"Argentinada uşaq dünyaya gətirmək istəyən rusiyalı qadınlar "doğuş turizmi" şirkətlərinə 1000-8000 funt sterlinq ödəməlidir..."
"Bu ölkəyə getmək üçün viza tələb edilmir, 90 günədək qalmaq, sonradan asanlıqla müddəti artırmaq mümkündür..."
"ABŞ-da "doğuş turu" rusiyalı qadınlara 50 min dollara başa gəlir..."
"Amerika pasportu körpə üçün böyük üstünlükdürsə, niyə də olmasın?.."
Argentinanın paytaxtı rusiyalılar üçün "uşaq bumu"na çevrilib...
Argentina Rusiyanın doğuş turizmi bumunu yaşayır.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Məqalədə Rusiyanın Argentinadakı səfirliyinin konsul bölməsi rəhbərinin şərhi dərc edib, orada güman edilir ki, bu il ölkəni 10 min hamilə rusiyalı qadın ziyarət edə bilər.
Rusiyalı hamilə qadınlardan biri yazır: "Mən Ukraynada müharibə başlayanda hamilə olduğumu öyrəndim. Biz görəndə ki, sərhədlər bağlanır, anladıq ki, asanlıqla gedə biləcəyimiz yeri tapmalıyıq. Argentina pasportu mənim övladım qarşısında bir çox qapıları açacaqdır", - qadın izah edib.
Turizm sahəsinin ekspertləri izah edib ki, Rusiya vətəndaşları üçün Argentinaya getməyə viza tələb edilmir, onlar bu ölkədə 90 günədək qala bilər.
Bu müddət bitəndən sonra ölkədə qalma müddəti artırıla bilər, bunun üçün asanlıqla icazə əldə etmək mümkündür.
Bundan başqa, rusiyalılar üçün Latın Amerikanın bu ölkəsində oturum izni almaq çətin deyil.
Əgər körpə Argentinada doğulubsa, əcnəbi valideynlər asanlıqla bu ölkənin vətəndaşlığını əldə edə bilər.
Məqalədə deyilir ki, Argentinada uşaq dünyaya gətirmək istəyən rusiyalı qadınlar "Doğuş turizmi"ndə ixtisaslaşan şirkətlərə 1000-8000 funt sterlinq ödəməlidir.
2018-ci ildə Mayyamidə "rus uşaq bumu" qeydə alınıb, zəngin rusiyalı qadınların ABŞ-da uşaq dünyaya gətirməsi və övladlarının avtomatik olaraq Amerika vətəndaşlığı əldə etməsi meyli belə adlandırılıb.
NBC-nin ekspertləri bu meyli ABŞ Konstitusiyasına 14-cü əlavə ilə izah edib.
Belə ki, ölkə ərazisində doğulanlar avtomatik olaraq Amerika vətəndaşlığı alır. Bundan başqa, körpələrin valideynləri həmçinin güzəştli şərtlətlə vətəndaşlıq əldə edə bilər.
"Mən elə anayam ki, imkanım daxilində körpəmə ən yaxşılarını vermək istəyirəm. Əgər Amerika pasportu körpə üçün böyük üsyünlükdürsə, niyə də olmasın?
Mən qızımın gələcəkdə nəyi seçəcəyini bilmirəm. Lakin mən öz pullarımı xərcləməklə ona seçim etməyə imkan yaradıramsa, niyə də olmasın?" - NBC ilə söhbətində rusiyalı qadın danışıb və deyib ki, ABŞ-da "doğuş turu" ona təxminən 50 min dollara başa gələcək.