Çöhrəqanlı:
3776
05 Jan 2023 | 18:09

Çöhrəqanlı: "Cinayətkar molla rejimi tarixin zibil qabına göndərilə bilər..."

"Bildiyiniz kimi İranda inqilaba çevrin etirazlar 110 gündən çoxdur ki, davam edir və bu etirazlar cəmiyyətin bütün təbəqələri tərəfindən həyata keçirilir".
 
Bu sözləri Moderator.az-a açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri professor Mahmudəli Çöhrəqanlı deyib.
 
Onun sözlərinə görə, 20 mindən çox insan həbs edilib, 500-dən çox insan isə qətlə yetirilib: "Buna baxmayaraq, etirazlar hələ də davam edir. Bu etirazlar gedişatda yubana da bilər, lakin yenə də davam edəcək. Çünki molla rejimi ilə İranda yaşayan xalqlar arasında sanki uzun illərin qan davası var, rejim onlara ağır divan tutub və onlar intiqam almaq istəyirlər. Yəni, vəziyyət bu dərəcədə acınacaqlıdır".
 
"Hər halda, yaxın gələcəkdə də bu etirazlar davam edəcək. İnqilaba çevrilən bu etirazlar nəticəsində böyük ehtimal ki, 2023-cü ildə cinayətkar molla rejimi məhv olub, tarixin zibil qabına göndərilə bilər"-deyə, professor vurğulayıb.
 
Onun sözlərinə görə, İranda azərbaycanlılar bağlı məsələlər tamam fərqlidir: "Çünki İranda millətimizi istismar ediblər, assimilyasiyaya məruz qoyub və farslaşdırıblar. Bunun da qarşısını almaq lazımdır".
 
Mərahim Nəsib
Link kopyalandı!
Son xəbərlər