Türkiyə Rusiyadan alınmış hava hücumundan müdafiə sistemlərindən İMTİNA EDƏCƏK
1009
05 Dec 2025 | 18:56

Türkiyə Rusiyadan alınmış hava hücumundan müdafiə sistemlərindən İMTİNA EDƏCƏK

Türkiyə Rusiyadan alınmış hava hücumundan müdafiə sistemlərindən imtina etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib ki, Türkiyə digər NATO üzvləri ilə gərginliyə səbəb olan və ABŞ-dan F-35 qırıcıları əldə etməsinə maneçilik törədən Rusiya istehsalı HHM sisteminin (S-400) sökülməsinə yaxınlaşıb.

Barrak qeyd edib ki, ölkə S-400 sistemindən istifadə etmir, lakin raketlər, radarlar və digər avadanlıqlar hələ də mövcuddur. Bununla belə, o vurğulayıb ki, bu məsələlərin həlli yaxın 4–6 ay ərzində başa çatdırılacaq.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər