Xızıda minik maşını yandı - FOTO
414
01 Dec 2025 | 14:44

Xızıda minik maşını yandı - FOTO

Xızı rayonu ərazisində minik avtomobili yanıb.

Bizim.Media xəbər verir ki, hadisə dekabrın 1-i günorta saatlarında Bakı-Quba-Rusiya federasiyası sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə gözlənilmədən alışan minik avtomobilini söndürmək mümkün olmayıb. Nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər