3794
05 Jan 2023 | 20:59

"Medvedyev "günah keçisi" ediləcək..."

"Xüsusi hərbi əməliyyat"dan xüsusi siyasi əməliyyata doğru..."
 
"Medvedyevin vəzifəsi Rusiya qoşunlarını Ukraynadan çıxarmaq və Putinin əvəzinə Ukrayna ilə rüsvayçı barışıq imzalamaqdır..."
 
"Putin Rusiyanın daxilində hakimiyyətin və biznes-resurslarının öz yeni sadiq ətrafının xeyrinə yenidən bölüşdürülməsinə başlayıb..."
 
Ukraynalı sosioloq Putinin məxfi planının üstünü açıb. Bu planın mahiyyəti Medvedevi prezident etmək və onu rüsvayçı barışığa görə "suç keçisi"nə çevirmək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Planeta.press" nəşri yazıb.
 
Rusiyanın sabiq prezidenti Dmitri Medvedev və "Vaqner" özəl hərbi şirkətin sahibi residivist Yevgeni Priqojin Rusiya prezidentliyinə iki ictimai və sürətlə "yetişən" "namizəd"dir.
 
Putinin planına görə, bunların hər birinin vəzifəsi Rusiya qoşunlarını Ukraynadan çıxarmaq və Putinin əvəzinə Ukrayna ilə rüsvayçı barışıq imzalamaqdır. Nə Dyumin, nə də Patruşevin oğlu bunu ona bağışlamayacaq. Deyəsən, Qərb də bu plana meyylənir.
 
Lakin Putin onun hakimiyyətini və nüfuzunu xilas edən bu təhlükəli xüsusi əməliyyatda, əlbəttə, özünə müvəqqəti və birdəfəlik varisi kimi bu rüsvayçı rola və sonradan onun ələ salınmasına razı olan Rusiyanın sabiq prezidenti Medvedevi seçəcək.
 
Amma Priqojinin taleyi hələ müəyyən edilməyib. Putin istədiyinə nail olub, hərbçilər "zek" Priqojinə nifrət edir, Rusiyanın iri bürökratiyası "Vaqner" özəl hərbi şirkəti sahibinin Sankt-Peterburqda hakimiyyəti və ümumrusiya KİV-lərini həyasızcasına ələ keçirmək cəhdindən narahatdır.
 
Rusiya isteblişmenti güman edir ki, Putinin Ukraynanı tez bir zamanda zəbt etmək üçün düşündüyü və baş tutmayan xüsusi hərbi əməliyyat və blitskriq indi fəal surətdə Rusiyanın daxilində istifadə ediləcək.
 
Putin Rusiyanın daxilində hakimiyyətin və biznes-resursların özünün yeni sadiq ətrafının xeyrinə sürətlə yenidən bölüşdürülməsi məqsədilə xüsusi siyasi əməliyyata başlayıb.
 
Putin üçün Ukrayna ilə məğlub müharibənin uzadılması və Rusiya cəmiyyətinin faşistləşdirilməsi (repressiyalar, iqtisadiyyat və cəmiyyətin militarizasiyası) yalnız Stalin yenidənqurmasının 21-ci əsrdə həyata keçirilməsi və öz avtoritar hakimiyyətinin daha on il saxlanılması üsuludur.
 
Bunun üçün o, Ukrayna ilə iflasa uğrayan müharibənin məsuliyyətini, məsələn, Medvedevin üzərinə qoymalıdır. Bundan sonra onu xəyanətdə və rüsvayşılıqda, "kürəyə zərbə vurmaqda" suçlamaq olar. Tarixdə dəfələrlə belə olub.
 
Müəllif: Viktor Nebojenko, "Ukrayna barometri" Sosioloji Tədqiqatlar Mərkəzinin direktoru
Link kopyalandı!
Son xəbərlər