4700
07 Jan 2023 | 23:40

"Bəli, cənablar, xoşunuza gəlsə də, gəlməsə də, Rusiya genişlənir..."

"Marqarita Simonyan, Yevgeni Petrosyan, Mixail Qalustyan, Aleksandr Duqin, Nikita Mixalkov, Filip Kirkorov, Larisa Dolina, Leonid Yakuboviç Ukraynanın "qara siyahısı"nda...
 
Ukrayna Rusiyanın mədəniyyət xadimlərindən 119 nəfərinə qarşı sanksiyalar tətbiq edib...
 
Ukrayna Rusiya Federasiyasının bir sıra mədəniyyət xadimlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Bununla bağlı Vladimir Zelenski müvafiq fərman imzalayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Qazeta.ru" nəşri yazıb.
 
"Qara siyahı"ya "Russia Today" holdinqının baş redaktoru Marqarita Simonyan, "rus dünyasının" ideoloqu Aleksandr Duqin, rejissor Nikita Mixalkov da düşüb.
 
Bu sırada həmçinin Yevgeni Petrosyan, İrina Alleqrova, Dima Bilan, Mixail Qalustyan, Larisa Dolina, Filip Kirkorov, Anna Netrebko, Stas Pyexa, Lyubov Uspensksya, Mixail Şufutinski, Anita Tsoy, Leonid Yakuboviç və başqaları var.
 
Sanksiyalar altina həmçinin Ukraynanın üç vətəndaşı-teleaparıcı Janna Badoyeva, müğənni Lolita Milyavskaya, futbolçu Anatoli Timoşşuk da düşüb.
 
Bu adamların hamısı Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyir, qonşu ölkənin ərazisinin zəbt edilməsini və dinc vətəndaşlarının qətlə yetirilməsini bəyənir.
 
O cümlədən satirik Yevgeni Petrosyan Vladimir Putinin "xoşuna gəlsə də, gəlməsə də, gözəlim, dözməlisən" sözlərini Yeni ildə "Mavi gecə"də parodiya edib.
 
"Yola saldığımız ildə Qərb Rusiyanı dağıtmağa cəhd edib, amma düşünməyib ki, dünya düzəninin  aparıcı konstruksiyası Rusiyadır. Bəli, cənablar,xoşunuza gəlsə də, gəlməsə də, Rusiya genişlənir", - ahıl yumor ustası bəyan edib.
Link kopyalandı!
Son xəbərlər