparatının döyüş meydanında üstünlükləri barədə bəyan edib.
 
 Müəllif: Aleksandra Appelberq
Link kopyalandı!
Son xəbərlər