“İnsan dərindən sevəndə anlatmağa söz tapmır
Ekskluziv
4248
04 Jan 2023 | 23:59

“İnsan dərindən sevəndə anlatmağa söz tapmır"

 “Şanslı insanam ki, bütünlüklə sənət ailəsinin içindəyəm”
 
 “Hamı ilə münasibətim çox yaxşıdır. Bir xarakterim var. Əgər kimsə mənə efir vasitəsilə hansısa iradı yaxud tənqidi səsləndirirsə, mən ona cavab verməyəcəm. Özümdə səhv axtaracağam ki, harada səhvim olub? Niyə görə həmin insan bunu qabardıb?! Demək ki, məndə də nəsə səhv olub. Daha sonra o insanla bir araya gəlib, hər şeyi aydınlaşdırmağa çalışacam”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib. 
“Əzizlərimlə, doğmalarımla fəxr edirəm, onları çox sevirəm. İnsan dərindən sevəndə anlatmağa söz tapa bilmir. Söz deyilir, amma hiss qalır. Bizim ailədə sözün əsl mənasında sənətə böyük sevgi, dərin hörmət var. Biz bir-birimizin hər zaman uğurlarını izləyirik, yanında oluruq. Həqiqətən də şanslı insanam ki, bütünlüklə sənətdən yoğrulan bir ailənin içindəyəm” deyə aktrisa bildirib.
 
Dilarə Əliyeva bildirib ki, bu gün aktyor sənətinə həvəs artıb.
“Bu gün aktyorluq sənətinə həvəs artıb, çoxu səhnəyə gəlmək istəyir. Fərqli, fərdi, özü olanlar çox azdır. Sənətdə elə insanlar var ki, həqiqətən də yeni cığır, yeni yol açıblar. Onlar heç kimə bənzəmirlər. Heç kimi təqlid etmirlər. Müğənni var ki, illərdir efirə çıxmasa da sevilir. Qayıdıb gələndə də öz yerini tutur. Hər kəsin öz yolu olmalıdır. İzlə gedənin izi olmaz” deyə aktrisa bildirib.
 
Dilarə Əliyeva stendapın çətin və məsuliyyətli bir çıxış olduğunu bildirib.
 
“Seçilmiş insanlar var ki, onlar səhnədə öz sözlərini deyə bilirlər. Aktyor öz beyninə, yumor hissinə, müşahidə qabiliyyətinə güvənməlidir, arxayın olmalıdır ki, stendap demək qədər məsuliyyətli bir işi çiyninə götürsün. Bu təbii ki, hər kəsin biləcəyi iş deyil” deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər