Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yanvarın 4-də doğum gününü qeyd edib - onun 37 yaşı tamam olub. Bu bayramda ona Rusiyanın xəritəsi şəklində tort hədiyyə edilib.
Moderator.az xəbər verir ki, "TSN"-in yaydığı məlumata görə, Budanov dərhal tortu parçalara ayırıb.
Rusiya Federasiyasının şirin xəritəsi vizual olaraq 2022-ci ilin dekabrında Ukrayna kəşfiyyatı rəhbərinin kabinetində jurnalistlərin fotosunu çəkə bildiyi xəritəyə bənzəyir.
Daha sonra media nümayəndələri Rusiya Federasiyasının parçalanmış xəritəsinin nə demək olduğunu soruşublar. Budanov isə buna gülərək hər kəsin istədiyini gördüyünü deyib və parçalanma sərhədlərini “geniş marker”lə də izah edib.
Qısa arayış:
Kiril Budanov - 5 avqust 2020-ci ildən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor, döyüş əməliyyatlarının iştirakçısı. "İgidliyə görə" ordeninin tam kavaleri.
2014-cü ildən Rusiya-Ukrayna müharibəsində iştirak edib, bir neçə yara alıb.
2020-ci ilin ortalarında o, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin departament direktorunun müavini olub və tezliklə Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edib.
Sultan Laçın